Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-657/2021 30.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı BOKT QSC-nin nümayəndəsi X1, cavabdehlər Mərcimək (Məmmədova) Şövkət Hüseyn qızının və Cavabdeh2 iştirakı ilə, İddiaçı BOKT QSC-nin cavabdehlər Mərcimək (Məmmədova) Şövkət Hüseyn qızına və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT QSC cavabdehlər Mərcimək (Məmmədova) Şövkət Hüseyn qızına və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 11.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Şirvan filialı ilə Mərcimək(Məmmədova) Şövkət Hüseyn qızı arasında bağlanmış 09.07.2008-ci il tarixli 543 nömrəli kredit müqaviləsi üzrə yaranmış 392,97 manat əsas borcun, hesablanmış 640,78 manat faiz borcu olmaqla, cəmi 1.033,75 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər (borcalan) Mərcimək (Məmmədova) Şövkət Hüseyn qızından və (zamin) Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı BOKT QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, “"xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC BOKT-a keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh1 (sonradan soyadı dəyişdirilərək Mərcimək olmuşdur) qarşı 392,97 manat əsas borc, 640,78 manat faiz borcu olmaqla, cəmi 1.033,75 manat problemli borcu üzrə tələb hüququ 20.11.2017-cü il tarixli S-FK-SİR-158 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC BOKT-a təhvil verilmişdir. "xxxx" ASC-nin Şirvan filialı ilə borcalan Mərcimək (Məmmədova) Şövkət Hüseyn qızı arasında bağlanmış 09.07.2008-ci il tarixli 543 nömrəli kredit müqaviləsinə əsasən istehlak məqsədilə X4 qızına 12 ay müddətinə illik 24 %-lə 2.300 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi həmin müqaviləyə əsasən Cavabdeh2 borcalana zamin durmuşdur. X4 qızı krediti və hesablanmış faizləri vaxtında ödəməmişdir. Cavabdeh X4 qızının iddiaçıya 392,97 manat əsas borc, 640,78 manat faiz borcu olmaqla, cəmi 1.033,75 manat borcu yaranmışdır. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdehə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh Mərcimək (Məmmədova) Şövkət Hüseyn qızı məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, "xxxx" ASC-nin Şirvan filialı ilə bağladığı 09.07.2008-ci il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 24 %-lə 2.300 manat borc almışdır. Müqavilənin müddətinin bitdiyi 09.07.2009-cü il tarixə kimi faizləri ilə birlikdə ödəniş cədvəlinə uyğun olaraq borcunu tamamilə ödəyib qurtarmışdır. Bu səbəbdən 09.07.2009-cü il tarixdən indiyə kimi onu heç kimi borcun ödənilməməsi barədə narahat etməmiş və ona hər hansı bir məktub göndərilməmişdir. Əgər onun banka borcu qalsaydı bank 12 il ərzində ona qarşı iddia qaldıra bilərdi. İddiaçı qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürməklə, 2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia müddətinin tətbiqi barədə məhkəmənin dəftərxanasına yazılı ərizə təqdim etmişdir. Odur ki, iddia tələbinin əsassız olduğuna və iddia müddəti ötürüldüyünə görə iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, "xxxx" ASC-nin Şirvan filialı ilə bağlanmış 09.07.2008-ci il tarixli kredit müqaviləsinə əsasən anası Mərcimək (Məmmədova) Şövkət Hüseyn qızı 12 ay müddətinə illik 24 %-lə 2.300 manat borc almışdır. O, 09.07.2008-ci il tarixli zaminlik müqaviləsinə əsasən anası Mərcimək (Məmmədova) Şövkət Hüseyn qızına zamin durmuşdur. Anası müqavilənin müddətinin bitdiyi 09.07.2009-cü il tarixə kimi faizləri ilə birlikdə ödəniş cədvəlinə uyğun olaraq borcu tamamilə ödəmişdir. Odur ki, iddianı əsassız hesab edir. Həmçinin iddia müddətinin keçməsini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, "xxxx" ASC-nin Şirvan filialı ilə borcalan Mərcimək (Məmmədova) Şövkət Hüseyn qızı arasında bağlanmış 09.07.2008-ci il tarixli 543 nömrəli kredit müqaviləsinə əsasən istehlak məqsədilə X4 qızına 12 ay müddətinə illik 24 %-lə 2.300 manat kredit verilmişdir. “"xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC BOKT-a keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh1 (sonradan soyadı dəyişdirilərək Mərcimək olmuşdur) qarşı 392,97 manat əsas borc, 640,78 manat faiz borcu olmaqla, cəmi 1.033,75 manat problemli borcu üzrə tələb hüququ 20.11.2017-cü il tarixli S-FK-SİR-158 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC BOKT-a təhvil verilmişdir. İddiaçı BOKT QSC-nin verdiyi 11.10.2019-cu il tarixli məlumatda göstərilmişdir ki, Mərcimək(Məmmədova) Şövkət Hüseyn qızının 09.07.2008-ci il tarixli 543 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 392,97 manat əsas borcu, hesablanmış 640,78 manat faiz borcu olmaqla, cəmi 1.033,75 manat borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli qərarına əsasən-kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq Mülki Məcəllənin 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Göründüyü kimi, cavabdeh 09.07.2008-ci il tarixli 543 nömrəli kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. "xxxx" ASC 09.07.2012-ci ilə kimi məhkəmədə iddia qaldırmamış, üç illik iddia müddətini ötürmüşdür. Bundan sonra isə İddiaçı QSC BOKT 20.11.2017-ci ildə "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 09.07.2008-ci il tarixli müqavilə üzrə yaranmış borcu tələb etmək hüququnu əldə etmişdir, İddiaçı QSC BOKT da üç illik iddia müddətini ötürməklə, iddia müddətini ötürüldükdən 12 il sonra hazırkı iddia ərizəsi ilə 11.10.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh Mərcimək(Məmmədova) Şövkət Hüseyn qızı iddia müddətinin tətbiqinə dair 30.11.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim etmişlər. Məhkəmə sübutlara qiymət verərək belə qənaətə gəlir ki, iddia müddəti keçdiyinə görə, iddia tələbi rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əssən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı BOKT QSC-nin cavabdehlər (borcalan) Mərcimək (Məmmədova) Şövkət Hüseyn qızına və (zamin) Cavabdeh2 qarşı “"xxxx" ASC-nin Şirvan filialı ilə Mərcimək(Məmmədova) Şövkət Hüseyn qızı arasında bağlanmış 09.07.2008-ci il tarixli 543 nömrəli kredit müqaviləsi üzrə yaranmış 392,97 manat əsas borcun, hesablanmış 640,78 manat faiz borcu olmaqla, cəmi 1.033,75 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər (borcalan) Mərcimək (Məmmədova) Şövkət Hüseyn qızından və (zamin) Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı BOKT QSC-yə ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-657/2021
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-657/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver