Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-536/2022 04.08.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh X3 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC - cavabdeh X3 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2019-cu il tarixli BRED1701241A141 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1.029,91 manat əsas borc və hesablanmış 234,81 manat faiz borcu, cəmi 1.264,72 manat; həmçinin xx.xx.2020-ci il tarixli GTKR1806713A141 nömrəli kredit xətti müqaviləsi üzrə yaranmış 4.557,39 manat əsas borc, hesablanmış 1.011,41 manat faiz olmaqla, cəmi 5.568,80 manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi 68,33 manat olmaqla, ümumilikdə 6.901,85 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə, rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər, cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, İddiaçı ASC-nin nümayəndəsi Elsevər Ələkbərov isə xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq iddiaçının nümayəndəsinin və MPM-nin 185.5ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı təşkilatın iddianı müdafiə etməsinə dair ərizəsini, iş materiallara əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli BRED1701241A141 nömrəli kredit müqaviləsinə əsasən kreditor İddiaçı ASC borcalan X3 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 3.600 manat; həmçinin xx.xx.2020-ci il tarixli GTKR1806713A141 nömrəli kredit xətti müqaviləsinə əsasən 36 ay müddətinə illik 26,9 faiz dərəcəsi ilə 6.990 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2019-cu il tarixli BRED1701241A141 nömrəli və xx.xx.2020-ci il tarixli GTKR1806713A141 nömrəli kredit müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan xəbərdarlıq olunmasına baxmayaraq müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmiş və borcun qaytarılmasını təmin etməmişdir. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli 135000/1491 nömrəli maliyyə arayışından müəyən edilir ki, X2 xx.xx.2019-cu il tarixli BRED1701241A141 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1.029,91 manat əsas borc, hesablanmış 234,81 manat faiz borcu olmaqla, cəmi 1.264,72 manat; xx.xx.2020-ci il tarixli GTKR1806713A141 nömrəli kredit xətti müqaviləsinə əsasən 4.557,39 manat əsas borc, hesablanmış 1.011,41 manat faiz borcu olmaqla, cəmi 5.568,80 manat borcu mövcuddur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X1 xx.xx.2019cu il tarixli BRED1701241A141 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1.029,91 manat əsas borc, hesablanmış 234,81 manat faiz olmaqla, cəmi 1.264,72 manat; xx.xx.2020-ci il tarixli GTKR1806713A141 nömrəli kredit xətti müqaviləsi üzrə yaranmış 4.557,39 manat əsas borc, hesablanmış 1.011,41 manat faiz olmaqla, cəmi 5.568,80 manat borc və ödənilmiş 68,33 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6.901,85 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli BRED1701241A141 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1.029,91 manat əsas borc, hesablanmış 234,81 manat faiz olmaqla, cəmi 1.264,72 manat; xx.xx.2020-ci il tarixli GTKR1806713A141 nömrəli kredit xətti müqaviləsi üzrə yaranmış 4.557,39 manat əsas borc, hesablanmış 1.011,41 manat faiz olmaqla, cəmi 5.568,80 manat və ödənilmiş 68,33 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6.901,85 (altı min doqquz yüz bir manat səksən beş qəpik) manat pul vəsaiti X1 tutulub "xxxx" ASC-yə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov
Məhkəmə qərarları › İş №2(071)-536/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-536/2022
04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver