Məhkəmə qərarları › İş №2(071)-562/2021

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-562/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-562/2021 28.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 və cavabdehlər (zamin - vərəsə) Cavabdeh2 və (zamin) Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 23.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə mərhum Cəfərov Teymur Söydübala oğlu arasında bağlanmış 17.11.2014-cü il tarixli 037R********** nömrəli kredit müqavilə üzrə yaranmış 2.453,31 manat əsas borc, 266,79 manat faiz borc, 355,73 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.105,83 manat pulun cavabdehlər (zamin-vərəsə) Cavabdeh2, (zamin) Cavabdeh3 və (zamin) Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, "xxxx" ASC ilə Cəfərov Teymur Söydübala oğlu arasında bağlanmış 18.07.2013-cü il tarixli 37L000000148 saylı kredit xətti müqaviləsinə əsasən "xxxx" ASC borcalan Cəfərov Teymur Söydübala oğluna 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cəfərov Teymur Söydübala oğluna veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. 18.07.2013-cü il tarixli 37L000000148 saylı kredit xətti müqaviləsi üzrə borcalan Cəfərov Teymur Söydübala oğlunun bankın qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 ilə "xxxx" ASC arasında 18.07.2013-cü il tarixdə zaminlik müqavilələri bağlanmış və zaminlər borclunun bank qarşısında öhdəliklərinin icra edilməsi üçün birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Kredit xətti müqaviləsi üzrə "xxxx" QSC ilə Cəfərov Teymur Söydübala oğlu arasında bağlanmış 17.11.2014-cü il tarixli 037R********** saylı kredit razılaşması əsasında Cəfərov Teymur Söydübala oğluna 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 4500 manat kredit verilmişdir. Tərəflərin imzaladıqları 16.12.2015-ci il tarixli 037R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş, borcun ödənilməsi qrafiki 27.11.2018-ci il tarixə kimi uzadılmışdır. Cəfərov Teymur Söydübala oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 25.10.2016-cı il tarixdən banka qaytarmamışdır. Cəfərov Teymur Söydübala oğlu götürdüyü kredit borcundan 2.046,69 manat ödəmiş, onun 2.453,31 manat əsas borcu, müqavilənin müddətinə hesablanmış 266,79 manat faiz borcu, 11.08.2021-ci il tarixə kimi gecikdirilmiş 1751 gün üçün hesablanmış 355,73 manat dəbbə pulu borcu yaranmışdır. Cəfərov Teymur Söydübala oğlu 25.06.2019-cu il tarixdə vəfat etmişdir, ondan miras qalmış əmlakı oğlu Cavabdeh2 qəbul etmişdir. Odur ki, Cəfərov Teymur Söydübala oğlunun borcunu, zaminlər və vərəsəsi ödəməlidir. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, "xxxx" ASC ilə X4 Söydübala oğlu arasında bağlanmış 18.07.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən "xxxx" ASC borcalan Cəfərov Teymur Söydübala oğluna 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cəfərov Teymur Söydübala oğluna veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. 18.07.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə borcalan Cəfərov Teymur Söydübala oğlunun bankın qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 ilə "xxxx" ASC arasında 18.07.2013-cü il tarixdə zaminlik müqavilələri bağlanmış və zaminlər borclunun bank qarşısında öhdəliklərinin icra edilməsi üçün birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Kredit xətti müqaviləsi üzrə "xxxx" QSC ilə Cəfərov Teymur Söydübala oğlu arasında bağlanmış 17.11.2014-cü il tarixli kredit razılaşması əsasında Cəfərov Teymur Söydübala oğluna 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 4500 manat kredit verilmişdir. 16.12.2015-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş, borcun ödənilməsi qrafiki 27.11.2018-ci il tarixə kimi uzadılmışdır. X4 Söydübala oğlu 25.06.2019-cu il tarixdə vəfat etdiyinə görə borcu tam ödəyə bilməmişdir. Hazırda o, X4 Söydübala oğlundan miras qalmış torpaq sahəsindən istifadə edir. O, zamin və vərəsə kimi X4 Söydübala oğlunun banka olan 2.453,31 manat əsas borcu və 266,79 manat faiz borcunu ödəməyə etiraz etmir. Hesablanmış 355,73 manat dəbbə pulunun azaldılmasını xahiş edir. Bu barədə məhkəməyə yazılı ərizə təqdim etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi, qardaşı Cavabdeh2 izahatı ilə razı olduğunu, onun zamin kimi X4 Söydübala oğlunun banka olan 2.453,31 manat əsas borcu və 266,79 manat faiz borcunu ödəməyə etiraz etmədiyini bildirdi, hesablanmış 355,73 manat dəbbə pulunun azaldılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi verilsə də, o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-itn 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, cavabdehlərin iddianı qismən etiraf etmələrinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" ASC ilə Cəfərov Teymur Söydübala oğlu arasında bağlanmış 18.07.2013-cü il tarixli 37L000000148 saylı kredit xətti müqaviləsinə əsasən "xxxx" ASC borcalan Cəfərov Teymur Söydübala oğluna 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cəfərov Teymur Söydübala oğluna veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. 18.07.2013-cü il tarixli 37L000000148 saylı kredit xətti müqaviləsi üzrə borcalan Cəfərov Teymur Söydübala oğlunun bankın qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 ilə "xxxx" ASC arasında 18.07.2013-cü il tarixdə zaminlik müqavilələri bağlanmış və zaminlər borclunun bank qarşısında öhdəliklərinin icra edilməsi üçün birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Kredit xətti müqaviləsi üzrə "xxxx" QSC ilə Cəfərov Teymur Söydübala oğlu arasında bağlanmış 17.11.2014-cü il tarixli 037R********** saylı kredit razılaşması əsasında Cəfərov Teymur Söydübala oğluna 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 4500 manat kredit verilmişdir. Tərəflərin imzaladıqları 16.12.2015-ci il tarixli 037R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş, borcun ödənilməsi qrafiki 27.11.2018-ci il tarixə kimi uzadılmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin mərhum borcalan Cəfərov Teymur Söydübala oğlu, daha sonra isə cavabdehlər (zamin və vərəsə) Cavabdeh2 (zamin) Cavabdeh3 və (zamin) Cavabdeh1 müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcu vaxtında lazımi qaydada ödəməmişlər və öhdəliyin icrasını gecikdirmişlər. 30.08.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, mərhum Cəfərov Teymur Söydübala oğlu götürdüyü borcdan 2.046,69 manatını ödəmişdir, onun 2.453,31 manat əsas borcu, müqavilənin müddətinə hesablanmış 266,79 manat faiz borcu, 11.08.2021-ci il tarixə kimi gecikdirilmiş 1751 gün üçün hesablanmış 355,73 manat dəbbə pulu borcu yaranmışdır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 30.07.2020-ci il tarixdə verdiyi arayışdan müəyyən edilir ki, borclu Cəfərov Teymur Söydübala oğlu 25.06.2019-cu ildə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 30.04.2021-ci il tarixli **********15 saylı məktubuna əsasən Hacıqabul rayonu 1-ci Meyniman kəndində yerləşən 0.67 ha torpaq sahəsinə dair JN-176A saylı şəhadətnaməyə əsasən ümumi birgə həyətyanı torpaq sahəsi Cəfərov Teymur Söydübala oğlunun və 8 nəfər ailə üzvünün mülkiyyətindədir. Hacıqabul rayon İcra Hakimiyyətinin 22.07.2021-ci il tarixli Vİİİ-14/459 nömrəli məktubundan müəyyən edilir ki, mərhum Cəfərov Teymur Söydübala oğlunun mülkiyyətində olan Hacıqabul rayonu 1-ci Meyniman kəndində yerləşən 0.67 ha ümumi birgə həyətyanı torpaq sahəsindən halhazırda faktiki olaraq oğlu Cavabdeh2 istifadə edir. Faktiki vərəsə - Cavabdeh2 qeyd edilən torpaq sahəsindən istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onun tərəfindən qəbul edilmiş hesab edildiyindən, Cavabdeh2 mərhum Cəfərov Teymur Söydübala oğlunun faktiki vərəsəsi hesab edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16.10.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış 355,73 manat dəbbə pulu azaldılaraq 34,90 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, "xxxx" QSC ilə mərhum Cəfərov Teymur Söydübala oğlu arasında bağlanmış 17.11.2014cü il tarixli 037R********** nömrəli kredit müqavilə üzrə yaranmış 2.453,31 manat əsas borc, 266,79 manat faiz borc, 34,90 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.785 manat pul cavabdehlər (zamin-vərəsə) Cavabdeh2, (zamin) Cavabdeh3 və (zamin) Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməlidir. İddia tələbi qalan, yəni - 320,83 manat dəbbə pulununun tutulması hissəsində rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" QSC ilə mərhum Cəfərov Teymur Söydübala oğlu arasında bağlanmış 17.11.2014-cü il tarixli 037R********** nömrəli kredit müqavilə üzrə yaranmış 2.453,31 manat əsas borc, 266,79 manat faiz borc, 34,90 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.785 (iki min yeddi yüz səksən beş) manat pul cavabdehlər (zamin-vərəsə) Cavabdeh2, (zamin) Cavabdeh3 və (zamin) Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar