Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-526/2022 09.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 27.04.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 03.03.2021-ci il tarixli 22331814 nömrəli müqavilə üzrə nisyə aldığı Xiaomi Mi saat, Mi True qulaqlıq və X3 Bankın dəyərindən ödənilməmiş qalan 166 manat əsas borc və hesablanmış 16 manat cərimə; 03.03.2021-ci il tarixli 22331608 nömrəli müqavilə üzrə nisyə aldığı İMEİ Kodu **********06641 olan “Xiaomi Redmi 9” markalı mobil telefonun dəyərindən ödənilməmiş qalan 397 manat əsas borc və hesablanmış 39 manat cərimə; 12.04.2021-ci il tarixli 22459819 nömrəli müqavilə üzrə nisyə aldığı İMEİ Kodu **********31869 olan “Samsung Galaxy A02” markalı mobil telefonun dəyərindən ödənilməmiş qalan 249,50 manat əsas, 24,50 manat cərimə və 05.05.2021-ci il tarixli 23041795 nömrəli müqavilə üzrə nisyə aldığı İMEİ Kodu **********70522 olan “Samsung Galaxy A02” markalı mobil telefonun dəyərindən ödənilməmiş qalan 131 manat əsas, 13 manat cərimə olmaqla, dörd müqavilə üzrə ümumilikdə 1.036 manat borcun və ödənilmiş 30,36 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduğu mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Hacıqabul rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Lakin cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, "xxxx" MMC 03.03.2021-ci il tarixli, 22331814 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 249,30 manat olan Xiaomi Mi saatı, Mi True qulaqlığı və X3 Bankı ilkin ödəniş olmadan 9 ay müddətinə ayda 27,70 manat ödənilməsi; 03.03.2021-ci il tarixli, 22331608 nömrəli müqavilyə əsasən alqı-satqı qiyməti 475,20 manat olan İMEİ Kodu **********06641 olan “Xiaomi Redmi 9” markalı mobil telefonu ilkin ödəniş olmadan 12 ay müddətinə ayda 39,60 manat ödənilməsi; 12.04.2021-ci il tarixli, 22459819 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 304 manat olan İMEİ Kodu **********31869 olan “Samsung Galaxy A02” markalı mobil telefonu 4 manat ilkin ödəniş etməklə 12 ay müddətinə ayda 25 manat ödənilməsi və 05.05.2021-ci il tarixli, 23041795 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 307,20 manat olan İMEİ Kodu **********70522 olan “Samsung Galaxy A02” markalı mobil telefonu 7,20 manat ilkin ödəniş etməklə 3 ay müddətinə ayda 100 manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 12.04.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh "xxxx" MMC-yə 03.03.2021-ci il tarixli 22331814 nömrəli müqavilə üzrə 166 manat əsas borcu və hesablanmış 16 manat cərimə; 03.03.2021-ci il tarixli 22331608 nömrəli müqavilə üzrə 397 manat əsas borcu və hesablanmış 39 manat cərimə; 12.04.2021-ci il tarixli 22459819 nömrəli müqavilə üzrə 249,50 manat əsas borcu və hesablanmış 24,50 manat cərimə və 05.05.2021-ci il tarixli, 23041795 nömrəli müqavilə üzrə 131 manat əsas borcu və hesablanmış 13 manat cərimə olmaqla, dörd müqavilə üzrə ümumilikdə 1.036 manat borcu var. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, Cavabdeh 03.03.2021-ci il tarixli 22331814 nömrəli müqavilə üzrə nisyə aldığı Xiaomi Mi saat, Mi True qulaqlıq və X3 Bankın dəyərindən ödənilməmiş qalan 166 manat əsas borc və hesablanmış 16 manat cərimə; 03.03.2021-ci il tarixli 22331608 nömrəli müqavilə üzrə nisyə aldığı İMEİ Kodu **********06641 olan “Xiaomi Redmi 9” markalı mobil telefonun dəyərindən ödənilməmiş qalan 397 manat əsas borc və hesablanmış 39 manat cərimə; 12.04.2021-ci il tarixli 22459819 nömrəli müqavilə üzrə nisyə aldığı İMEİ Kodu **********31869 olan “Samsung Galaxy A02” markalı mobil telefonun dəyərindən ödənilməmiş qalan 249,50 manat əsas, 24,50 manat cərimə və 05.05.2021-ci il tarixli 23041795 nömrəli müqavilə üzrə nisyə aldığı İMEİ Kodu **********70522 olan “Samsung Galaxy A02” markalı mobil telefonun dəyərindən ödənilməmiş qalan 131 manat əsas, 13 manat cərimə olmaqla, dörd müqavilə üzrə ümumilikdə 1.036 manat borc və ödənilmiş 30,36 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 03.03.2021-ci il tarixli 22331814 nömrəli müqavilə üzrə nisyə aldığı Xiaomi Mi saat, Mi True qulaqlıq və X3 Bankın dəyərindən ödənilməmiş qalan 166 manat əsas borc və hesablanmış 16 manat cərimə; 03.03.2021-ci il tarixli 22331608 nömrəli müqavilə üzrə nisyə aldığı İMEİ Kodu **********06641 olan “Xiaomi Redmi 9” markalı mobil telefonun dəyərindən ödənilməmiş qalan 397 manat əsas borc və hesablanmış 39 manat cərimə; 12.04.2021-ci il tarixli 22459819 nömrəli müqavilə üzrə nisyə aldığı İMEİ Kodu **********31869 olan “Samsung Galaxy A02” markalı mobil telefonun dəyərindən ödənilməmiş qalan 249,50 manat əsas, 24,50 manat cərimə və 05.05.2021-ci il tarixli 23041795 nömrəli müqavilə üzrə nisyə aldığı İMEİ Kodu **********70522 olan “Samsung Galaxy A02” markalı mobil telefonun dəyərindən ödənilməmiş qalan 131 manat əsas, 13 manat cərimə olmaqla, dörd müqavilə üzrə ümumilikdə 1.036 manat borc və ödənilmiş 30,36 manat dövlət rüsumu olmaqla, cəmi 1.066,36 (min altmış altı manat otuz altı qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-526/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-526/2022
09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver