Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-680/2022 11.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi ilə, İddiaçı X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona dəymiş maddi zərərin əvəzi olaraq 866 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X5 xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh2 digər Cavabdeh1 məxsus xırda buynuzlu heyvanları ona məxsus 2 hektar taxıl sahəsində otararaq ona maddi ziyan vurmuşdur. Belə ki, o, hər hektardan 5 ton olmaqla, ümumilikdə 2 hektar ərazidən 10 ton arpa əldə etməli idi. Arpanın 1 kq 0,90 manat olmaqla, ona ümumilikdə 9.000 manat ziyan vurmuşlar. Odur ki, dəymiş maddi zərərin əvəzi olaraq 866 manat və əldən çıxmış fayda kimi 9.000 manat, ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Hacıqabul rayon Meyniman kəndində yaşayır. Həmin kənddə 50 baş iribuynuzlu və 50 baş xırda buynuzlu heyvandan ibarət fermer təsərrüfatı var. Bundan başqa xx.xx.2021-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Meyniman kəndində yerləşən 7.1057 ha torpaq sahəsində buğda və arpa əkmişdir. xx.xx.2022-ci il tarixdə həmkəndlisi Cavabdeh2 digər Cavabdeh1 məxsus xırdabuynuzlu heyvanları onun 2 hektar taxıl sahəsində otararaq ona 866 manat maddi zərər vurmuşdur. Bu hadisədən sonra onlar arasında mübahisə yarandığından o, bu barədə Hacıqabul rayon Polis şöbəsinə müraciət etmişdir. Araşdırma zamanı həqiqətən də, onun taxıl sahəsinə 866 manat ziyan vurulduğu müəyyən edilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Hazırda cavabdehlər ona dəymiş zərəri ödəməkdən boyun qaçırırlar. O, Cavabdeh2 Cavabdeh1 məxsus xırda buynuzlu heyvanları ona məxsus 2 hektar taxıl sahəsində otarması nəticəsində, ərazinin hər hektarından 5 ton olmaqla, ümumilikdə əldə edəcəyi 10 ton taxılın dəyəri olan 9.000 manat gəliri əldən çıxmışdır. O, əkin sahəsindən iki dolu və bir yarımçıq kombayn olmaqla, 10 ton taxıl və 500 ədəd pres əldə etmişdir. Əgər onun əkin sahəsi otarılmasaydı, daha çox məhsul əldə etmiş olardı. Odur ki, iddiasının təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, X2 izahatında göstərdikləri həyiqətə uyğun deyildir. Cavabdeh2 ona məxsus 50 xırda buynuzlu heyvanı otarır və o, sonuncuya 300 manat əmək haqqı ödəyir. İddiaçının taxıl sahəsi otarılsa da, ona məxsus heyvanlar iddiaçının əkin sahəsində otarılmayıb. Onun heyvanları ilə iddiaçının əkin sahəsinin arasında 700 metr məsafə var. İddiaçı taxıl sahəsinin otarılaraq ona maddi ziyan dəydiyini göstərsə də, həmin taxıl sahəsini biçdirərək gəlir əldə etmiş, həmin sahədən buğda və pres götürmüşdür. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, o, Cavabdeh1 məxsus 50 xırda buynuzlu heyvanı otardığına görə ayda 300 manat əmək haqqı alır. Heyvanları örüş sahəsində otarmış və onun sürüsündə olan heyvan iddiaçının taxıl sahəsinə girməmişdir. O, iddiaçı X2 yerini otarmasa da, onun yerinin otrıldığını uzaqdan görmüşdür. Uzaqdan gördüyündən həmin yeri kimin otardığını bilmir. O, qoyunları X2 taxıl sahəsinin yaxınlığında olan şumlanmış pambıq sahəsində otaran zaman X5 həmkəndlisi Anar Nəcəfovla gələrək, zəmisini otardığını iddia edərək onunla mübahisə etmişdir. Daha sonra iddiaçı X8 Nəcəfovun avtomobilinə minərək, onun yanından keçib taxıl sahəsinə getmişdir. Geri qaydanda onun qoyunlarla birlikdə fotoşəkillərini çəkmişdir. X2 izahatında göstərdikləri düzgün deyildir. O, qoyunları iddiaçının əkin sahəsində otarmamışdır. Fotoşəkillərdən görünür ki, qoyunların taxıl sahəsində deyil, pambıq sahəsində otarıldığı görünür. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Hacıqabul rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı Natiq Ağayevin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən edilir ki, X2 şikayəti əsasında toplanmış HK-1/428 nömrəli material üzrə Hacıqabul rayon Polis Şöbəsinin TB-də araşdırma aparılmış və müəyyən edilmişdir ki, Cavabdeh2 Cavabdeh1 məxsus qoyunları X3 məxsus olan Hacıqabul rayonu Meyniman kəndində yerləşən 2 ha torpaq sahəsində otarması nəticəsində X3 866 manat maddi ziyan dəymişdir. Azərbaycan Nar İstehsalçıları və İxracaat Asossasiyasının region üzrə aqronomu X1 xx.xx.2022-ci il tarixli mütəxəsis rəyinə əsasən X3 866 manat civarında maddi ziyan dəydiyi göstərilmişdir. xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Hacıqabul rayonu Meyniman kəndində yerləşən 7.1057 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı X5 iddia ərizəsində Cavabdeh2 digər Cavabdeh1 məxsus xırda buynuzlu heyvanları ona məxsus 2 hektar taxıl sahəsində otararaq 866 manat maddi zərər vurmasını, həmçinin 2 ha torpaq sahəsindən əldə edəcəyi 10 ton taxılı əldə edə bilmədiyinə görə 9.000 manat faydanın əldən çıxdığını iddia etsə də, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda Azərbaycan Nar İstehsalçıları və İxracaat Asossasiyasının region üzrə aqronomu X1 xx.xx.2022-ci il tarixli mütəxəsis rəyinə əsasən X3 866 manat civarında maddi ziyan dəydiyi göstərilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iddiaçı X3 məxsus torpaq sahəsinin otarıldığını, lakin həmin torpaq sahəsinin onlar tərəfindən otarılmadığını bildirdiklərindən, iddiaçıya məxsus torpaq sahəsinin otarılması mübahisəsizdir. Lakin iddiaçı X5 məhkəməyə ona məxsus 2 ha torpaq sahəsinin cavabdehlər tərəfindən otarılması nəticəsində ona 9.000 manat maddi ziyan dəyməsini sübut edən əsaslı və yazılı sübutu təqdim etməmişdir. Odur ki, iddia tələbi əldən çıxımış faydaya görə 9.000 manat ödənilməsi hissəsində təmin edilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, Cavabdeh2 həmkəndlisi Cavabdeh1 məxsus xırda buynuzlu heyvanları otardığına görə Cavabdeh1 hər ay 300 manat əmək haqqı almış və qoyunların digər şəxslərə məxsus əmlaka zərər vurmaması üçün cavabdehlik daşıyır. Cavabdeh2 təqsirindan X3 dəymiş maddi ziyana görə Cavabdeh1 heç bir məsuliyyət daşımadığından iddia tələbi Cavabdeh1 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X2 xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Meyniman kəndində yerləşən 7.1057 ha torpaq sahəsinin 2 ha hissəsindəki taxılın xırdabuynuzlu heyvanlara otarması nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq Cavabdeh2 866 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq X3 ödənilsin. İddia tələbi Cavabdeh2 qarşı qalan hissədə rədd edilsin. İddia tələbi Cavabdeh1 qarşı hissəsində tam rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-680/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-680/2022
11.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver