Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-664/2022 23.08.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Bağırov Nurəddin Abuzər oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı və Cavabdeh vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(071)-367/2017 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay 136 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim edərək ərizəsində göstərmişdir ki, o, 2017-ci ildə aliment 70-90 manat təyin olunuğu vaxt öz xoşu ilə 136 manat aliment ödəməyə razı olmuşdur. Həmin aliment miqdarı onun əmək haqqısına yönəlmiş və hazırda əmək haqqı kartından çıxılır. Hazırda əmək haqqısında artım yoxur, və aliment tutulduqdan sonra əmək haqqısı ilə əiləsini saxlaya bilmir. İddiaçı hazırda valideynlərin evinə deyil, valideynləri ilə qonşuluqda yerləşən özünə məxsus evdə yaşayır, iddiaçıdan fərqli olaraq onun yaşamağa evi yoxdur, valideynlərinin evində yaşayır 136 manat alimenti çətinliklə ödəyir və alimentin artırılması onun yaşayış tərzinə zərər verəcəkdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh ilə qeyri rəsmi nikaha girərək ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X5 adlı bir uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən artıq xeyli vaxtdir ki ayrı yaşayırlar. O, hal-hazırda bir uşağı ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(071)-367/2017 nömrəli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 136 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Hazırda 136 manat aliment məbləği uşağın maddi ehtiyaclarını ödəmir, uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir, cavabdehin maddi imkanının yaxşı olmasına baxmayaraq, uşağı ilə maraqlanmır. Odur ki, müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək 193 manat müəyyən edilməsini xahiş edir. Cavabdeh vəkili X2 iddia tələbini qəbul etmədi və alimentin artırılmasına razı olmadığını göstərərək iddianın rədd edilməsini xahiş etdi Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(071)-367/2017 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 136 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. xx.xx.2016-cı il tarixli AZ-İİİ 835793 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, İddiaçı Cavabdeh ilə birgə faktiki nikahdan xx.xx.2016-cı il təvəllüdlü X5 adlı bir uşaqları var. Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İ№292678 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X3 atası hesab edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək hər ay 193 manat müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını dəyişdirərkən, uşağın mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini, uşağın maddi ehtiyaclarının artmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, alimentin miqdarı dəyişdirilməli və 193 manat müəyyən edilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(071)-367/2017 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay 136 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin, tərəflərin birgə faktiki nikahlarından doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov
Məhkəmə qərarları › İş №2(071)-664/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-664/2022
23.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver