Məhkəmə qərarları › İş №2(071)-593/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-593/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-593/2025 21.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul Rayon Məhkəməsinin hakimi Bayramov Orxan Telman oğlu, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Hacıqabul Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i̇ : İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində Cavabdeh yaşayış yeri üzrə qeydiyyat ünvanın ünvan 1lektron portal çıxarış məlumatlarına əsasən Cavabdeh yaşayış yeri üzrə qeydiyyat ünvanın Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar-2 Bağ Massivi, 161, Dəniz Neftçisi B\Y olması müəyyən edilir. Eyni zamanda iddia ərizəsinə cavabdehin nə rəsmi qeydiyyatda olduğu ünvana dair MAPS arayışı, nə də onun faktiki yaşadığı ünvanı təsdiq edən hər hansı digər sənəd əlavə edilmişdir. İddiaçıya izah olunmalıdır ki, cavabdehin qeydiyyatda olduğu ünvan Hacıqabul rayonu deyil, Bakı şəhəri, Qaradağ rayonu olduğundan, eləcə də onun Hacıqabul rayon ərazində faktiki olaraq yaşamasına dair sübut təqdim edilmədiyindən hazırkı iddia ərizəsinə ərazi aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsində deyil, Bakı şəhər Qaradağ Rayon Məhkəməsində baxıla bilər. Qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından, həmçinin ərazi aidiyyəti üzrə bu tələbə Hacıqabul rayon Məhkəməsində baxılmalı olmadığından iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq qəraraaldi: İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-yə("xxxx" KB ASC, kod 505754, H/h AZ41UBAZ**********0114AZN001 VÖEN **********, Müxbir hesab AZ46NABZ********************, S.W.İ.F.T. UBAZAZ22) qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar