Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-62/2023 26.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, vurulmuş maddi zərərə görə 3370 (üç min üç yüz yetimiş) manat məbləğində pulun və 54 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarını pozmaqla icraata qəbul edildiyindən, mülki iş ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki, məhkəmənin hazırlıq iclasında cavabdehin elektron-məhkəmə informasiya sistemindən (AZEMİS) əldə edilmiş şəxsiyyət vəsiqəsinə dair məlumatdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edlmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer haqqında » Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən, cavabdeh tərəfindən təmir işlərinin aparıldığı fərdi yaşayış evi Hacıqabul şəhəri ərazisində yerləşsə də, mövcud iddia tələbinə Hacıqabul rayon Məhkəməsində baxıla bilməz. Belə ki, müstəsna aidiyyət adlanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi (vindikasiya iddiası), mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (neqator iddia) daşınmaz əşyanın olduğu yerə görə verilir. Göründüyü kimi, ümumi ərazi aidiyyəti qaydalarından fərqli olaraq, qanunvericilik bir sıra iddia tələblərinə məhz daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılmasını imperativ qaydada müəyyən etmişdir. Həmin iddia tələbləri isə MPM-nin 39.1ci maddəsində sadalanmışdır. Göstərilən maddəyə əsasən, mülkiyyətçi tərəfindən daşınmaz əmlakla bağlı istənilən iddia tələbinə deyil, yalnız daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması, daşınmaz əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi (vindikasiya iddiası), eləcə də mülkiyyət hüququndan məhrum etmədən daşınmaz əmlaka sahiblik və istifadə hüququna qanunsuz müdaxilə olduğu halda, həmin pozuntuların aradan qaldırılması haqqında iddialara (neqator iddia) məhz daşınmaz əmlakın yerləşdiyi yer üzrə baxıla bilər. Hazırki iddia ərizəsində isə tələb MPM-in 39-cu maddəsində nəzərdə tutulan mənada daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi, eləcə də daşınmaz əmlaka qanunsuz müdaxilə ilə bağlı pozuntunun aradan qaldırılması ilə bağlı deyil, daşınmaz əmlakın təmiri ilə bağlı vurulmuş maddi zərərin ödənilməsi ilə bağlıdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə Hacıqabul rayon Məhkəməsində deyil, ümumi ərazi aidiyyət qaydalarına uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı yer üzrə Şirvan şəhər Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(071)-62/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-62/2023
26.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver