Məhkəmə qərarları › İş №2(071)-565/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-565/2024

28.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-565/2024 28.08.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dələduzluq və aldatma yolu ilə ona vurduğu ziyanın əvəzi olaraq 14253 manat məbləğində pul, əldən çıxmış faydanın əvəzi olaraq 700 manat və 135 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh hal-hazırda ona və digər şəxslərə qarşı dələduzluq əməli törətməkdə təqsirli bilinərək Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 1267/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Belə ki, dələduzluq əməlləri təkcə ona qarşı yox, bir neçə şəxsə qarşı törədilmişdir. Cavabdeh tərəfindən ona ümumi olaraq 14253 manat ziyan vurulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1267/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündə də, qeyd edildiyi kimi cavabdeh ona 7227 manat ziyan vurmuşdur. Belə ki, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ona Bakı şəhər Baş Polis İdarəsində işləyən tanışlarının vasitəsi ilə onun ayrı- ayrı şəxslərlə olan pul mübahisələrini həll edərək ona borclu olan şəxslərdən cəmi 102000 manat pulun ona qaytarılmasına və mənzilinin sənədləşdirilməsinə köməklik edəcəyinə yalandan vəd verib inandırıb aldadaraq onun inam və etibarını qazanmaqla hissə-hissə olmaqla ilkin olaraq 2020-ci ilin avqust ayında ünvan 1 ünvanında 500 manat, 2 gün sonra T.Abbasova məxsus bank kartına köçürmə yolu ilə 370 manat və 930 manat, 2020-ci ilin avqust ayının sonlarında ünvan 2 ünvanında 600 manat, 12 oktyabr 2020-ci il tarixdə ünvan 3 ünvanında 827 manat dəyərində “Samsung A515 64B" mobil telefonunu, həmçinin mənzilinin sənədləşdirilməsi üçün 23 oktyabr 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən X4 Səhmdar Cəmiyyətinin Yasamal rayon filialında 4000 manat pulunu alıb vədinə əməl etməyərək, vahid niyyət ilə əhatə olunan qəsdlə cəmi 7227 manat pulunu ələ keçirməklə ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdehin onu aldadaraq qiyməti 827 manat olan «Samsung A515 64B» mobil telefonu almış, lakin kredit müqaviləsini onun adına rəsmiləşdirmişdir, bunu isə polis əməkdaşı olduğu üçün ona kredit verilmədiyinə onu inandıraraq etmişdir. Həmin kredit müqaviləsinə əsasən ilkin ödəniş olaraq 120 manat və ödənişin müddəti 12 ay olmaqla ödəniləcək məbləğ 707 manat olmuşdur. Həmçinin cavabdeh bu krediti özünün ödəyəcəyinə onu inandırdığına aylıq 60 manat ödənişlərin onun edəcəyini gözlədiyi üçün cərimə borcu yaranmış və əsas borcla birlikdə həmin faiz borclarını da, ödəmək onun öhdəliyində olmuşdur. Qeyd etdikləri hamısı xx.xx.2020-ci il tarixli BL502744 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədə öz əksini tapmışdır. Həmçinin 2020-ci ilin avqust ayının sonlarında ünvan 2 ünvanında verdiyi 600 manat pulu o 2 800 manat dəyərində olan qızıllarını girov şəklində qoyaraq pul almış və bu şəkildə cavabdehə vermişdir. Cavabdeh həmin pulu ondan alanda bildirmişdir ki, tez bir zamanda qaytaracaqdır, lakin həmin pulu qaytarmadığından onun 2800 manat dəyərində olan qızılları hamısı batmışdır. Bu səbəbdən də əlavə olaraq ona 2800 manat da ziyan dəymişdir. Həmçinin mənzilinin sənədləşdirilməsi üçün 23 oktyabr 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən X4 Səhmdar Cəmiyyətinin Yasamal rayon filialında 4000 manat pulu o həmin Kapital Bank filialından kredit götürərək, cavabdehə vermişə, kredit götürdüyü üçün də, həmin pulun faizini də, ödəmək məcburiyyətində olmuşdur. Bununla da, ona 1825,78 manat dəyərində əlavə də, ziyan dəymişdir. Cavabdeh ona borclu olan Gülnarədən 500, Səmayədən 1100 və Yeganədən 1400 manat olmaqla ümumi olaraq 3000 manat onun adından istifadə edərək onlardan pul almış və həmin pulları ona verməmişdir. Nəticə olaraq ona 14253 manat dəyərində cavabdeh X2 maddi ziyan vurmuşdur. Həmçinin törətdiyi bu əməllər nəticəsində ona ziyan vurmuş cavabdeh faktiki olaraq onun üçün əlavə xərclər törətmiş, onun əlavə gəlir götürməyinə maneə yaratmışdır, bu səbəbdən cavabdehdən əldən çıxmış faydanın əvəzi olaraq 700 manat pul tələb edir. İddiaçı iddianı müdafiə edərək cavabdehdən ona olan borcun alınıb ona ödənilməsini xahiş etdi. Cavabdeh xx.xx.2024-cü il tarixdə əvvəlki məhkəmə iclasında ərizə verərək iddianı qəbul etmiş, İddiaçı 14253 manat borcu olduğunu etiraf etmişdir. Daha sonra İddiaçı dəqiqləşmə barədə ərizə verərək, Cavabdeh ona vurduğu ziyan nəticəsində əldən çıxmış faydanın əvəzi olaraq 700 manat puldan imtina etdiyini, 14253 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1267/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 1(004)-54/2023 saylı hökmü “Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı Ağır Cinayətlər məhkəməsinin 1(101)-607/2022 saylı, 11 may 2022-ci il tarixli hökmü ilə Cavabdeh təyin edilmiş 7 (yeddi) il, 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının qismən toplanılmaqla Cavabdeh cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması” hissəsində dəyişdirilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərk ona təyin edilmiş 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərarına əsasən, X1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarının dəyişdirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmündən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə təqsirləndirilməsinə və məhkum edilməsinə, həmin maddə ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə cəzalandırılmasına dair müddəalar xaric edilməklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü ilə X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.2.2, 178.2.2, 29,178.2.4, 178.2.4-cü maddələri ilə təyin edilmiş 4(dörd) il müddətinə azadlqdan məhrum etmə cəzası və Azrbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təiyn edidlmtiş 2(iki) il müddətinə azadlqdan məhrum etmə cəzası, Azrbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq təyin edilmiş 5(beş) il 6(altı) ay müddətinə azadlıqdan məhrmetmə cəzası ilə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasəşn qismən toplanılmaqla Cavabdeh cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə iclası zamanı işin digər materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı inam və etibarını qazanmaqla hissə-hissə olmaqla ilkin olaraq 2020-ci ilin avqust ayında ünvan 1 ünvanında 500 manat, 2 gün sonra T.Abbasova məxsus bank kartına köçürmə yolu ilə 3 70 manat və 930 manat, 2020-ci ilin avqust ayının sonlarında ünvan 2 ünvanında 600 manat, 12 oktyabr 2020-ci il tarixdə ünvan 3 ünvanında 827 manat dəyərində “Samsung A515 64B" mobil telefonunu, həmçinin mənzilinin sənədləşdirilməsi üçün 23 oktyabr 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən X4 Səhmdar Cəmiyyətinin Yasamal rayon filialında 4000 manat pulunu alıb vədinə əməl etməyərək, vahid niyyət ilə əhatə olunan qəsdlə cəmi 7227 manat olmaqla cəmi 14253 manat pulunu mənimsəmişdir. Odur ki, iddia təmin edilməli, 14253 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 135 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 14253 (on dörd min iki yüz əlli üç) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 135 (yüz otuz beş) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar