Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-561/2021 28.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 23.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02.09.2019-cu il tarixli 104.LN.1675.020919.00001 nömrəli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh 02.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 16.260,40 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 96,96 manat faiz borcu və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 16.387,76 manat pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə rəsmi qaydada məlumat verilmişdir, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsində məhkəmə baxış iclasında bankın səlahiyyətli nümayəndəsi iştirak etmədiyi təqdirdə, işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi və izahatında bildirdi ki, onun 02.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 16.260,40 manat əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 96,96 manat faiz borcu olmasını etiraf edir. Maddi imkanı olmadığı üçün borcunu vaxtında ödəyə bilməmişdir. Maddi imkanı olduqca borcunu hissə-hissə ödəyəcəkdir. İddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının nümayəsinin iddianı müdafiə etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 02.09.2019-cuil tarixli 104.LN.1675.020919.00001 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh 60 ay müddətinə illik 1 faiz ödəmək şərti ilə 16.260,40 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 02.04.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, borcalan Cavabdeh 02.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 16.260,40 manat əsas borc və 96,96 manat faiz borcu olmaqla, cəmi 16.357,36 manat borcu var. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02.09.2019-cu il tarixli 104.LN.1675.020919.00001 nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 02.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 16.260,40 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 96,96 manat faiz borcu və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 16.387,76 manat pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02.09.2019-cu il tarixli 104.LN.1675.020919.00001 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 02.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 16.260,40 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 96,96 manat faiz borcu və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 16.387,76 (on altı min üç yüz səksən yeddi manat yetmiş altı qəpik) manat pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-561/2021
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-561/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver