Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-605/2023 13.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 1600 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Hacıqabul şəhər X1 Yardım Bölməsində işləyir. Cavabdeh onunla bir yerdə işləyir. Cavabdeh oradakı işçilərlə lotareya oynamaq üçün 2021-ci ilin yanvar ayında pul yığmağa başladı. O cavabdehin səmimiliyinə inanmışdır. Cavabdeh ona bildirib ki, oynasan sonda 3000 manat pul alacaqsan. O da oynayıb və axırıncı oyun 2021-ci ilin oktyabr ayında onun növbəsi idi. Lakin cavabdeh onun pulunu verməyib. O pulunu ondan geri istəyib. Cavabdeh onun pulunu hissə-hissə 1400 manatını qaytarıb. Lakin uzun müddət keçməsinə baxmayaraq, pulunun qalan hissəsini, yəni 1600 manatı hələ də ala bilməmişdir. Cavabdeh müxtəlif bəhanələrlə pulu ödəməkdən imtina edir. O, cavabdehlə aralarında olan mübahisə ilə bağlı Hacıqabul rayon polis şöbəsinə müraciət etmiş və polis şöbəsində araşdırma zamanı cavabdeh ona 1600 manat borclu olduğunu etiraf etmişdir. Lakin həmin vaxtıda cavabdeh borcunu ödəməmişdir. Ona görə də o məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iş yerində cavabdeh bütün işçilərlə lotareya oynamış, onu isə sonuncu növbə kimi yazmışdır. Razılaşmaya əsasən hər kəs ayda 300 manat pul qoymalı və hər ay bir nəfər 3000 manat pul almalı idi. O, 9 ay ərzində hər ay 300 manat olmaqla, 2700 manat pulu cavabdehə vermişdir. Sonuncu ay isə 300 manat pul verməsi halında, cavabdeh ona 3000 manat pul qaytarmalı idi. Lakin, sonuncu ay o, öz payına düşən 300 manat pulu cavabdehə verməmişdir. Cavabdeh isə bugünədək ona verilmiş pul məbləğindən cəmi 1100 manat pulu ona qaytarmışdır. Cavabdehin ona 1600 manat borcu qalmışdır. Həmin borcun qaytarılması üçün dəfələlərlə cavabdehə müraciət etsə də, cavabdeh borcunu qaytarmamışdır. Odur ki, iddianın təmin edilməsi, 1600 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul edir. Belə ki, iş yoldaşları ilə birlikdə oynadığı lotareya oyununa əsasən hər kəs hər ay 300 manat pul qoymalı və öz növbəsi çatanda 3000 manat pul almalı idi. İddiaçı ona 9 ay ərzində 2700 manat pul vermişdir. Sonuncu ayın pulunu isə verməmişdir. 2700 manat pul vəsaitindən o bugünədək iddiaçıya 1100 manat pulu qaytarmış, 1600 manat borcu qalmışdır. Maddi imkanı olmadığından həmin pulu bir dəfəyə ödəməyə imkanı yoxdur. Borcunu hissə-hissə qaytaracaqdır. Odur ki, iddianın təmin edilməsinə etiraz etmir. İş materiallarında olan Cavabdeh Hacıqabul rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, İddiaçı onun iş yoldaşıdır. 2021-ci ilin yanvar ayında ona aylıq 300 manat olmaqla lotareya oyunu təşkil etdiyini bildirmişdir. 2021-ci ilin noyabr ayında 3000 manat pulu İddiaçı götürəcəkdi. 3000 manat pulu götürdüm və Aynurənin razılığı ilə ondan möhlət istəmişdir. Lakin, sonradan pulu qaytara bilməmişdir. 2022-ci ildə pulun 1400 manat hissəsini hissə-hissə qaytarmışdır, qalan 1600 manat pulu isə qaytara bilməmişdir. Hacıqabul rayon Polis Şöbəsində aparılan araşdırma zamanı İddiaçı da analoji izahat vermişdir. Lakin, məhkəmə iclasında tərəflərin hər ikisi izahatlarında bildirdilər ki, əslində İddiaçı Cavabdeh 9 ay ərzində ümumilikdə 2700 manat pul vermiş, Cavabdeh həmin pulun 1100 manat hissəsini İddiaçı qaytarmamış, 1600 manat pulu isə bügünədək qaytarmamışdır. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti əmələ gəlmişdir. Razılaşmaya əsasən iddiaçı 10 ay müddətində hər ay cavabdehə 300 manat pul məbləği verməli, müddətin sonuncu isə cavabdehə iddiaçıya 3000 manat pulu birdəfəlik şəkildə geri qaytarmalı idi. İddiaçı razılaşmaya uyğun olaraq 9 ay ərzində hər ay 300 manat olmaqla, ümumilikdə 2700 manat pul vəsaitini cavabdehə vermişdir. Cavabdeh isə razılaşmada nəzərdə tutulan müddət başa çatdıqdan sonrakı vaxt ərzində ümumilikdə 1100 manat pul iddiaçıya qaytarmış, 1600 manat pul isə qaytarmamışdır. Hazırda iddiaçı qaytarılmayan 1600 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı cavabdehə hissə-hissə olmaqla ümumilikdə 2700 manat pul vəsaitini borc kimi vermiş, cavabdeh isə həmin məbləğin 1100 manat hissəsini ona qaytarmış, qalan 1600 manat hissəsini isə qaytarmamışdır. Qeyd edilənlərə və Mülki Məcəllənin 385, 442, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən həmin pul məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 1600 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 36 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1600 (min altı yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36 (otuz altı) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(071)-605/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-605/2023
13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver