Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-665/2021 06.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 12.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 06.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 473,35 ABŞ dolları əsas borc, 77,24 ABŞ dolları faiz borcu və 83,31 ABŞ dolları cərimə olmaqla, cəmi 633,90 ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia müddəti keçdiyinə görə iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia müddəti keçdiyinə görə iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı QSC-yə və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 15.11.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh Q.Qasımovun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə dair ərizəsini, cavabdehlərin izahatlarını dinləyib, cavabdehlərin iddia müddətinin tətbiqinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 06.04.2015-ci il tarixli 037A********** saylı kredit müqaviləsinə əsasən İddiaçı QSC ilə borcalan Cavabdeh1 aylıq faiz dərəcəsi 2.75% olmaqla 15 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə- hissə qaytarmaq şərti ilə 2.000 ABŞ dolları kredit vermişdir. Borcalan Cavabdeh1 06.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı məqsədi ilə İddiaçı QSC ilə borcalan Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında 06.04.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Tərəflərin imzaladıqları 18.02.2016-cı il tarixli 037A**********S saylı, 21.07.2016-cı il tarixli 037A**********SA saylı, 02.12.2016-cı il tarixli 037A**********SB saylı sazişlə ödəniş planına dəyişiklik edilmişdir. Sonuncu dəfə 02.12.2016-cı il tarixdə dəyişiklik edilərək kreditin müddətin qaytarılması müddəti 15 aydan 27 ay müddətinə, yəni 06.07.2017-ci ilə kimi artırılmış, sonradan kreditin qaytarılması müddəti 10.08.2017-ci il tarixədək artırılmışdır. İddiaçı QSC-nin 21.09.2021-ci il tarixli arayışında göstərilmişdir ki, borcalan Cavabdeh1 06.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə 13.09.2021-ci il tarixə banka 473,35 ABŞ dolları əsas borc, 77,24 ABŞ dolları faiz borcu və 83,31 ABŞ dolları cərimə olmaqla, cəmi 633,90 ABŞ dolları borcu vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli qərarına əsasən-kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq Mülki Məcəllənin 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Göründüyü kimi, Cavabdeh1 06.04.2015-ci il tarixli kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. İddiaçı QSC 10.08.2020-ci ilə kimi məhkəmədə iddia qaldırmamış, üç illik iddia müddətini ötürmüş və 12.10.2021-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər iddia müddətinin tətbiqinə dair 06.12.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim etmişlər. Məhkəmə sübutlara qiymət verərək belə qənaətə gəlir ki, iddia müddəti keçdiyinə görə, iddia tələbi rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əssən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “06.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 473,35 ABŞ dolları əsas borc, 77,24 ABŞ dolları faiz borcu və 83,31 ABŞ dolları cərimə olmaqla, cəmi 633,90 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi tələbinə dair iddiası (iddia müddəti ötürüldüyünə görə) rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-665/2021
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-665/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver