Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-594/2021 01.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (bacısı) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 04.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 16.02.2019-cu il tarixli müqavilə üzrə nisyə aldığı VAZ 21093 markalı, 1995-ci il buraxılışlı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomaşının 6.600 manat dəyərindən ödənilməmiş qalan 2.375 manat borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (bacısı) X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı onun bacısıdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16.02.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan VAZ 21093 markalı, 1995-ci il buraxılışlı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomaşını hissə-hissə ödəmək şərti ilə 6.600 manata Cavabdeh nisyə satmışdır. İddiaçı avtomobili saz vəziyyətdə cavabdehə təhvil vermişdir. Müqavilənin şərtinə əsasən Cavabdeh 1.600 manat ilkin ödəniş etmiş, qalan 5.000 manatı isə 20 ay müddətində ayda 250 manat olmaqla İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı avtomobili müvəqqəti idarə etmək üçün cavabdehə etibarnamə vermiş və ödəniş tam həyata keçirildikdən sonra avtomobilin cavabdehin adına keçirilməsi üçün baş etibarnamə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh bir müddət ödənişləri vaxtında etmiş, iddiaçıya 2.375 manat borcu qalmışdır. Cavabdehdən ödəniş vaxtı zəng edib pulu tələb etdikdə, cavabeh maşının yandığını bildirmişdir. Bundan sonra da iddiaçı cavabdehə dəfələrlə müraciət edərək, borcun ödəməsini tələb etsə də, cavabdeh borc ödəməkdən yayınmışdır. Müqavilənin 9-cu bəndinə əsasən avtomobildə sonradan yaranan hər hansı bir nasazlığa və ya başqa nöqsanlara görə satıcı məsuliyyət daşımır. Avtomobilin yanaraq yararsız hala düşməsinə görə iddiaçı cavabdehlik daşımır. Bu səbəbdən cavabdeh avtomobilin dəyərindən ödənilməmiş qalan 2.375 manatı iddiaçıya ödəməlidir. Cavabdehin pulu tam ödədikdən sonra avtomobilin cavabdehin adına keçirilməsinə dair iddiaçı lazım olan sənədləşmənin həyata keçirilməsinə razılıq verəcəkdir. Bu hal müqavilədə öz əksini tapmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi təqdim edilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh 02.11.2021-ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında iddia tələbini qismən qəbul etmiş və izahatında bildirmişdir ki, İddiaçı ilə onun arasında bağlanmış 16.02.2019cu il tarixli müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan VAZ 21093 markalı, 1995-ci il buraxılışlı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomaşını hissə-hissə ödəmək şərti ilə 6.600 manata ona nisyə satmışdır. İddiaçı avtomobili saz vəziyyətdə ona təhvil vermişdir. Müqavilənin şərtinə əsasən o, 1.600 manat ilkin ödəniş etmiş, qalan 5.000 manatı isə 20 ay müddətində ayda 250 manat olmaqla İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı avtomobili müvəqqəti idarə etmək üçün ona etibarnamə vermiş və ödəniş tam həyata keçirildikdən sonra avtomobilin onun adına keçirilməsi üçün baş etibarnamə verməyi öhdəsinə götürmüşdür. O, avtomobilin dəyərindən əlavə olaraq 2.625 manat ödəmiş, iddiaçıya 2.375 manat borcu qalmışdır. Lakin 2 ay bundan əvvəl o, avtomobili ustaya təmir üçün vermişdir. Ustanın günahından avtomobil yanmışdır. Avtomobil tamamilə yanaraq yararsız hala düşmüşdür. Bu səbəbdən iddiaçıya olan borcunu ödəməmişdir. Onun özü də maddi zərər çəkmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı iddiaçının nümayəndəsinin və cavabdehin izahatları, tərəflər arasında bağlanmış 16.02.2019-cu il tarixli müqavilə ilə iddia tələbinin əsaslı olduğu müəyyən olunmuşdur. Satıcı İddiaçı ilə Alıcı Cavabdeh arasında bağlanmış 16.02.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı DİN BDYPİ tərəfindən verilmiş 11.02.2019-cu il tarixli AD455285 nömrəli şəhadətnaməyə əsasən mülkiyyətində olan VAZ 21093 markalı, 1995-ci il buraxılışlı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomaşını hissə-hissə ödəmək şərti ilə 6.600 manata Cavabdeh nisyə satmışdır. İddiaçı avtomobili saz vəziyyətdə Cavabdeh təhvil vermişdir. Müqavilənin şərtinə əsasən Cavabdeh 1.600 manat ilkin ödəniş etmiş, qalan 5.000 manatı isə 20 ay müddətində ayda 250 manat olmaqla İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı avtomobili müvəqqəti idarə etmək üçün Cavabdeh etibarnamə vermiş və ödəniş tam həyata keçirildikdən sonra avtomobilin Cavabdeh adına keçirilməsi üçün baş etibarnamə verməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh bir müddət ödənişləri vaxtında etsə də, avtomobilin dəyərindən qalan 2.375 manat borcu İddiaçı ödəməmişdir. Cavabdeh avtomobilin yanaraq yararsız hala düşdüyünü əsas gətirməklə, qalan borcu ödəməkdən imtina edir. Tərəflər arasında bağlanmış 16.02.2019-cu il tarixli müqavilənin 9-cu bəndinə əsasən Alıcı avtomobili qəçbul etməmişdən öncə onu tam yoxlamalıı və ya yoxlatmalı, qiymətilə tam razı olduqdan sonra avtomobiili qəbul etməlidir. Müqavilə imzalandıqdan sonra avtomobil heç bir halda geri qaytarılmır və avtomobildə sonradan yaranan hansısa nasazlıq və yaxud başqa nöqsanlara görə Satıcı məsuliyyət daşımır. Məhkəmə qeyd edir ki, avtomobilin yanaraq yararsız hala düşməsinə görə iddiaçı cavabdehlik daşımır. Çünki, iddiaçı avtomobili saz vəziyyətdə müqavilə bağlanan gün 16.02.2019cu il tarixdə cavabdehə təhvil vermişdir, yanğın baş verən zaman isə avtomobil cavabdeh sahibliyində və istifadəsində olmuşdur. Avtomobilə ustanın səhvi nəticəsində zərər dəymişdirsə, cavabdeh həmin zərərin əvəzinin ödənilməsini ustadan tələb etmək hüququ vardır. Cavabdeh nisyə aldığı avtomobilin dəyərindən ödənilməmiş qalan 2.375 manat vəsaiti iddiaçıya ödəməyə borcludur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16.02.2019-cu il tarixli müqavilə üzrə nisyə aldığı VAZ 21093 markalı, 1995-ci il buraxılışlı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomaşının 6.600 manat dəyərindən ödənilməmiş qalan 2.375 manat borc və ödənilmiş 44 manat dövlət rüsumu olmaqla, cəmi 2.419 manat pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16.02.2019-cu il tarixli müqavilə üzrə nisyə aldığı VAZ 21093 markalı, 1995-ci il buraxılışlı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomaşının 6.600 manat dəyərindən ödənilməmiş qalan 2.375 manat borc və ödənilmiş 44 manat dövlət rüsumu olmaqla, cəmi 2.419 (iki min dörd yüz on doqquz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-594/2021
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-594/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver