Məhkəmə qərarları › İş №2(071)-558/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-558/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-558/2024 05.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı Eyvazlı Şahı̇ n Ələskər oğlunun, cavabdehlər Pı̇ rı̇ yev Pirəli Qurbanəlı̇ oğlu və Qurbanov Qərı̇ b Arı̇ f oğlunun iştirakları ilə, İddiaçı Eyvazlı Şahı̇ n Ələskər oğlunun cavabdehlər Pı̇ rı̇ yev Pirəli Qurbanəlı̇ oğlu, Qurbanov Qərı̇ b Arı̇ f oğlu və Soltanov Kamı̇ l İlyas oğluna qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Eyvazlı Şahı̇ n Ələskər oğlu cavabdehlər Pı̇ rı̇ yev Pirəli Qurbanəlı̇ oğlu, Qurbanov Qərı̇ b Arı̇ f oğlu, Soltanov Kamı̇ l İlyas oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3000 manat borc vəsaitinin və iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 50 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı körpə cücə satmaqla xırda ticarətlə məşğul olur. 2023-cü ilin may ayında cavabdehlər Pı̇ rı̇ yev Pirəli Qurbanəlı̇ oğlu, Qurbanov Qərı̇ b Arı̇ f oğlu və Soltanov Kamı̇ l İlyas oğlu birlikdə onun satdığı cücələrə baxıb və 1500 ədəd cücəni nisyə almaq istədiklərini və bütün cücələrin dəyərini 1 ay müddətinə ödəyəcəklərini bildirmişlər. O, 1500 ədəd cücənin hər birini 2 manatdan olmaqla 3000 (üç min) manata cavabdehlərə satmışdır. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq cavabdehlər hər hansı ödəniş etməmiş, onlarla əlaqə saxlanıldıqda isə ödəyəcəklərini vəd etmişlər. İddiaçı Hacıqabul RPŞ-nə müraciət etmiş, 09.01.204-cü il tarixli 3-13-78/2-24764/11/24 saylı cavab məktubuna əsasən aparılmış araşdırma nəticəsində cinayət tərkibi müəyyən edilmədiyindən ona mülki qaydada məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Hazırda cavabdehlər borcunu könüllü olaraq ödəmədiklərinə görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı Eyvazlı Şahı̇ n Ələskər oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. O, verilmiş suallara əsasən əlavə olaraq bildirdi ki, ilkin olaraq Cavabdeh3 ona zəng edərək cücə satması ilə bağlı maraqlanmış, daha sonra cavabdehlərin hər üçü onun yaşadığı evə gələrək Pı̇ rı̇ yev Pirəli Qurbanəlı̇ oğlunun “Vaz 21011” markalı avtomobilinə cücələri yığıb aparmışlar. Onlar apardıqları cücələri sataraq pulu verəcəklərini bildirsələr də, hazıradək nisyə aldıqları malın dəyərini ona ödəməmişlər. İddiaçı verilmiş suallara əsasən qeyd etmişdir ki, cücələri Sabirabad rayonundan körpə vaxtı alıb özü üçün 55-60 qəpikdən almışdır. O, cücələri alarkən rəsmi sənədlər vasitəsi ilə almamışdır və buna dair sübutlarını məhkəməyə təqdim edə bilmir. Cücələri yetişdirib 1 ay ərzində baha qiymətə satıb gəlir əldə etmək niyyətində olmuşdur. Cücələrin cavabdehlərə satılması ilə bağlı danışıqları əsasən Kamillə aparmış, digərləri də danışıqlarda iştirak etməmişdir. Cücələrin sayılıb qutulara yığılmasında həmin vaxt evdə olan anası köməklik göstərmişdir. İddia tələbinin əsaslılığına dair hər hansı digər sübutu yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Pı̇ rı̇ yev Pirəli Qurbanəlı̇ oğlu iddia tələbinə etiraz edərək ona münasibətdə təmin edilməməsini xahiş etdi. Verilmiş suallara əsasən o, əlavə olaraq bildirdi ki, iddiaçıdan 300 ədəd cücəni Cavabdeh3 götürmüşdür. Belə ki, Cavabdeh3 ondan avtomobili geniş olduğu üçün cücələri daşıması üçün ondan kömək etməsini xahiş etmişdir. Kamilin xahişi ilə iddiaçının yaşadığı evə getmişlər. Həmin vaxt onun idarə etdiyi nəqliyyat vasitəsində sərnişin olaraq Qərib olmuşdur. Lakin Qərib avtomobildən enməmiş, cücələrin avtomobilə daşınmasında iştirak etməmiş, eləcə də iddiaçı ilə hər hansı formada ünsiyyətdə olmamışdır. O, Kamilin xahişi ilə içərisində cücə olan 10 ədəd qutunu avtomobilindən Kamilin evinə daşımışdır. Ehtimal edir ki, hər qutuda 10-12 cücə olmuşdur. Kamil onunla danışıqlarında iddiaçıya 600 manat borcunun olmasını bildirməsinə baxmayaraq, sonradan ona etiraf etmişdir ki, 1.200 ( min iki yüz) manat borcu qalmışdır. Ona görə də hesab edir ki, Kamilin iddiaçıya 1.200 manat borcu vardır. Lakin nə o, nə də Qərib cücələrin daşınmasında hər hansı gəlir əldə etməmiş, Kamilə təmənnasız kömək etmək üçün iddiaçının yaşadığı evə getmişdir. Məhkəmə iclasında cavabdeh Qurbanov Qərı̇ b Arı̇ f oğlu digər cavabdeh Pı̇ rı̇ yev Pirəli Qurbanəlı̇ oğlu ilə eyni məzmunlu izahat verərək bildirdi ki, o, ümumiyyətlə iddiaçı ilə hər hansı formada danışıqlar aparmamış, Kamillə küsülü olduğundan həmin vaxt avtomobildən enməmiş, cücələrin sayılmasında iştirak etməmişdir. Yalnız Pirəlinin avtomobilində təsadüfən olmuşdur. Pirəliyə görə avtomobildə oturmuşdur. Cavabdeh Soltanov Kamı̇ l İlyas oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin cavabdeh Soltanov Kamı̇ l İlyas oğlu məhkəməyə yazılı teleqram ünvanlayaraq, iddia tələbini qismən etiraf etdiyini və iddiaçıya 600 manat borcunun olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, iddiaçının anasıdır, cavabdehlər cücələri aparan zaman iddiaçının yanında olmuşdur. Bununla yanaşı, oğlunun xahişi ilə cücələri tutmasına baxmayaraq, ümumilikdə oğluna məxsus olmuş cücələrin sayını xatırlamır. Hesab edir ki, 300-dən çox cücə cavadehlərə təhvil verilmişdir. Lakin cücənin yığıldığı yeşikləri saymayıb, cavabdehlər cücələri aparmazdan əvvəl də o, cücələrin sayı barədə məlumatsız olmuşdur. Məhkəmənin sorğusuna əsasən Hacıqabul RPŞ-də toplanmış material üzrə təqdim edilmiş sənədlərin surətlərindən müəyyən edilir ki, iddiaçı Eyvazlı Şahı̇ n Ələskər oğlunun 8 yanvar 2024-ci il tarixdə Hacıqabul rayon Polis şöbəsində verdiyi izahatında iddia tələbində göstərdiklərini bir daha təsdiq etmişdir. Cavabdehlər Pı̇ rı̇ yev Pirəli Qurbanəlı̇ oğlu, Qurbanov Qərı̇ b Arı̇ f oğlunun 8 yanvar 2024-ci il tarixdə Hacıqabul rayon Polis şöbəsində verdiyi izahatlardan isə görünür ki, onlar iddiaçı Eyvazlı Şahı̇ n Ələskər oğlundan cücə almadıqlarını qeyd etmişlər. Əlavə olaraq bildirmişlər ki, yalnız küçədə oturduqları zaman qonşuları Kamil onlara yaxınlaşıb Eyvazlı Şahı̇ n Ələskər oğlundan cücə almasını deymiş və onlardan Şahinin evinə gedib həmin cücələrin daşınmasında köməklik göstərilməsini xahiş etmişdir. Bundan sonra Kamilin xahişi ilə cücələr Kamilgilin evinə daşınmışdır. Onların bununla bağlı Şahinə də hər hansı məbləğdə borcları yoxdur. Beləliklə, işin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında faktiki olaraq şifahi nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmasına baxmayaraq, buna dair yazılı müqavilə bağlanmamışdır. Buna baxmayaraq, işin halları ilə sübut edilir ki, Cavabdeh3 iddiaçıya 1.200 manat borcu vardır. Qeyd olunan hal şahid ifadələri, həmçinin cavabdehin özünün qismən etirafı ilə sübut edilir. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, tərəflər arasında alqı-satqının predmeti cücə ev heyvanı olmuşdur ki, hər cücənin qiyməti 2 manat məbləğində razılaşdırılmışdır. Bir cücənin qiyməti 2 manat qəbul edildiyi halda, belə nəticəyə gəlinir ki, Cavabdeh3 iddiaçıdan 600 ədəd cücəni alıb dəyərini İddiaçı ödəməməklə, yəni öhdəliyini icra etməməklə əsassız olaraq varlanmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı hər üç cavabdehin müştərək qaydada ona 3.000 manat borcunun olmasını iddia etməsinə baxmayaraq, o, məhkəməyə buna dair sübut təqdim etməmişdir. Bunun əksinə olaraq onun məhkəməyə şahid qismində təqdim etdiyi anası da izahatında cücələrin sayı və digər cavabdehlərin danışıqlarda iştirak rolu barədə məlumatının olmadığını bildirmişdir. Həmçinin Cavabdeh1 məhkəməyə verdiyi izahatından və Cavabdeh3 məhkəməyə ünvanlandığı qismən etirafedici teleqramın məzmunundan təsdiq edilir ki, onun iddiaçıya 1.200 manat borcu yaranmışdır. Bundan başqa, iddiaçı tərəfindən digər cavabdehlər Pı̇ rı̇ yev Pirəli Qurbanəlı̇ oğlu və Qurbanov Qərı̇ b Arı̇ f oğluna münasibətdə şifahi alqı-satqıya dair danışıqlarda iştirak etmələri, onlarla razılaşmalarına dair mötəbər sübut təqdim edilmədiyindən, məhkəmə araşdırılması ilə bu hal öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında əsassız varlanmadan irəli gələn öhdəlik münasibəti əmələ gəlmişdir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 32 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsasını əsassız varlanma təşkil etməklə cavabdeh Soltanov Kamı̇ l İlyas oğluna mqnasibətdə qismən təmin edilməli və cavabdeh Soltanov Kamı̇ l İlyas oğlundan 1.200 (min iki yüz) manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olan 32 (otuz iki manat) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Eyvazlı Şahı̇ n Ələskər oğluna ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Soltanov Kamı̇ l İlyas oğlundan 1.200 (bir min iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 32 (otuz iki manat) manat məbləğində pul vəsaiti iddiaçı Eyvazlı Şahı̇ n Ələskər oğlunun xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar