Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-648/2021 11.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Mən, Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X1 Kreditor "xxxx" MMC-nin Borclu qarşı “borcun tutulması haqqında məhkəmə əmrinin verilməsi” barədə ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq, MÜƏYYƏN ETDİM: Kreditor "xxxx" MMC Borclu qarşı “borcun tutulması haqqında məhkəmə əmrinin verilməsi” barədə ərizə ilə 08.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Borclu "xxxx" MMC-nin xeyrinə 1203 manat pul və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, kreditor ərizəni verərkən, qanunla müəyyən edilmiş 100 manat məbləğdə dövlət rüsumunu ödəməmiş və qəbzi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. 108.3-cü madəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən 01.10.2021-ci il tarixdən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat rüsum ödənilir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 151.1, 152, 152.1.5, 263-264cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor "xxxx" MMC-nin Borclu qarşı “borcun tutulması haqqında məhkəmə əmrinin verilməsi” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-648/2021
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-648/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver