Məhkəmə qərarları › İş №2(071)-673/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-673/2022

16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-673/2022 16.08.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei kodu **********73324 X3 9S markalı telefon üçün 271 manat ödənilməmiş hissə, 27 manat cərimə; xx.xx.2020-ci il tarixli, müqavilə üzrə İmei kodu **********31084 X3 9 markalı telefon üçün 192,80 manat ödənilməmiş hissə, 19,20 manat cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə PlayStation4 pult üçün 1.008,60 manat ödənilməmiş hissə, 100,40 manat cərimə olmaqla, üç müqavilə üzrə ümumilikdə 1.619 manat borcun və ödənilmiş 36,19 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduğu mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Hacıqabul rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Lakin cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, "xxxx" MMC xx.xx.2020-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 687,20 manat olan İmei kodu **********73324 olan X3 9S markalı mobil telefonu 77 manat ilkin ödəniş olmaqla 18 ay müddətinə ayda 33,90 manat ödənilməsi; xx.xx.2020-ci il tarixli, müqavilə üzrə alqı-satqı qiyməti 577,80 manat olan İmei kodu **********31084 olan X3 9 markalı telefonu ilkin ödəniş olmadan 18 ay müddətinə ayda 32,10 manat ödənilməsi və xx.xx.2020-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 1.306,60 manat olan PlayStation4 pult markalı kompyuteri 52 manat ilkin ödəniş etməklə 18 ay müddətinə ayda 69,70 manat ödəmək şərti ilə Cavabdeh nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 271 manat əsas və 27 manat cərimə; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 192,80 manat əsas və hesablanmış 19,20 manat cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1.008,60 manat əsas və 100,40 manat cərimə olmaqla, üç müqavilə üzrə ümumilikdə 1.619 manat borcu var. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə nisyə aldığı İmei kodu **********73324 X3 9S markalı telefonun dəyərindən ödənilməmiş qalan 271 manat əsas borc və 27 manat cərimə; xx.xx.2020-ci il tarixli, müqavilə üzrə nisyə aldığı İmei kodu **********31084 olan X3 9 markalı telefonun dəyərindən ödənilməmiş qalan 192,80 manat əsas borc və 19,20 manat cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə nisyə aldığı PlayStation4 pult markalı kompyuterin dəyərindən ödənilməmiş qalan 1.008,60 manat əsas borc, hesablanmış 100,40 manat cərimə və ödənilmiş 36,19 manat dövlət rüsumu olmaqla, ümumilikdə üç müqavilə üzrə 1.655,19 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə nisyə aldığı İmei kodu **********73324 X3 9S markalı telefonun dəyərindən ödənilməmiş qalan 271 manat əsas borc və 27 manat cərimə; xx.xx.2020-ci il tarixli, müqavilə üzrə nisyə aldığı İmei kodu **********31084 olan X3 9 markalı telefonun dəyərindən ödənilməmiş qalan 192,80 manat əsas borc və 19,20 manat cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə nisyə aldığı PlayStation4 pult markalı kompyuterin dəyərindən ödənilməmiş qalan 1.008,60 manat əsas borc, hesablanmış 100,40 manat cərimə və ödənilmiş 36,19 manat dövlət rüsumu olmaqla, ümumilikdə üç müqavilə üzrə 1.655,19 (min altı yüz əlli beş manat on doqquz qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bağırov Nurəddin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar