Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-639/2023 04.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X11 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili X1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9300 manat pulun və dövlət rüsumu kimi ödədiyi 113 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh ilə xx.xx.2011-ci il tarixdə ailə həyatı quraraq nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(071)-273/2016 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra 2017-ci ildə cavabdehin təkidi ilə o övladları olduğu üçün onunla yenidən barışmış, lakin nikaha daxil olmamışlar. 2022-ci ilin aprel ayında cavabdeh bildirib ki, özünün mülkiyyətində olan Bakı şəhərində yerləşən fərdi yaşayış evini təmir etdirmək üçün ona pul lazımdır. Ev təmir edildikdən sonra övladları ilə birlikdə həmin evdə yaşayacaqlar. O cavabdehin sözlərinə inanaraq xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Şirvan filialından 5000 manat, həmin ilin avqust ayında isə "xxxx" ASC-nin İnşaatçılar filialından 4300 manat kredit götürərək cavabdehə vermişdir. Cavabdeh həmin pulu özünün dediyi kimi evin təmirinə və şəxsi məqsədlərinə istifadə etmişdir. Aralarındakı razılaşmaya əsasən cavabdeh hər ay kredit ödənişlərini ödəməli idi. Lakin, cavabdeh nə kredit ödənişlərini ödəyib, nə də ondan aldığı 9300 manat pulu geri qaytarmayıb. Əksinə pulu ondan aldıqdan qısa bir müddət sonra münasibətləri tamamilə pozulmuşdur. Cavabdehin ondan aldığı 9300 manat pulu qaytarmaması səbəbindən o Hacıqabul Rayon Polis Şöbəsinə müraciət edib. Cavabdeh Hacıqabul RPŞ-də verdiyi izahatında ondan 9300 manat pul aldığını etiraf etmişdir. Cavabdehin ona olan borcunu qaytarmaması səbəbindən o hal-hazırda məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bundan sonra, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1726 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, "xxxx" ASC-nin Şirvan filialindan cavabdehin götürdüyü 5000 manatın xərclənməsindən xəbəri yoxdur və o həmin saatlarda cavabdehlə birgə banka getməmişdir. Onun həmin kreditin götürülməsindən xəbəri var idi, lakin həmin tarixdə "xxxx" ASC-nin Şirvan filialinda 5000 manat pulu cavabdeh götürərək ondan əvvəl götürdüyü kreditin qalığını 3306 manat 37 qəpik ödəmişdir. 2022-ci ilin mart ayında cavabdeh göz əməliyyatını keçirmişdi və onun pulunu Kapital bankına məxsus Birkartla ödədiyini demişdi və demişdiki o pulu qaytara bilmir. xx.xx.2022-ci il tarixdə, "xxxx" ASC-nin Şirvan filialinda 5000 manat götürdüyü kredit pulundan təxminən 700 manat miqdarında cavabdeh həmin Birkartına qaytarmışdı. xx.xx.2022-ci il tarixində, "xxxx" ASC-nin Şirvan filialinda 5000 manat götürdüyü puldan qalan 1000 manata yaxın pulun cavabdeh tərəfindən hara xərcləndiyindən xəbəri yoxdu. xx.xx.2022-ci il tarixində, "xxxx" ASC-nin Şirvan filialinda 5000 manat cavabdeh pul kreditini götürəndə (saat 13:22 radələrində) o onun yanında ola bilməzdi, çünki o həmin tarixdə xx.xx.2022-ci ildə saat 11:54 radələrində "xxxx" ASC-nin Bakı şəhəri Həzi Aslanov filialında öz adına 3900 manat nağd pul kreditini rəsmiləşdirirdi. xx.xx.2022-ci il tarixində, "xxxx" ASC-nin Şirvan filialindan cavabdehin götürdüyü 5000 manat kredit pulun xərclənməsi ona məxsus deyil. 2022-ci ilin iyun ayının sonundan başlayaraq cavabdeh və birgə niklarından olan Səfərli Esra və Səfərli Əbəlfəz oğlu cavabdehin birinci nikahindan olan Həsənli Ülkər və onun birinci nikahından olan Səfərli Ariana, bir yerdə yaşamaq üçün Bakıya köçüb və bu vaxtdan xx.xx.2022-ci il tarixinə qədər cavabdehlə bütün ailə xərclərini birgə aparmağa başlamışlar. Uşaqların dördüdə o işlədiyi, Bakı şəhəri, Xətai rayonunda yerləşən 59 saylı orta məktəbə tədrislərini davam etdirilməsi üçün qəbul olunub. Avqust ayında müəllimlərin iqtisadi vəziyyəti ağır olur. Bu problemi həll etmək məqsədi ilə cavabdehlə birlikdə avqust ayının əvvəllərində cavabdeh 4300 manat "xxxx" ASC-nin İnşaatçilar filialndan pul krediti götürüb və onu birlikdə ailə problemlərinə sərf etmişlər. Lakin ümüd etdiyləri kimi, bir neçə aydan sonra ağır iqtisadi durumları yaxşılaşmayıb. Kreditləri ağır olub, üstəlik dörd uşaq məktəbə gedirdi, vəziyyəti yaxşılaşdırmaq üçün xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin Gənclik filialından 5800 manat nağd pul kreditini götürüb. O puldan 3615 manat 61 qəpik xx.xx.2022-ci ildə "xxxx" ASC-nin Bakı şəhəri Həzi Aslanov filialından öz adına 3900 manat nağd pul kreditininin qalan borcunu ödəmişdir. xx.xx.2022 ci il tarixində "xxxx" ASC-nin Gənclik filialından götürdüyü 5800 manat kreditin qalan 2100 manatdan 1800 manatını saxlanılması üçün cavabdehə vermişdir. Lakin çox vaxt keçmədən cavabdehlə münasibətləri pozulub və cavabdeh bildirib ki, onda qalan pulu 4300 manat “Kapital Bank" ASC-nin İnşaatçilar filialından götürdüyü kreditin bağlanmasına sərf edəcək. Cavabdehin xx.xx.2022-ci il tarixində, "xxxx" ASC-nin Şirvan filialinda 5000 və 4300 manatını isə avqust ayında "xxxx" ASC-nin İnşaatçilar filialından pul kreditinin ödənilməsində kredit hesablarına ümumilikdə 676 manat köçürmüş, 1400 manat Azəri poçt vasitəsi ilə göndərmiş və 1800 manat əlbəəl vermiş, ümumilikdə 3876 manat. Cavabdehlə birgə təsərrüfat apardıqları dövrdə, (2022-ci ilin iyun-dekabr aralığında) cavabdehin adına 4300 manat "xxxx" ASC-nin İnşaatçilar filialından pul krediti götürmüş və onun ödənilməsində də bərabər iştirak etməlidirlər. Onun payına düşür 2150 manat, o isə 3876 manat ödəmişdir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı izahat verərək bildirdi ki, nikahları pozulduqdan sonra o, 2017-ci ildə yenidən cavabdehlə barışıb bir yerdə yaşamış və təsərrüfat aparmışlar. xx.xx.2022-ci il tarixdə o, bankdan 5000 manat, xx.xx.2022-ci il tarixdə isə bankdan 4300 manat kredit götürmüş və hər iki məbləği də cavabdehə vermişdir. Cavabdeh qeyd edilən pul məbləğlərini bir yerdə yaşayacaqlarını vəd etdiyi Bakı şəhərində olan evin təmirinə xərcləmişdir. Odur ki, həmin pul məbləğləri cavabdehdən alınaraq ona verilməlidir. Qarşılıqlı iddianın dəlilləri isə əsassızdır. Çünki, cavabdeh bankdan götürdüyü kreditin 1800 manat hissəsini ona verməmişdir. Bundan başqa, birgə yaşadıqları dövrdə və ondan sonra uşaqların xərclərin qarşılanması üçün cavabdeh ona müxtəlif vaxtlarda pul vəsaitləri göndərmiş və həmin vəsaitlər uşaqlara xərclənmişdir. Cavabdehin həmin məbləğləri ondan geri tələb etməsi əsassızdır. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili X2 çıxış edərək bildirdi ki, tərəflər arasında nikah pozulduqdan təxminən bir il sonra tərəflər yenidən barışmışlar və 2022-ci ilin dekabr ayına kimi birgə yaşamışlar. İddiaçı Bakı şəhərindəki evdə son tamamlanma işləri üçün bankdan cəmi 9300 manat pul götürüb cavabdehə vermişdir. Hazırda iddiaçı həmin pul məbləğini cavabdehdən geri tələb edir. Qarşılıqlı iddia ərizəsi isə tamamilə əsassızdır. Ona görə ki, əvvəla cavabdeh iddiaçıya öz adına götürdüyü kredit vəsaitinin 1800 manat hissəsini verməmişdir. Bu barədə hər hansı sübut yoxdur. Cavabdehin iddiaçıya göndərdiyi digər pul vəsaitləri ilə bağlı isə qeyd edilməlidir ki, əvvəla cavabdehin iddiaçıya qarşı aliment öhdəliyi vardır. Onun alimentlə bağlı ödədikləri vəsaiti sonradan geri tələb etmək hüququ yoxdur. Göndərdiyi pul vəsaitləri həmçinin birgə yaşadıqları dövrdə yaranmış xərclərin qarşılanması ilə əlaqədar olmuşdur ki, həmin vəsaitlərində də tələb edilməsi əsassızdır. Odur ki, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahat verərək bildirdi ki, 2016-cı ildə boşandıqdan sonra, o, iddiaçı ilə yenidən barışmış və qeyri-rəsmi şəkildə uşaqları ilə birlikdə 2022-ci ilin dekabr ayına kimi yaşamışlar. Bakı şəhərində olan ev ona deyil, atasına məxsus evdir və həmin ev 2021-ci ildə tam təmir olunub yaşanacaq vəziyyətə gətirilmişdir. Bankdan götürülmüş vəsaitlərini evin təmirinə xərclənəcəyi ilə bağlı iddiaçının dedikləri əsassızdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə iddiaçı Bankdan 5000 manat kredit götürərkən o, iddiaçının yanında olmamışdır. Çünki, həmin tarixdə kreditin götürüldüyü saatlarda o, Bakı şəhərində özü üçün başqa bir kredit götürürdü. Digər tərəfdən, iddiaçı götürdüyü həmin kredit məbləğini ona verməmişdir. Çünki, iş materiallarına əlavə etdiyi mədaxil və məxaric qəbzlərindən görünür ki, iddiaçı götürdüyü 5000 manat kredit məbləğinin 3306 manat hissəsi ilə əvvəlki kredit borcunun qalığını ödəmiş, qalan məbləği isə ümumi ehtiyaclarına sərf etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının adına götürülmüş 4300 manat kredit məbləğini isə birlikdə almışlar, elə həmin tarixdə həmin vəsaitin 2100 manat hissəsini evlərinə aldıqları məişət əşyalarının kreditinə ödəmişlər, qalan məbləği isə ümumi ailə ehtiyaclarına sərf etmişlər. Odur ki, iddiaçının ondan 9300 manat pul tələb etməsi əsassızdır. Onun özü isə xx.xx.2022-ci il tarixdə bankdan 5800 manat kredit götürmüş, həmin məbləğin 3900 manat hissəsinə əvvəlki kreditinin qalıq hissəsini ödəmiş, yerdə qalan 2100 manatın 1800 manatını saxlamaq üçün İddiaçı vermişdir. Münasibətləri pozulduqdan sonra isə kredit borclarının ödənilməsi üçün İddiaçı kart hesabına ümumilikdə 676 manat köçürmüş, 1400 manat pulu isə poçt vasitəsi ilə göndərmişdir. Ümumilikdə ona 3876 manat pul vermişdir. Hesab edir ki, İddiaçı adına götürülmüş 4300 manat kredit vəsaiti ailə ehtiyaclarına sərf olunduğuna görə həmin vəsaitin yarısı olan 2150 manat onun, yarısı isə İddiaçı payına düşür. 3876 manat vəsaitdən 2150 manat çıxıldıqdan sonra, qalan 1726 manat pulu ondan tələb edir. Odur ki, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 2(071)-273/16 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X5 arasında bağlanmış 15 aprel 2011-ci il tarixli 112 saylı nikah pozulmuş, xx.xx.2016-cı il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Şirvan filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, bank tərəfindən İddiaçı 60 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 5000 manat kredit verilmişdir. Kreditin rəsmiləşdirilməsi xx.xx.2022-ci il tarixdə təxminən saat 13:20 radələrində baş vermişdir. İş materiallarında olan 30 aprel 2022-ci il tarixli, 1057 nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı kreditin tam ödənilməsi məqsədi ilə 3306,37 manat pul vəsaitini "xxxx" ASC-yə ödəmişdir. İş materiallarında olan 30 aprel 2022-ci il tarixli, 3008 nömrəli kassa məxaric orderindən görünür ki, "xxxx" ASC-nin Həzi Aslanov filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə həmin tarixdə saat 12:00 radələrində bank tərəfindən ona 3900 manat kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin İnşaatçılar filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı 35 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə 4300 manat kredit verilmişdir. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli, 3037 nömrəli kassa məxaric orderindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə bank tərəfindən ona 5800 manat kredit verilmişdir. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli, 1135 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh kreditin tam ödənilməsi məqsədi ilə 3615,61 manat pul vəsaitini "xxxx" ASC-yə ödəmişdir. İş materiallarında olan T.Bağırov adına 59 saylı tam orta məktəb tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 39 nömrəli arayışdan görünür ki, X9 həqiqətən Bakı şəhəri Xətai rayonu, 59 nömrəli tam orta məktəbə xx.xx.2022-ci il tarixli, 88 nömrəli əmrə əsasən 5 F sinfinə daxil olmuş, xx.xx.2022-ci il tarixdə 170 nömrəli əmrə əsasən məktəb kontingentindən çıxarılmışdır. İş materiallarında olan T.Bağırov adına 59 saylı tam orta məktəb tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 40 nömrəli arayışdan görünür ki, X6 həqiqətən Bakı şəhəri Xətai rayonu, 59 nömrəli tam orta məktəbə xx.xx.2022-ci il tarixli, 90 nömrəli əmrə əsasən 3 E sinfinə daxil olmuş, xx.xx.2022-ci il tarixdə 170 nömrəli əmrə əsasən məktəb kontingentindən çıxarılmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə 129,7 manat, xx.xx.2022-ci il tarixdə 129,8 manat, xx.xx.2022-ci il tarixdə 157 manat, xx.xx.2022-ci il tarixdə 129,7 manat, xx.xx.2022-ci il tarixdə 130 manat bank hesabına ödəniş etmişdir. İş materiallarında olan Azərpoçt MMC tərəfindən verilmiş qəbzlərdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 300 manat və xx.xx.2023-cü il tarixdə 300 manat pul vəsaitini İddiaçı göndərmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, ilk iddia və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, tərəflər 15 aprel 2011-ci il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuş və onların birgə nikahlarından iki uşaqları doğulmuşdur. Tərəflər arasında olan nikah məhkəmənin 05 may 2016-cı il tarixli qətnaməsinə əsasən pozulsa da, onlar sonradan yenidən barışmış və 2022-ci ilin dekabr ayının ortalarınadək birlikdə yaşamışlar. Birgə yaşadıqları dövrdə tərəflərin hər ikisi bankdan müxtəlif məbləğlərdə kredit götürmüşlər. İlk iddiaçı bankdan iki dəfə, xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə isə 4300 manat kredit götürərək cavabdehə verdiyini bildirir və həmin pul məbləğlərini cavabdehdən geri tələb edir. Məhkəmə, ilk iddianın bankdan götürülmüş 5000 manat kredit vəsaitinin cavabdehə verilməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən 30 aprel 2022-ci il tarixdə "xxxx" ASC-nin Şirvan filialından 5000 manat kredit vəsaitinin götürüldüyü saatlarda, cavabdeh "xxxx" ASC-nin Həzi Aslanov filialından öz adına 3900 manat kredit götürmüşdür. Belə olan vəziyyətdə iddiaçı tərəfindən bankdan kredit götürülərkən cavabdehin onun yanında olması inandırıcı görünmür. Digər tərəfdən, iş materiallarında olan kassa mədaxil orderindən görünür ki, İddiaçı bankdan 5000 manat krediti məxaric etdikdən sonra həmin tarixdə başqa bir kredit müqaviləsi üzrə yaranmış kredit borcunun tam ödənilməsi məqsədi ilə 3306,37 manat pul vəsaitini "xxxx" ASC-yə ödəmişdir. İddiaçı geri qalan məbləği cavabdehə verməsinə dair sübutlarını isə məhkəməyə təqdim etməmişdir. Odur ki, ilk iddia həmin hissədə əsassızdır. Məhkəmə, həmçinin iddianın bankdan götürülmüş 4300 manat kredit vəsaitinin cavabdehə verilməsi ilə bağlı dəlilini də əsassız hesab edərək qeyd edir ki, işin faktiki hallarından görünür ki, nikahları pozulmuş olsa da, tərəflər sonradan barışmış və 2017-ci ildən 2022-ci ilin dekabr ayına kimi mehriban şəraitdə yaşamış, hətta 2022-ci ilin yay aylarından etibarən onlar Bakı şəhərində birlikdə yaşamışlar. xx.xx.2022-ci il tarixdə iddiaçı bankdan kredit götürərkən tərəflər birlikdə olmuş, kredit məbləği məxaric olunduqdan sonra elə həmin tarixdə onun bir hissəsi (cavabdehin deməsinə görə 2100 manat) tərəflərin məişət əşyalarının alınması ilə bağlı əvvəlki kredit borclarının ödənilməsinə sərf edilmiş, qalan məbləğ isə ailənin ümumi ehtiyaclarına xərclənmişdir. Məhkəmə iclasında iddiaçı cavabdehin bu barədə dediklərini inkar etməmişdir. Məhkəmə, qarşılıqlı iddia tələbinin də dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan sənədlərlə Cavabdeh xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən 5800 manat kredit götürməsi və həmin tarixdə başqa bir kredit müqaviləsi üzrə yaranmış kredit borcunun tam ödənilməsi məqsədi ilə 3615,61 manat pul vəsaitini "xxxx" ASC-yə ödəməsi müəyyən edilir. Cavabdeh kreditin qalan məbləğindən 1800 manat pulun saxlanılması üçün İddiaçı verməsini bildirsə də, bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, Cavabdeh 2022-ci ilin iyun ayından noyabr ayına kimi cəmi 676 manat kredit vəsaitini İddiaçı adına banka ödəmişdir. Lakin, həmin dövrdə onlar faktiki olaraq ailə kimi birlikdə yaşamışlar və birlikdə təsərrüfat aparmışlar. Belə olan halda onun İddiaçı həmin pul vəsaitini geri tələb etməsi əsassızdır. Digər tərəfdən, iş materiallarında olan qəbzlərlə Cavabdeh 2022-ci ilin dekabr ayında faktiki ailə münasibətləri pozulduqdan sonra İddiaçı müxtəlif tarixlərdə pul vəsaitləri göndərməsi (1400 manat) müəyyən olunur. Lakin, işin faktiki hallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş iki uşaqları var və uşaqlar İddiaçı yanında yaşayırlar. Cavabdeh isə həmin pul vəsaitlərini İddiaçı borc kimi deyil, ailə ehtiyaclarının qarşılanması məqsədi ilə göndərmişdir. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Cavabdeh İddiaçı qarşısında aliment öhdəliyi vardır. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, qüvvədə olan Ailə Məcəlləsində və ya Mülki Məcəllədə qeyd olunan münasibətləri tənzimləyən konkret norma yoxdur. Odur ki, məhkəmə qanunun analogiyasından istifadə edərək bu münasibətləri tənzimləməyi lazım bilir. Belə ki, məhkəmənin qənaətinə görə, mülki və ailə qanunvericiliyinin ər-arvadın ümumi əmlakının yaranması ilə bağlı normalarına (Mülki Məcəllənin 225.1-ci, Ailə Məcəlləsinin 32, 36 və 37-ci maddələri) görə əksi sübut edilməyənədək ailə büdcəsinə daxil olmuş vəsaitlər ailənin ümumi gəlirlərinə, xərclənmiş vəsaitlər isə ümumi xərclərinə aid edilir. Ailə Məcəlləsinə (37.1-ci maddə) müvafiq olaraq ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, ilk iddia və qarşılıqlı iddia rədd edildiyindən, ilk iddia və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiası və iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İlk iddia və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X12
Məhkəmə qərarları › İş №2(071)-639/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-639/2023
04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver