Məhkəmə qərarları › İş №2(071)-515/2022

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-515/2022

15.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-515/2022 15.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş maddi ziyan və əldən çıxmış faydaya görə ümumilikdə 4.000 manat pul alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək bildirdi ki, Cavabdeh dəymiş ziyanın əvəzi olaraq ona 1.000 manat pul ödəmişdir. Bu səbəbdən o, iddia tələbindən imtina edir. Odur ki, iddiadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq 1.000 manat pul ödəmişdir. İddiaçı ilə aralarında barışıq olmuşdur. Odur ki, iddiaçı iddiasından imtğina edir. İddiaçının iddiasından imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, İddiaçı iddiadan imtina etməsinə dair ərizəsini nəzərdən keçirib, cavabdehin iddiaçıya 1.000 manat pul ödəməsini və işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. İddianın qaldırılması üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52.1, 114, 119, 261, 261.0.4, 262-264, 267-268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı və Cavabdeh qarşı “dəymiş ziyanın və əldən çıxmış faydanın əvəzi olaraq 4.000 manat pul ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı iddia tələbindən imtinası qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. "xxxx" ASC-nin K0163011 nömrəli terminalı vasitəsilə xx.xx.2022-ci il tarixli 16318 nömrəli mədaxil qəbzinə əsasən Hacıqabul rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 60 (altmış) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hacıqabul rayonu üzrə maliyyə şöbəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar