Məhkəmə qərarları › İş №2(071)-660/2021

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-660/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-660/2021 01.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 11.10.2021-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 27.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 14.916,37 manat əsas borc, 125,58 manat faiz borcu və 274,74 manat cərimə olmaqla, cəmi 15.316,69 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması barədə ərizə ilə 13.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 27.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 14.916,37 manat əsas borc, 125,58 manat faiz borcu və 274,74 manat cərimə olmaqla, cəmi 15.316,69 manat borcun, tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri Nərimanov rayonu X1 küçəsində yerləşən 15 nömrəli evin 4 otaqlı, 164 kv.m ümumi, 119.7 kv.m yaşayış, 53.3 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus olan mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri Nərimanov rayonu X1 küçəsində yerləşən 15 nömrəli evin 11 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və Banka təhvil verilməsi və Cavabdeh oğlu ilə İddiaçı ASC arasında bağlanmış 27.12.2019-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iclasının vaxtı və yeri barədə tərəflərə bu barədə məhkəmə bildirişi göndərilməklə rəsmi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı ASC-nin nümayəndəsi İ.Hacıyev 09.11.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6, 185.5-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədlərini araşdırıb hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, 27.12.2019-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan fərdi sahibkar (VÖEN**********) Cavabdeh illik 1 faizlə bir il güzəşt müddəti ilə 60 ay müddətinə 14.919,39 manat kredit vermişdir. “AZEMİS” Elektron Məhkəmə Sistemi və Vahid Məhkəmə Portalı vasitəsilə elektron sistemin vergi ödəyicilərinin məlumatları və kredit müqaviləsi ilə təsdiq edilir ki, Cavabdeh (VÖEN **********, FİN xxxxxxx) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi - AZ2400, ünvan 1 ünvan üzrə 04.04.2013-ci il tarixdə Vergilər Nazirliyində uçota alınmışdır. İddiaçı ASC isə 22.06.2021-ci il tarixli çıxarışa əsasən hüquqi şəxs kimi qeydiyyata alınmışdır (VÖEN **********). Yaranmış mübahisə hüquqi şəxs olan İddiaçı ASC ilə cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs Cavabdeh arasındadır. Həmçinin mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisədir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-in 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 263264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr üzrə mülki icraat qaydasında baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar