Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-650/2022 29.08.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 2.325 manat, Cavabdeh2 3.910 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, “Azərlotoreya" şirkətindən aldığı lotoreya biletlərinin satışı ilə məşğul olur və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə onun arasında lotoreya biletlərinin “Alqı-satqı" müqaviləsi bağlanmışdır (Cavabdeh2 ilə 02 saylı və Cavabdeh1 ilə 04 saylı müqavilə). Cavabdeh2 arasında bağlanmış 02 saylı müqaviləyə əsasən o, bir ay müddətinə yəni, 13 aprel 2022-ci ildən, 13 may 2022- ci il tarixinə qədər Cavabdeh2 3.325 manat dəyərində, Digər Cavabdeh1 ilə bağlanmış 04 saylı müqaviləyə əsasən 13 aprel 2022-ci il tarixdən 13 may 2022-ci il tarixinə qədər ümumi dəyəri 4.910 manat dəyərində lotoreya biletini sataraq pulunu ona ödəmələri barədə razılığa gəlmişlər. O,ümumilikdə Cavabdeh2 3.325 manat dəyərində, Cavabdeh1 isə 4.910 manat dəyərində lotoreya bileti təhvil vermişdir. Cavabdehlər müqavilə ilə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər və aldıqları lotoreyanın dəyərini bu günə qədər tam məbləğdə ona ödəməmişlər. O, dəfələrlə cavabdehlərə aldıqları lotoreyaların dəyərini ödənilməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. 2022-ci ilin aprel ayının 27-də, səhər saatlarında işə başlamamışdan əvvəl o, Cavabdeh1 fəaliyyət göstərdiyi Bakı şəhəri, 28 May Metrosunun (28 Mall) ətrafına gələrək ondan müqaviləyə əsasən aldığı lotoreya biletlərinə görə hesabat aparmasını xahiş etmiş. Cavabdeh isə ona hesabat aparmaq üçün Bakı şəhəri, 20 Yanvar meydanı ətrafına getməyi məsləhət bilmişdir. Yola düşən zaman o, stolun üstündə olan çantanı götürsə də, Cavabdeh1 çantanı onun əlindən almışdır. O, hesabata getdiklərindən buna fikir verməsə də, yola düşəndən 20-30 metr sonra 28 May metrosu qarşısında çantanı Cavabdeh1 qaçırmış, o, cavabdehin arxasınca qaçsa da, cavabdeh gözdən itmişdir. Bundan sonra o, Cavabdeh1 qardaşı Cavabdeh2 zəng etmiş, lakin Cavabdeh2 telefonu sönülü olmuşdur. Daha sonra o,bu barədə DİN-nin 102 Qaynar xəttinə zəng edərək baş vermiş hadisəni onlara bildirmişdir. Bakı şəhəri, 22 №-li Polis İdarəsində araşdırılma aparılmışdır. Polis araşdırma nəticəsində cavabdehlərdən 2.000 manat pul alaraq ona verilmişdir. Beləliklə hazırda cavabdehlər Cavabdeh2 ona ödənilməmiş 2.325 manat, digər Cavabdeh1 isə 3.910 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, onunla Cavabdeh2 arasında bağlanmış 02 saylı müqaviləyə əsasən o, bir ay müddətinə yəni, 13 aprel 2022-ci ildən, 13 may 2022- ci il tarixinə qədər Cavabdeh2 3.325 manat dəyərində, Cavabdeh1 ilə aralarında bağlanmış 04 saylı müqaviləyə əsasən 13 aprel 2022-ci il tarixdən 13 may 2022-ci il tarixinə qədər Cavabdeh1 ümumi dəyəri 4.910 manat dəyərində lotoreya biletləri vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən vərəsəsin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 02 saylı müqaviləyə əsasən o, bir ay müddətinə yəni, 13 aprel 2022-ci ildən, 13 may 2022- ci il tarixinə qədər Cavabdeh2 3.325 manat dəyərində, Cavabdeh1 ilə aralarında bağlanmış 04 saylı müqaviləyə əsasən 13 aprel 2022-ci il tarixdən 13 may 2022-ci il tarixinə qədər Cavabdeh1 ümumi dəyəri 4.910 manat dəyərində lotoreya biletləri vermişdir. Daha sonra cavabdehlər müqavilə ilə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməyərək ona olan borclarını qaytarmaqdan yayınmışlar. Sonradan onun müraciəti əsasında Bakı şəhəri, 22 №-li Polis İdarəsində araşdırılma aparılmışdır. Polis araşdırma nəticəsində cavabdehlərdən 2.000 manat pul alınaraq ona verilmişdir. Hazırda cavabdehlər Cavabdeh2 ona ödənilməmiş 2.325 manat, digər Cavabdeh1 isə 3.910 manat borcu qalmışdır. Odur ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əssən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 2.325 manat, Cavabdeh2 3.910 manat pul və ödənilmiş 83 manat dövlət rüzumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Füzuli Pənahov
Məhkəmə qərarları › İş №2(071)-650/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-650/2022
29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver