Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-613/2021 28.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X1, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 06.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 3.600 ABŞ dolları əsas kredit borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən 142,50 ABŞ dolları hesablanmış faiz borcu olmaqla, 3.742,50 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi və tutmanın ipoteka predmeti ** FN *** dövlət qeydiyyat nişanlı “Kia Sportage” markalı minik (Tip: cip, buraxılış ili 2013, ban KNAPB8117E7497493) avtomobilnə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsaitin Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ipoteka predmeti olan Cavabdeh məxsus olan “Kia Sportage” markalı minik markalı avtomobilin dövlət qeydiyyat nömrəsinin ** SR *** kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası 28.10.2021-ci il tarixə saat 10:10-a təyin edilmiş, tərəflərə bu barədə məhkəmə bildirişi göndərilməklə rəsmi qaydada məlumat verilmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, hazırkı iş ərazi aidiyyatı üzrə baxılması üçün Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvan 1 ünvan üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS”-dən 28.10.2021-ci il tarixdə çap edilmiş şəxsiyyət vəsiqəsi məlumatından müəyyən edilir ki, Cavabdeh ünvan 1 ünvanda 22.10.2018-ci ildə rəsmi qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsində Cavabdeh ünvanını Hacıqabul şəhəri M.Əsədov küçəsi ev 19 ünvanı kimi qeyd etsə də, Cavabdeh ünvan 1 ünvanda rəsmi qeydiyyatda olduğuna görə, hazırkı işə Hacıqabul rayon Məhkəməsində baxıla bilməz. Odur ki, mülki iş ərazi aidiyyəti üzrə Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvan 1 ünvan üzrə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Çünki, iddia ərizəsində Cavabdeh ünvanı ünvan 6bdeh Cavabdeh ünvan 1 ünvanda qeydiyyatda olmuşdur. Bu səbəbdən işin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunur. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-in 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Azərbaycan Respublikası MPM-in 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35.1, 44.2.1, 44.2.2, 45, 170, 263264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair mülki iş, Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvan 1 ünvan üzrə ərazi aidiyyəti qaydasında baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-613/2021
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-613/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver