Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-654/2021 02.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 11.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 11.09.2020-ci il tarixli 304199-1-35641 nömrəli kredit müqaviləsi üzrə 08 iyul 2021-ci il tarixə yaranmış 2.734,58 manat əsas borc, 241,33 manat faiz borcu və 131,20 manat cərimə olmaqla, cəmi 3.107,11 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, iddiaçının nümayəndəsi məhkəməyə gəlməmişdir. İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə 01.12.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi və izahatında bildirdi ki, 11.09.2020-ci il tarixli kredit müqaviləsi üzrə 08 iyul 2021-ci il tarixə İddiaçı ASC-yə 2.734,58 manat əsas borc, 241,33 manat faiz borcu və 131,20 manat cərimə olmaqla, cəmi 3.107,11 manat borcu olmasını etiraf edir. Borcu maddi vəziyyəti ilə əlaqədar hazırkı vaxta kimi ödəyə bilməmişdir. İddianın təmin edilməsinə etiraz etmir. Bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iddiaçının iddianı müdafiə etməsinə dair ərizəsini, cavabdehin iddianı etiraf etməsinə dair ərizəsini nəzərdən keçirib, cavabdehin iddianı etiraf etməsinə dair izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 11.09.2020-ci il tarixli 304199-1-35641 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh istehlak məqsədi ilə illik 22 faiz hesablanması şərti ilə 48 ay müddətinə 2.935 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh 11.09.2020-ci il tarixli müqavilə üzrə 2.734,58 manat əsas borc, 241,33 manat faiz borcu və 131,20 manat cərimə olmaqla, ümumilikdə 3.107,11 manat borcu yaranmışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 11.09.2020-ci il tarixli kredit müqaviləsi üzrə 08 iyul 2021-ci il tarixə yaranmış 2.734,58 manat əsas borc, 241,33 manat faiz borcu və 131,20 manat cərimə olmaqla, cəmi 3.107,11 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11.09.2020-ci il tarixli 304199-1-35641 nömrəli kredit müqaviləsi üzrə 08 iyul 2021ci il tarixə yaranmış 2.734,58 manat əsas borc, 241,33 manat faiz borcu, 131,20 manat cərimə və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 3.137,51 (üç min üç yüz otuz yeddi manat əlli bir qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-654/2021
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-654/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver