Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-610/2022 23.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabeh Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabeh Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 7.600 manat pul və ödənilmiş 96 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin əslinin iddiaçıya geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmənin hazırlıq iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılmasına dair xx.xx.2022-ci il tarixli ərizəsini nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. İddiaçı iddianın qaldırılması üçün dövlət büdcəsinə köçürülmüş 97 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114.1.3, 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabeh Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Azərbaycan Respublikası Mərkəzi Bankı - X1 xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzinə əsasən Hacıqabul rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 97 (doxsan yeddi) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hacıqabul rayonu üzrə maliyyə şöbəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-610/2022
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-610/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver