Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-639/2022 09.08.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı MMM QBKT-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMM QBKT-nin - cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMM QBKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rasim oğluna və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 xx.xx.2020-ci il tarixli, **********0373 nömrəli kredit müqaviləsi üzrə yaranmış 5.814,35 manat əsas borc, 797 manat faiz borcu, 246,11 manat cərimə olmaqla, cəmi 6.857,46 manat borcun və ödənilmiş 88,60 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı MMM QBKT-a ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMM QBKT-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələini müdafiə etdi və izahatında göstərdi ki, “FİNCA Azerbaijan" MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-cu il tarixli **********0373 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 25% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10.000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 536 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində "Fincard" adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 Rasim oğlu və Cavabdeh3 kredit müqaviləsinin tərəfi olmuşdur. Lakin, borcalan Cavabdeh1 öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixə İddiaçı MMM QBKT-yə müqavilə üzrə 5.814,35 manat əsas borc, 797 manat faiz borcu, 246,11 manat cərimə olmaqla, cəmi 6.857,46 manat borcu yaranmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rasim oğluna və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMM QBKT xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh1 istehlak məqsədləri üçün illik 25% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10.000 manat kredit vermişdir. Ödəniş cədvəlinə əsasən borclu hər ay 536 manat olmaqla bərabər hissələrdə ödəniş etməli idi. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində '‘Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilmişdir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh2 Rasim oğlu və Cavabdeh3 borcalan Cavabdeh1 ilə birlikdə borcun ödənilməsi üçün İddiaçı MMM QBKT-nin qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımı qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə İddiaçı MMM QBKT-yə müqavilə üzrə 5.814,35 manat əsas borc, 797 manat faiz borcu, 246,11 manat cərimə olmaqla, cəmi 6.857,46 manat borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış 246,11 manat cərimə borcu azaldılaraq 10 manat müəyyən edilməlidir. Borclu öhdəliyini lazımı qaydada icra etmədiyi üçün zaminlər həmin borcun ödənilməsi üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər (borcalan) Cavabdeh1, (zamin) Cavabdeh2 Rasim oğlundan və (zamin) Cavabdeh3 xx.xx.2020-ci il il tarixli kredit müqaviləsi üzrə yaranmış 5.814,35 manat əsas borc, 797 manat faiz borcu, 10 manat cərimə və MPM-nin 119.1-ci maddəsinə əsaslanaraq ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi, ümumilikdə isə 6.671,35 manat pul vəsaiti müştərək qaydada tutulub İddiaçı MMM QBKT-yə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il il tarixli kredit müqaviləsi üzrə yaranmış 5.814,35 manat əsas borc, 797 manat faiz borcu, 10 manat cərimə və ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi olmaqla, cəmi 6.671,35 (altı min altı yüz yetmiş bir manat otuz beş qəpik) AZN məbləğində pul vəsaiti cavabdehlər (borcalan) Cavabdeh1, (zamin) Cavabdeh2 Rasim oğlundan və (zamin) Cavabdeh3 müştərək qaydada tutulub İddiaçı MMM QBKT-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov
Məhkəmə qərarları › İş №2(071)-639/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-639/2022
09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver