Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-57/2022 01.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, X3, Cavabdeh4 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, X3, Cavabdeh4 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 16.06.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh4 və Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada, Cavabdeh3 və Cavabdeh4 mirasdan aldıqları paylara münasibətdə bərabər surətdə İddiaçı QSC-nin xeyrinə 25493,50 ABŞ dolları məbləğində kredit borcu, 22997,17 ABŞ dolları faiz borcu, 29662,78 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 78153,45 dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Hacıqabul şəhəri, V.Talıbov küçəsində yerləşən 0.06 hatorpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 16 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və 78153,45 dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada, Cavabdeh3 və Cavabdeh4 mirasdan aldıqları paylara münasibətdə bərabər surətdə İddiaçı QSC-nin xeyrinə tutulması, Hacıqabul şəhəri, V.Talıbov küçəsində yerləşən 0.06 hatorpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 16 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak hərracda satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli 2(071)-439/2021 nömrəli qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, X3, Cavabdeh4 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.09.2021-ci il tarixli ekspert rəyi 12.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Hacıqabul rayon Məhkəməsinin 18.10.2021-ci il tarixli 2(071)-439/2021 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və məhkəmə baxışına təyin edilmişdir. Hacıqabul rayon Məhkəməsinin 11.11.2021-ci il tarixli 2(071)-439/2021 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İddiaçı QSC-nin idarə heyəti sədrinin 1-ci müavini Evgenia Gashikulina 28.12.2021-ci il tarixli 29186 nömrəli ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC-nin iddiadan imtina etdiyini bildirmiş, 2(071)-439/2021 nömrəli mülki işin rəy verilmədən məhkəmə-əmtəəşünaslıq ekspertizasından geri çağırılmasını və iş üzrə icraata xitam verilməsini, məhkəmə xərclərinin cavabdehə aid edilməsini xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 18.01.2022-ci il tarixli 2(071)-57/2022 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və 01.02.2022-ci il saat 14:00-a məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada tərəflərə məlumat verilmişdir. Lakin tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının iddiadan imtina bərədə ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 100 manat pul cavabdehlər Cavabdeh1, X4, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52.3, 119, 191, 261, 261.0.4, 262-264, 267-268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, X3, Cavabdeh4 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 100 manat pul cavabdehlər Cavabdeh1, X4, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK:CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-57/2022
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-57/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver