Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-637/2022 11.10.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyan və əldən çıxmış gəlirin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyan və əldən çıxmış gəlirin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən nar bağında baş vermiş yanğın nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 3.200 manat və əldən çıxmış faydaya görə 25.000 manat olmaqla, ümumilikdə 28.200 manat pul tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Hacıqabul rayonu Qubalı kəndində yerləşən ona məxsus nar bağı sahəsində xx.xx.2021-ci ildə yanğın hadisəsi baş vermiş və həmin yanğın nəticəsində 200 nar kolu yanaraq məhv olmuş, 50 nar kolu yanğın nəticəsində qarsımışdır. Fövqəladə Hallar Nazirliyinin X1 Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “yanğın haqqında akt”da ona dəyən ziyanın 3.200 manat olduğu göstərilsə də, əslində bu məbləğ göstəriləndən dəfələrlə çox olmuşdur. Belə ki, baş vermiş yanğın nəticəsində məhv olmuş 200 ədəd nar kolunu yenidən əkərək həminki vəziyyətinə gətirmək üçün ona ən azı 5-10 il vaxt lazımdır ki, bu da bu müddət ərzində nar kollarını yetişdirmək üçün xeyli maddi vəsait və fiziki əmək sərf etmək gərəktirir. Fövqəladə Hallar Nazirliyinin X1 Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “yanğın haqqında akt”da qeyd edilən rəqəm yalnız əkiləcək nar kollarının dəyərini özündə əks etdirir. Bundan başqa bu müddət ərzində o, həmin nar bağından əldə edəcəyi ən az hər il 5.000 manat maddi gəlirdən məhrum olmuşdur. Odur ki, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyətli nümayəndəsi X2 məhkəməyə yazılı vəsatət göndərərək, "xxxx" ASC-nin hüquqi ünvanının Bakı şəhəri Nəsimi rayonu A.Bakıxanov küçəsi 13 olduğunu göstərərək, İddiaçı "xxxx" ASC-yə qarşı “maddi ziyan və əldən çıxmış gəlirin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(071)-637/2022 nömrəli mülki işin baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin vəsatətini nəzərdən keçirib, iş materiallarında olan sənədlərini araşdırıb hesab edir ki, məhkəmə baxışı zamanı mülki işin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunduğuna görə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyan və əldən çıxmış gəlirin ödənilməsi” tələbinə dair 2(071)-637/2022 nömrəli mülki iş Azərbaycan Respublikası MPM-in 35.2, 44.2.2-ci maddələrinin tələbinə uyğun olaraq aidiyyat üzrə baxılmaq üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Çünki, cavabdeh "xxxx" ASC hüquqi şəxs kimi Bakı şəhəri Nəsimi rayonu A.Bakıxanov küçəsi 13 ünvanda qeydiyatdan keçmişdir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-in 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Azərbaycan Respublikası MPM-in 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35.2, 44.2.1, 44.2.2, 45, 263264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyan və əldən çıxmış gəlirin ödənilməsi” tələbinə dair iddiası üzrə 2(071)-637/2022 nömrəli mülki iş, ərazi aidiyyat qaydasında cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanı - ünvan 2 Nəsimi rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-637/2022
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-637/2022
11.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver