Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-628/2022 03.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Mən, Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X1, Ərizəçi İddiaçı “doğum faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə 31.05.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, onun xx.xx.1957-ci ildə Hacıqabul şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, İddiaçı xx.xx.1957ci ildə Hacıqabul şəhərində doğulması, ərizəsinə əlavə etdiyi Əli Bayramlı şəhər hərbi komissarlığı tərəfindən 14.05.1977-ci ildə verilmiş HЗ ******* nömrəli hərbi bileti, Hacıqabul RİH başçısının Hacıqabul şəhər İnzibati Ərazi dairəsi tərəfindən verilmiş 09.03.2006-cı il tarixli 507 nömrəli arayışla, Rusiya Federasiyası tərəfindən 29.09.2020-ci il tarixdə verilmiş P RUS 55 ******* seyriyalı pasportu və Forma A arayışı ilə təsdiq edilir. Odur ki, İddiaçı xx.xx.1957-ci ildə Hacıqabul şəhərində doğulması faktının məhkəmədə müəyyən edilməsi üçün zərurət yoxdur. Çünki, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Odur ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası 153, 153.2.1, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi İddiaçı “onun xx.xx.1957-ci ildə Hacıqabul şəhərində doğulması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin və ona əlavə edilmiş sənədlərin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilsin. Ərizəçiyə izah edilsin ki, doğum akt qeydinin bərpası üçün Cavabdehnə müraciət etməlidir. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-628/2022
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-628/2022
03.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver