Məhkəmə qərarları › İş №2(071)-580/2021

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-580/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-580/2021 12.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 27.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 2696,27 manat əsas borc, 417,54 manat faiz borcu olmaqla, cəmi 3113,81 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, iddiaçının nümayəndəsi və cavabdeh məhkəməyə gəlməmişlər. İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi Elsevər Ələkbərov 28.09.2021-ci il tarixli ərizə ilə 01.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin əslinin iddiaçıya geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin iddia ərizəsinin geri qaytarılmasına dair ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar