Məhkəmə qərarları › İş №2(071)-652/2021

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-652/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-652/2021 02.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 11.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 15.10.2014-cü il tarixli 037R********** nömrəli kredit razılaşması üzrə yaranmış 851,63 manat əsas borc, 130,53 manat faiz borcu və 149,88 manat cərimə olmaqla, cəmi 1.132,04 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 15.10.2014-cü il tarixli 037L**********85 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 15.10.2014-cü il tarixli 037R********** nömrəli kredit razılaşması əsasında İddiaçı QSC borcalan Cavabdeh1 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 3.200 manat kredit vermişdir. Tərəflərin imzaladıqları 12.07.2016-cı il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1,2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 12.08.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2.348,37 manat ödəmişdir. Cavabdeh1 13.09.2021-ci il tarixə müqavilə üzrə 851,63 manat əsas borcu, 130,53 manat faiz borcu, 149.88 manat cərimə olmaqla, cəmi 1.132,04 manat borcu yaranmışdır. Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin X5 ilə bağlanmış 15.10.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən bank qarşısında borcalanla birgə cavabdehlik daşımağı öz üzərinə götürmüşdür. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və ərizə təqdim edərək izahatında bildirdi ki, onun 15.10.2014-cü il tarixli kredit razılaşması üzrə İddiaçı QSC-yə 851,63 manat əsas borc və 130,53 manat faiz borcu olmasını etiraf edir. Cəriməni qəbul etmir. Borcun hissə-hissə hissə ödənilməsinə şərait yaradıldığı təqdirdə, o, banka olan borcunu ödəyə bilər. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh2 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir Belə ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 15.10.2014-cü il tarixli 037L**********85 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 15.10.2014-cü il tarixli 037R********** nömrəli kredit razılaşması əsasında İddiaçı QSC borcalan Cavabdeh1 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 3.200 manat kredit vermişdir. Tərəflərin imzaladıqları 12.07.2016-cı il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin X5 ilə bağlanmış 15.10.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən bank qarşısında borcalanla birgə cavabdehlik daşımağı öz üzərinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, borcalan Cavabdeh1 müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcu vaxtında lazımi qaydada ödəməmişlər və öhdəliyin icrasını gecikdirmişlər. Cavabdeh1 götürdüyü kredit borcundan 2.348,37 manat ödəmişdir, onun 13.09.2021-ci il tarixə müqavilə üzrə banka 851,63 manat əsas borcu, 130,53 manat faiz borcu, 149,88 manat cərimə olmaqla, cəmi 1.132,04 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış 149,88 manat dəbbə pulu azaldılaraq 10 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 15.10.2014-cü il tarixli 037R********** nömrəli kredit razılaşması üzrə yaranmış borc yalnız borclu Cavabdeh1 tutulmalıdır. Zamin Cavabdeh2 ilə kreditor İddiaçı QSC arasında bağlanmış 15.10.2014-cü il tarixli zaminlik müqaviləsinin müddəti 15.10.2014-cü il tarixli kredit razılaşmasının müddətinin bitdiyi gün, yəni 12.07.2017-ci il tarixdə başa çatdığına və kreditor 11.10.2021-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə, 15.10.2014-cü il tarixli kredit razılaşması üzrə verilmiş borc zamindən tələb edilə bilməz. 15.10.2014-cü il tarixli kredit razılaşması üzrə Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Hazırda zamin borcun ödənilməsi üçün məsuliyyət daşımır. Çünki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 15.10.2014-cü il tarixli kredit razılaşması üzrə yaranmış 851,63 manat əsas borc, 130,53 manat faiz borcu, 10 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.022,16 manat pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. İddia tələbi - cavabdeh (borcalan) Cavabdeh1 qarşı qalan hissədə, yəni 139,88 manat dəbbə pulunun tutulması hissəsində rədd edilməlidir. İddia tələbi - cavabdeh (zamin) Cavabdeh2 qarşı hissəsində tam rədd edilməli, 15.10.2014cü il tarixli zaminlik müqaviləsi üzrə zamin Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 15.10.2014-cü il tarixli kredit razılaşması üzrə yaranmış 851,63 manat əsas borc, 130,53 manat faiz borcu, 10 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.022,16 (bir min iyirmi iki manat on altı qəpik) manat pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi - cavabdeh (borcalan) Cavabdeh1 qarşı qalan hissədə, yəni 139,88 manat dəbbə pulunun tutulması hissəsində rədd edilsin. İddia tələbi - cavabdeh (zamin) Cavabdeh2 qarşı hissəsində tam rədd edilsin. 15.10.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə zamin Cavabdeh2 zaminliyinə xitam verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar