Məhkəmə qərarları › İş №2(071)-665/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-665/2022

07.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-665/2022 07.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X5, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh X4 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdeh X4 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, X2 xx.xx.2015-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində KİA Cerato markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə iddiaçı Atəşgah siğorta ASC tərəfindən həyata keçirilən 2.677 manat siğorta ödənişinin və ödənilmiş 47,77 manat pulun cavabdehdən alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsində göstəriolmişdir ki, xx.xx.2015-cı il tarixində Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz” 190 markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət edən “KİA Cerato” markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə sonuncuya maddi ziyan vurmuşdur. xx.xx.2015-ci il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabat uyğun olaraq “KİA Cerato” markalı ** DX *** etdiyi dövlət qeydiyyat nişanlı avtomobilə 2.677 manatzərər dəyməsi müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq “KİA Cerato” markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2.677 manat sığorta ödənişini həyata keçirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olmağı 3(012)-718/2015 saylı Abşeron Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarında öz əksini tapmışdır. Belə ki, “İcbari Sığorta Haqqında” Qanunun 25-ci maddəsinə əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh psixotrap maddənin təsiri altında idarə etdiyinə görə görə cavabdehə qarşı subroqasiya hüququmuz yaranmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh X4 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, AB 930740 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “KİA Cerato” markalı ** DX *** etdiyi dövlət qeydiyyat nişanlı avtomobil X1 . Ayaz İbişov tərəfindən PAT********** nömrəli sığorta şəhadətnaməsinə əsasən İddiaçı Sığorta Şirkəti ASC-də xx.xx.2015ci ildən xx.xx.2016-cı ilə kimi bir il müddətinə 55.000 manat həcmində icbari sığorta edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC X3 2.677 manat sığorta ödənişi etmişdir. Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz” 190 markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət edən “KİA Cerato” markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncuya maddi ziyan vurmuşdur. xx.xx.2015-ci il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabat uyğun olaraq “KİA Cerato” markalı ** DX *** etdiyi dövlət qeydiyyat nişanlı avtomobilə 2.677 manatzərər dəyməsi müəyyən edilmişdir. İş materiallarından müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsi barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixli, 961994 nömrəli protokol tərtib edilmişdir. Abşeron Rayon Məhkəməsinin 3(012)-718/2015 saylı qərardadı ilə baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olmağı öz əksini tapmışdır. xx.xx.2015-ci il tarixli, 5459 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh “Mercedes Benz” 190 markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobili psixotrap maddənin təsiri altında idarə etmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Odur ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, X2 xx.xx.2015-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində KİA Cerato markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə iddiaçı Atəşgah siğorta ASC tərəfindən həyata keçirilən 2.677 manat siğorta ödənişinin və ödənilmiş 47,77 manat pul alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 xx.xx.2015-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində KİA Cerato markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə iddiaçı Atəşgah siğorta ASC tərəfindən həyata keçirilən 2.677 manat siğorta ödənişi və ödənilmiş 47,77 manat pul alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nurəddin Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar