Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-667/2024 10.09.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmənin birinci hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İclasın vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasında iştirak etməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin məhkəmə iclasında işirakının təmin edilməsi, eləcə də iddiaçının sübut təqdim edilməsi üçün zəruri şərait yaradılması məqsədilə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə təkrarən tərəflərə, o cümlədən iddiaçıya məhkəmənin bildirişi rəsmi qaydada təqdim edilmiş, eyni zamanda iddia ərizəsində qeyd edilmiş mobil nömrələrə SMS bildirişləri göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Tərəflərin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün növbəti məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında işin məhkəmə baxışına təyin edilməsi haqqında qərardad qəbul edilmişdir. Məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş iddiaçıya təqdim edilmiş, eyni zamanda iddia ərizəsində qeyd edilmiş mobil nömrələrə SMS bildiriş göndərilmişdir. Bildiriş İddiaçı tərəfindən qəbul edilməsinə baxmayaraq, iddiaçı məhkəmə baxış iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılması barədə rəsmi qaydada ərizə ilə müraciət etməmişdir. Tərəflərin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün növbəti məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. İddiaçı və cavabdeh növbəti dəfə məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar təkrarən məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Eləcə də iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd edir ki, iddia baxılmamış saxlandığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114, 185-ci, 259-cu və 260-cı və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixli, **********35 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 60 (altmış) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan tərəfə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-667/2024
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-667/2024
10.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver