Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Hacıqabul rayonu İş № 2(071)-590/2021 05.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X5, Kreditor X2 Borclu qarşı “borcun tutulması haqqında məhkəmə əmrinin verilməsi” barədə ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq, MÜƏYYƏN ETDİM: 24.01.2020-ci il tarixli 355815 nomrəli borc müqaviləsinə əsasən X1 fəaliyyəti ilə məşğul olduğu mağazadan alıcı Borclu ümumi dəyəri 2.652 manat olan “Samsung” markalı mobil telefon cihazını və “Hisense” televizoru ilkin ödəniş 300 manat olmaqla 12 ay müddətinə hər ay 196 manat ödənilməsi şərti ilə nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında borc müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Kreditor müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, borclu aldığı məişət avadanlığının dəyərini müəyyən edilmiş müddət ərzində kreditora tam ödəməmişdir. Bu səbəbdən kreditor hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Borclu müqavilə üzrə 300 manat ödəniş etdikdən sonra kreditora 2.352 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, kreditorun tələbi aşkar olduğundan və tələb sadə yazılı formada bağlanmış müqaviləyə əsaslandığından Kreditorun tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1972-ci ildə Hacıqabul rayonu Atbulaq kəndində doğulmuş və Hacıqabul rayonu Atbulaq kəndində qeydiyyatda olan - Borclu 24.01.2020-ci il tarixli müqavilə üzrə yaranmış 2.352 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 2.372 (iki min üç yüz yetmiş iki) manat pul tutularaq X3 ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində məhkəmə əmrini vermiş Hacıqabul rayon Məhkəməsini yazılı xəbərdar etməklə verilmiş tələbə və ya onun hissəsinə qarşı etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmri icra sənədidir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-590/2021
Hacıqabul Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(071)-590/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver