Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-605/2025 08.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 2796,90 manat əsas, 278,59 manat faiz borcu və 88,98 manat cərimə borcu olmaqla, ümumilikdə 3164,47 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 51,64 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 11 iyul 2024-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 22 faiz olmaqla, 24 ay müddətinə 3000 manat məbləğində kredit götürmüşdür. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Belə ki, 28 fevral 2025-dək Cavabdeh banka 11 iyul 2024-cü il tarixli kredit müqaviləsi üzrə 2796,90 manat əsas borc, 278,59 manat faiz borcu və 177,96 manat cərimə borcu olmaqla, ümumilikdə 3253,45 manat borcu vardır. Cavabdeh 11 iyul 2024-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 177,96 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 88,98 manat məbləğində tələb olunmuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək iş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddia ərizəsinə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin və iddiaçının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 30-Y-1-0-1863-24 saylı istehlak krediti müqaviləsinə əsasən bank – İddiaçı ASC tərəfindən müştəriyə – Cavabdeh 24 ay müddətinə illik 22% dərəcəsi ilə 3000 manat məbləğində kredit verməyi, müştəri isə həmin krediti təyinatına uyğun istifadə etməklə yaranmış borcu müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.1-ci bəndindən müəyyən edilir ki, kreditin ödənilməsinin gecikdirilməsi halında gecikmiş ödəmələrə illik 27% gecikdirmə faziləri hesablanacaqdır. Həmçinin, müqavilənin 3.1.2-ci bəndində qeyd olunur ki, gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam etməyəcəkdir. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən borcalandan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli kassa məxaric orderindən müəyyən edilir ki, Cavabdeh 3000 manat pul vəsaitini imzalamaqla təhvil almışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixli, 30-Y-1-0-1863-24 saylı istehlak krediti müqaviləsi üzrə Cavabdeh 2796,90 manat əsas borc, 278,59 manat faiz borcu və 177,96 manat cərimə borcu olmaqla, ümumilikdə 3253,45 manat məbləğində borcu vardır. Hazırda iddia ərizəsinin məzmunundan da göründüyü kimi, İddiaçı ASC tərəfindən Cavabdeh maliyyə arayışında qeyd olunan cərimə borcu 50% həddində cavabdehə güzəşt edilərək azaldılmış, hazırki cərimə borcu 88,98 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi üçün 5 gün müddətində vaxt verilmiş, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borc, faiz borcu və cərimə borcunu vaxtı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Ona görə də iddia tələbi 2796,90 manat əsas, 278,59 manat faiz borcu və 88,98 manat cərimə borcu hissəsində tam təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi tam təmin olunduğundan, ödənilmiş 51,64 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2796,90 manat əsas, 278,59 manat faiz borcu və 88,98 manat cərimə borcu olmaqla, ümumilikdə 3164,47 (üç min yüz altmış dörd manat qırx yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 51,64 (əlli bir manat altmış dörd qəpik) manat məbləğində pul tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2796,90 manat əsas, 278,59 manat faiz borcu və 88,98 manat cərimə borcu olmaqla, ümumilikdə 3164,47 (üç min yüz altmış dörd manat qırx yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 51,64 (əlli bir manat altmış dörd qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-605/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-605/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver