Məhkəmə qərarları › İş №2(071)-527/2023

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-527/2023

02.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-527/2023 02.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2, iddiaçı X1 Cavabdeh “dəymiş maddi ziyanın ödənilməsi tələbi” barədə iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona vurulmuş 900 manat maddi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, elektron-məhkəmə informasiya sistemindən (AZEMİS) əldə edilmiş şəxsiyyət vəsiqəsinə dair məlumatdan görünür ki, iddia ərizəsində cavabdeh kimi qeyd edilən Cavabdeh yaşadığı və qeydiyyatda olduğu yer Tovuz rayonu Yuxarı Öysüzlü kəndidir. «Yaşayış yeri və olduğu yer haqqında » Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinə ümumi ərazi aidiyyəti qaydalarına uyğun olaraq, cavabdehin qeydə alındığı yer üzrə baxılmalı olduğundan və Cavabdeh qeydiyyat ünvanı isə Tovuz rayonu ərazisində yerləşdiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Tovuz rayon Məhkəməsində baxılmalıdır. X4 Mülki Prosessual Məcəllənin 47.2 və 44.2.5-ci maddələrinə isnad etməklə vəsatətlə məhkəməyə müraciət edərək, baş vermiş hadisənin Hacıqabul rayonu ərazisində olmasını, cavabdehin mütəmadi olaraq sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaqla Hacıqabul rayonunun ərazisindən istifadə etdiyini, təhqiqatın Hacıqabul rayon Polis şöbəsində aparıldığını, səhhətində nasazlıqlar olduğunu, sübutların əksər hissəsinin Hacıqabul rayonu ərazisində olduğunu qeyd edərək, iddia ərizəsinə Hacıqabul rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə, Şirin Yusifov tərəfindən təqdim edilmiş vəsatətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, hazırki halda vəsatətdə göstərilənlər iddia ərizəsinə Hacıqabul rayon Məhkəməsində baxılması üçün əsas hesab edilə bilməz. Belə ki, MPM-in 35.1-ci maddəsində bir qayda olaraq iddia ərizəsinə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılması nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edlmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 44.2.5-ci maddəsinə əsasən isə hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə bir qayda olaraq cavabdehin qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. Cavabdehin qeydə alındığı yer üzrə məhkəmədə mülki işə baxılarkən tərəflərin hər ikisi mülki işə sübutların əksəriyyətinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət verdikləri halda, həmin məhkəmə işi başqa məhkəmədə baxılması üçün göndərə bilər. Əks halda, mülki işə cavabdehin yaşadığı yer üzrə məhkəmədə baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, X1 “dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsinə ərazi aidiyyəti üzrə Hacıqabul rayon Məhkəməsində baxılmalı olmadığından, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli 28489 nömrəli mədaxil qəbzinə əsasən Hacıqabul rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 30 otuz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hacıqabul rayonu üzrə maliyyə şöbəsi tərəfindən X3 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar