Məhkəmə qərarları › İş №2(071)-58/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-58/2023

30.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-58/2023 30.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın bərpası tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyanın bərpası üçün 9500 manat məbləğində pulun və məhkəməyə ödənilmiş 115 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 2021-ci ildə aprel ayında özünü mebel ustası kimi təqdim edən Cavabdeh evi üçün şəxsi istifadə məqsədi ilə mebel sifariş etmişdir, həmin şəxs sifariş etdiyi mebel üçün evində ölçmə işləri apardıqdan sonra ümumi xidmət haqqının 9500 manat olduğunu bildirmişdir. O ona birdəfəyə 5000 manat ödəmişdir, qalan məbləği hissə-hissə ödəniş etmişdir. Ödənişi şahidlər qarşısında etmişdir. Cavabdeh ilə aralarında olan razılaşmaya görə müəyyən edilmiş vaxtda mebeli təhvil verməmişdir, ümumiyyətlə sifariş edilən mebelin keyfiyyəti ilə ona verilən mebelin keyfiyyəti arasında olduqca böyük fərq var, eyni zamanda uzun müddət ona təqdim edilmiş mebeli də almaq üçün Cavabdeh axtarmaq məcburiyyətində qalmışdır, pulu alıb uzun müddət onu gözlətməli olub, onu axtarmaq məcburiyyətində qalmışdır. Hazırda da sifariş etdiyi mebeli hələ də əldə edə bilməmişdir. Onu da qeyd edir ki, onun sifariş etdiyi mebel mətbəx mebeli dəsti, kompüter masası, giriş qapısı üçün güzgülü şkaf kupe, sanitar qovşağı üçün mebel, sauna üçün mebel, televizor üçün altlıq mebeli iki ədəd, qonaq otağı üçün mebel dəstindən ibarət olmuşdur. Məhkəmə baxışı zamanı İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən düzəldilmiş mebellərdə olan qüsurlarının aradan qaldırılması üçün tələb olunan 3380 manat məbləğində pulun, eləcə də məhkəmə, mütəxəssis və digər xərclərin əvəzi kimi cəmi 1900 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, o, cavabdeh tərəfindən düzəldilmiş bəzi əşyaların qüsurlarının aradan qaldırılması şərti ilə əşyaların evində qalmasına etiraz etmir. Mebellər hissə-hissə gətirilib quraşdırılıb. Onun evi Bakı şəhərində həyət evidir. Mebel həmin həyət evində quraşdırılıb hal-hazırda o evdə yaşayış yoxdur. Mebellər quraşdırılan zaman o bəzən evdə olub bəzən də evdə olmamışdır. O, mebeldə rənglərin, keyfiyyətinin zəif olması barədə cavabdehə dəfələrlə iradlarını bildirmişdir. Bununla bağlı Xəzər rayon Məhkəməsinə və Xəzər rayon Polis şöbəsinə də müraciət etdiyini bilmişdir. Sonda bütün sübutlarını toplayaraq Hacıqabul rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən düzəldilmiş mebellərdə olan qüsurların aradan qaldırılması üçün 3380 manat vəsait tələb olunur. O, cavabdeh tərəfindən düzəldilmiş bəzi əşyaların saxlanılmasını istədiyinə görə, ekspert rəyində göstərilən məbləğlə razılaşır. Bundan başqa, məhkəmə baxışı dövründə bir neçə dəfə məhkəməyə gəlib-getmiş, yol xərci çəkmiş, mütəxəssis xərcini ödəmişdir. Mebellərin sifarişindən əlavə bu məsələyə görə ümumilikdə o, 1900 manat pul xərcləmişdir. Həmin xərcin, eləcə də mebellərdə olan qüsurların aradan qaldırılması üçün tələb olunan 3380 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, tərəflər arasında podrat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh iddiaçının sifarişi əsasında ona mebellər düzəldərək təhvil vermişdir. Sonradan düzəldilmiş mebellərdə qüsurların olması müəyyən edilmiş və bu hal iş materiallarında olan mütəxəssis və ekspert rəylərindən görünür. Cavabdeh tərəfindən düzəldilmiş mebellərdə olan qüsurların aradan qaldırılması üçün 3380 manat pul tələb olunur. Cavabdeh həmin pulun tutulması hissəsində iddianı qəbul edir və heç bir etiraz etmir. Lakin, cavabdehdən tələb olunan 1900 manat əlavə xərclər əsassızdır. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o İddiaçı evində təmir işlərini görmüşdür. Təmirdən sonra onun iştirakı ilə Səbuhi mənzilə gələrək mebellərin qurulacaq yerlərini, ölçülərini təyin etmiş, sonra mebellərin ümumi olaraq qiymətlərini 9500 manat hesablamışdır. İddiaçı onun yanında 5000 manat pulu Səbuhiyə vermişdir. Mebellərin bir hissəsi keyfiyyətli düzəldilməmişdir. Belə ki, mebellərdə simmetriyalar pozulmuş, rənglər arasında bəzi fərqlər var. Lakin, həmin qüsurların aradan qaldırılması mümkündür. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, şahidin ifadəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakıxanov küçəsi, ev 8D-də yaşayan İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin 27 yanvar 2023-cü il tarixli, 16 nömrəli qiymətləndirmə rəyində qeyd olunur ki, aparılmış tədqiqatlar nəticəsində, Bakı şəhəri, Xəzər rayonu, Binə Bolluq qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 8D nömrəli fərdi yaşayış evində quraşdırılmış mebellərdə aşağıdakı qüsurlar aşkarlanmışdır: quraşdırılmış mebellər keyfiyyətli düzəldilməmişdir, Quraşdırma keyfiyyətsiz olsa da təyinatı üzrə istifadəyə yararlıdır, mebellər səliqəsiz quraşdırılmaqla yanaşı, qapıların simmetrik quraşdırılmaması, rəflərin ölçülərinin standartdan böyük və kiçik olması, mebellərin dərinlik və hündürlük ölçülərinin normaya uyğun olmaması, üzərilərində cızıqların olması, içki rəfinin yararsız olması (səliqəsiz hazırlandığı, arakəsmələrinin səliqəsiz kəsildiyi qapı aralarının əyri olmasına görə yenidən hazırlamaq lazımdır), qapı şkafının arakəsmələrinin əyri olması, mebellərin qıraqlarındakı lentlərin rənglərinin fərqli olması, lentlərin keyfiyyətsiz yapışdırılması (bunun üçün mütləq mebellər sökülərək səxə aparılmalı və orada xüsusi avadanlıq vasitəsilə yeni lentlərlə yapışdırılmalıdır), mətbəx mebelində stolüstü örtüyün ölçüsünün qısa olması (bu örtüyün yerinin ölçüsü yenidən ölçülməli və hazırlnamaiıdır) və s. kimi qüsurlar aşkar olundu. Aşkar olunmuş qüsurların aradan qaldırılması üçün sözügedən mebellərin müəyyən hissəsinin sökülməsi və yenisi ilə əvəz edilməsi, müəyyən hissəsinin bərpasına orta hesabla daşınma xərcləri və zəhmət haqqı nəzərə alınmaqla - 3380,00 manat vəsait tələb olunur. Sözügedən mebellərin daxili hissələri laminatdan, çöi qapıları isə boyalı MDF materiallarından hazırlanmışdır. Bu mebellərin hazırlanması üçün istifadə olunan materialların miqdarı rəyi qeyd edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 fevral 2023-cü il tarixli, 9/9087 nömrəli rəyindən görünür ki, iddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 9.350 manat müəyyən olunur. Quraşdırılmış mebellər keyfiyyətli düzəldilməmişdir, Quraşdırma keyfiyyətsiz olsa da təyinatı üzrə istifadəyə yararlıdır, mebellər səliqəsiz quraşdırılmaqla yanaşı, qapıların simmetrik quraşdırılmaması, rəflərin ölçülərinin standartdan böyük və kiçik olması, mebellərin dərinlik və hündürlük ölçülərinin normaya uyğun olmaması, üzərilərində cızıqların olması, içki rəfinin yararsız olması (səliqəsiz hazırlandığı, arakəsmələrinin səliqəsiz kəsildiyi qapı aralarının əyri olmasına görə yenidən hazırlamaq lazımdır), qapı şkafının arakəsmələrinin əyri olması, mebellərin qıraqlarındakı lentlərin rənglərinin fərqli olması, lentlərin keyfiyyətsiz yapışdırılması (bunun üçün mütləq mebellər sökülərək səxə aparılmalı və orada xüsusi avadanlıq vasitəsilə yeni lentlərlə yapışdırılmalıdır), mətbəx mebelində stolüstü örtüyün ölçüsünün qısa olması (bu örtüyün yerinin ölçüsü yenidən ölçülməli və hazırlnamaiıdır) və s. kimi qüsurlar aşkar olundu. Aşkar olunmuş qüsurların aradan qaldırılması üçün sözügedən mebellərin müəyyən hissəsinin sökülməsi və yenisi ilə əvəz edilməsi, müəyyən hissəsinin bərpasına orta hesabla daşınma xərcləri və zəhmət haqqı nəzərə alınmaqla - 3380,00 manat vəsait tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 763.1-ci maddəsinə əsasən gər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 764.2-ci maddəsinə əsasən sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, tərəflər arasında şifahi formada podrat müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçının sifarişi əsasında dəyəri 9500 manat olan mebelləri düzəldib ona təhvil verməli idi. İddiaçı mebellərin dəyərinin 5000 manat hissəsini cavabdehə avans kimi vermiş, qalan məbləği isə hissə-hissə cavabdehə ödəmişdir. Cavabdeh isə sifariş verilmiş mebelləri keyfiyyətsiz şəkildə düzəldərək iddiaçıya təhvil vermişdir. İddiaçı mebellərin quraşdırıldığı vaxtdan etibarən qüsurların aradan qaldırılması üçün dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən həmin qüsurlar aradan qaldırılmamışdır. İş üzrə tərtib edilmiş mütəxəssis və ekspert rəylərinə əsasən cavabdeh tərəfindən düzəldilmiş mebellər istifadəyə yararlı olsalar da keyfiyyətsiz düzəldilmiş, mebellərdə müəyyən qüsurlar vardır və həmin qüsurların aradan qaldırılması üçün 3380 manat pul vəsaiti tələb olunur. İddiaçı ilkin iddia tələbində podrat müqaviləsindən imtina edərək mebellərə görə cavabdehə ödədiyi 9500 manat pulu tam şəkildə ondan tələb etsə də, sonradan məhkəmə baxışı gedişində iddiasını dəqiqləşdirərək, müqavilədən imtina etmədiyini, cavabdehdən tərəfindən düzəldilmiş mebellərdə olan qüsurların aradan qaldırılması üçün tələb olunan 3380 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsini istəmişdir. Odur ki, Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının həmin tələbi haqlı olduğuna görə təmin edilməli, mebellərdə olan qüsurların aradan qaldırılması üçün tələb olunan 3380 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan başqa, iddiaçı tələbində məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu, mütəxəssisə çəkilmiş xərcin əvəzi də daxil olmaqla, ümumilikdə 1900 manat xərc çəkdiyini və həmin xərclərin cavabdehdən alınaraq ona verilməsini də tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzlərlə müəyyən edilir ki, iddiaçı iddia ərizəsinin verilməsi ilə əlaqədar 115 manat dövlət rüsumu və 300 manat mütəxəssis rəyinin verilməsi üçün xərc çəkmişdir. İddiaçının digər xərcləri (nəqliyyat xərci və s.) çəkməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, mebellərdə olan qüsurların aradan qaldırılması üçün tələb olunan 3380 manat pul, iddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 300 manat pul və 1150 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan başqa, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3380 (üç min üç yüz səksən) manat pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 115 (yüz on beş) manat pul və mütəxəssis xərcinin əvəzi kimi 300 manat pul olmaqla, cəmi 3795 (üç min yeddi yüz doxsan beş) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu 3, X1, kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar