Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-596/2021 16.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmiş Hacıqabul rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 04.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları - 2017-ci il təvəllüdlü X11 və 2020-ci il təvəllüdlü X8 ilə birlikdə Hacıqabul şəhəri İ.Qayıbov küçəsi 6 nömrəli evin 8 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı vəsatəti əsasında Azərbaycan Respublikası MPM-in 57-ci maddəsinə əsasən Hacıqabul rayon İcra Hakimiyyətini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, onun oğlu X4 İ Qarabağ müharibəsinin iştirakçısı olmuş və 1994-cü ildə Füzuli rayonu Alıxanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Oğlu şəhid olduğuna görə ona Şəhid Ailəsi statusu verilmişdir. Cavabdeh onun oğlu X1 qızıdır. Cavabdeh 2017-ci il təvəllüdlü X11 və 2020-ci il təvəllüdlü X8 adlı iki uşağı var. Cavabdeh ailəsində münaqişə olduğuna və qalmağa yeri olmadığına görə, onun nəvəsi kimi Cavabdeh yazığı gəlmiş və ona verilmiş mənzildə yaşağa icazə vermişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının 17.08.2020-ci il tarixli 80 nömrəli sərəncamı ilə Hacıqabul şəhəri İ.Qayıbov küçəsi 6 nömrəli evin 3 otaqlı 8 nömrəli mənzili şəhid anası kimi ona, nəvəsi Cavabdeh, nəticələri 2017-ci il təvəllüdlü X11 və 2020-ci il təvəllüdlü X5 verilmişdir. Onlar əvvəllər həmin mənzildə mehriban yaşamışlar. Sonradan münasibətləri pisləşmişdir. Bu səbəbdən o, nəvəsi ilə birlikdə yaşaya bilmir. Nəvəsi hər gün onunla dava-dalaş salır və əsəblərini korlayır. Odur ki, cavabdehin ona verilmiş mənzildə yaşamasını istəmir, öz mənzilində tək yaşamaq istəyir. Bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianqı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı onun doğma nənəsidir. Onun əmisi X4 1994-cü ildə şəhid olmuşdur. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının 17.08.2020-ci il tarixli sərəncamı ilə Hacıqabul şəhəri İ.Qayıbov küçəsi 6 nömrəli evin 3 otaqlı 8 nömrəli mənzili şəhid ailəsi kimi nənəsi İddiaçı, nəvəsi kimi ona və onun uşaqları 2017-ci il təvəllüdlü X11 və 2020-ci il təvəllüdlü X5 verilmişdir. Mənzil verildiyi vaxtdan o, nənəsi İddiaçı və uşaqları Aysu və Xədicə ilə birlikdə Hacıqabul şəhəri İ.Qayıbov küçəsi 6 nömrəli evin 3 otaqlı 8 nömrəli mənzilinə köçüb yaşamışlar. Hazırda o, uşaqları Aysu və Xədicə ilə birlikdə həmin mənzildə yaşayır. O, nənəsi İddiaçı Hacıqabul şəhəri İ.Qayıbov küçəsi 6 nömrəli evin 8 nömrəli mənzilində yaşamasına heç bir maneçilik etmir. Onun atam Abas Abdullayev nənəsini ona qarşı öyrətdiyinə görə, nənəsi ona qarşı məhkəmədə belə bir iddia qaldırıb. Hesab edir ki, iddia əsassızdır. Onun və uşaqlarının nənəsi ilə bərabər Hacıqabul şəhəri İ.Qayıbov küçəsi 6 nömrəli evin 3 otaqlı 8 nömrəli mənzilindən istifadə etmək hüquqları vardır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmiş Hacıqabul rayon İcra Hakimiyyətinin nümayəndəsi X9 məhkəmə iclasında izahatında bildird ki, İddiaçı oğlu X4 şəhid olmuşdur. İddiaçı şəhid ailəsi kimi 15.07.2019-cu ildən mənzil növbəsinə götürülmüş və növbəlilik üzrə 75-ci yerdə olmuşdur. Cavabdeh İddiaçı nəvəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.12.2011-ci il tarixli 405s nömrəli sərəncamı ilə Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin balansında olan ünvan 1 ünvanda yerləşən bina və tikililər (dövlət əmlakının registrindən 23.11.2011-ci il tarixli 3136 nömrəli çıxarışa əsasən) Hacıqabul rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Bundan sonra həmin mənzillər şəhid ailələrinə və müharibə əlillərinə verilmişdir. İddiaçı 24.07.2020-ci il tarixli ərizəsi nəzərə alınmaqla, Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının 17.08.2020-ci il tarixli 80 nömrəli sərəncamı ilə Hacıqabul şəhəri İ.Qayıbov küçəsi 6 nömrəli evin 3 otaqlı 8 nömrəli mənzili şəhid anası kimi İddiaçı, onun ailə üzvləri olan - nəvəsi Cavabdeh, nəticələri 2017-ci il təvəllüdlü X11 və 2020-ci il təvəllüdlü X5 verilmişdir. Bina Hacıqabul rayon İcra Oakimiyyətinin balansındadır. Tərəflərin həmin mənzildən bərabər istifadə etmək hüquqları vardır. Hacıqabul rayon İcra hakimiyyəti mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, tərəflərin izahatlarından və rəsmi sənədlərdən müəyyən edilir ki, İddiaçı oğlu X4 İ Qarabağ müharibəsinin iştirakçısı olmuş və 1994-cü ildə Füzuli rayonu Alıxanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Oğlu şəhid olduğuna görə İddiaçı Şəhid Ailəsi statusu verilmişdir. Cavabdeh İddiaçı digər oğlu X1 doğma qızıdır. Cavabdeh himayəsində 2017-ci il təvəllüdlü X11 və 2020-ci il təvəllüdlü X8 adlı iki uşağı var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.12.2011-ci il tarixli 405s nömrəli sərəncamı ilə Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin balansında olan ünvan 1 ünvanda yerləşən bina və tikililər (dövlət əmlakının registrindən 23.11.2011-ci il tarixli 3136 nömrəli çıxarışa əsasən) Hacıqabul rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Bundan sonra həmin mənzillər şəhid ailələrinə və müharibə əlillərinə verilmişdir. İddiaçı 24.07.2020-ci il tarixli ərizəsi nəzərə alınmaqla, Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının 17.08.2020-ci il tarixli 80 nömrəli sərəncamı ilə Hacıqabul şəhəri İ.Qayıbov küçəsi 6 nömrəli evin 3 otaqlı 8 nömrəli mənzili şəhid anası kimi İddiaçı, İddiaçı ailə üzvləri olan - nəvəsi Cavabdeh, nəticələri 2017-ci il təvəllüdlü X11 və 2020-ci il təvəllüdlü X5 verilmiş və onların həmin mənzilə qeydiyyata götürülmələri qərara alınmış, mənzilə ehtiyacı olan şəxs qismində növbəlilik siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Mənzil Məcəlləsinin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Mənzil Məcəlləsinin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Göründüyü kimi, mənzil verildiyi vaxtdan İddiaçı, nəvəsi Cavabdeh və nəticələri 2017-ci il təvəllüdlü X11 və 2020-ci il təvəllüdlü X8 ilə birlikdə Hacıqabul şəhəri İ.Qayıbov küçəsi 6 nömrəli evin 3 otaqlı 8 nömrəli mənzilinə köçüb yaşamışlar. Hazırda tərəflər arasında mübahisə yarandığına görə İddiaçı mənzildə yaşamır, mənzildə Cavabdeh və övladları 2017-ci il təvəllüdlü X11 və 2020-ci il təvəllüdlü X8 yaşayırlar. Cavabdeh İddiaçı həmin mənzildə yaşamasına hər hansı bir maneçilik törətmir. İddiaçı cavabdehin və uşaqlarının mənzilə olan istifadə hüquqlarına xitam verilməsini və onların mənzildən çıxarılmasını tələb edir və bundan sonra mənzildə tək yaşamaq istədiyini bildirir. Cavabdeh isə nənəsinin mənzildə yaşamasına heç bir maneçilik etmədiyini, onun atası Abas Abdullayevin nənəsini ona qarşı öyrətdiyinə görə, nənəsinin ona qarşı məhkəmədə belə bir iddia qaldırdığını bildirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə müvafiq olaraq şəxsin yaşayış yeri dedikdə, şəxsin Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “X10rşı iş üzrə” Avropa İnsan Hüquqları Məhkəməsinin 24.11.1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, “İnsan Hüquqlarının və X6 haqqında” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamadıqlarına baxmayaraq, ərizəçilərin həmişə ora qayıtmaq fikirləri vardır və mənzilin kirayəçiləri ilə daimi əlaqələri mövcud idi ki, həmin əlaqələr onların evini öz mənzili hesab etmək üçün yetərli idi. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, Cavabdeh və övladları 2017ci il təvəllüdlü X7 və 2020-ci il təvəllüdlü X3 Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının 17.08.2020-ci il tarixli 80 nömrəli sərəncamına əsasən köçdükləri və faktiki olaraq yaşadııqları Hacıqabul şəhəri İ.Qayıbov küçəsi 6 nömrəli evin 3 otaqlı 8 nömrəli mənzilindən İddiaçı ilə bərabər istifadə etmək hüquqları vardır. Cavabdehin və uşaqlarının yaşadıqları mənzildən istifadə hüquqlarının itirilməsinə və oradan çıxarılmalarına qanuni əsaslar yoxdur. İddiaçı iddia tələbinin əsasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, yəni sübut etmə vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X17rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh uşaqları - 2017-ci il təvəllüdlü X11 və 2020-ci il təvəllüdlü X8 ilə birlikdə Hacıqabul şəhəri İ.Qayıbov küçəsi 6 nömrəli evin 8 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-596/2021
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-596/2021
16.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver