Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-682/2023 26.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1000 manat pulun və ödənilən 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o qonşusu olan cavabdehə məxsus evdə usta işləyərək evini təmir etmiş, evin təmiri üçün 4500 manat qarşılığında razılaşmışlar. Lakin, evin təmiri bitdikdən sonra cavabdehin ona 1000 manat borcu qalmışdır və qeyd olunan pulu uzun müddətdir ki qaytarmaqdan boyun qaçıraraq onu müxtəlif bəhanələr gətirərək aldadır. Ona görə də, məcbur qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ilə evinin təmiri üçün razılaşmışlar. Razılaşmaya əsasən iddiaçı bütün evi, evin bir otağını 900 manat təmir etməsi üçün razılaşmışlar. Həmin pulu da ona vermişdir. Onun iddiaçıya heç bir borcu yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh və İddiaçı Hacıqabul Rayon Polis şöbəsinə etdiyi müraciətlə bağlı aparılan araşdırma zamanı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, ...onunla qonşuluqda yaşayan Elnur 2022-ci ilin aprel ayının əvvəllərindən yaşadığı evdə təmir işləri aparır. Hazırda təmir işləri ilə bağlı Elnura borcu qalmışdır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində ünvan 1 ünvanında yerləşən binanın qarşısına düşmüşdür. Həmin vaxtı Elnurun gəldiyini görmüşdür. Həmin vaxt Elnur onunla mübahisə edərək onu təhqir etmiş və borclu olduğu 1000 manat pulu ondan tələb etmişdir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, tərəflər arasında şifahi formada evin təmiri ilə bağlı podrat müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı cavabdehin evində təmir işləri aparmalı, cavabdeh isə şərtləşdirilmiş muzd məbləğini iddiaçıya ödəməli idi. Cavabeh ev təmiri ilə bağlı cavabdehə şərtləşdirilmiş muzdun bir hissəsini vermiş, qalan 1000 manat hissəsini isə ödəməmişdir. Cavabdeh məhkəmə iclasında evin təmirinə görə iddiaçıya heç bir borcunun olmadığını bildirsə də, onun təhqiqat araşdırması zamanı verdiyi izahatından görünür ki, cavabdeh evin təmiri ilə bağlı iddiaçıya 1000 manat borcunun olduğunu etiraf etmişdir. Cavabdeh öhdəliyini şərtləşdirilmiş müddət ərzində icra etmədiyinə görə, iddiaçı ona əlavə müddət vermiş, lakin buna baxmayaraq, cavabdeh yenə də nə iddiaçıya olan 1000 manat borcunu ona qaytarmamışdır. Odur ki, Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 1000 manat pulu ondan tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1000 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1000 (min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(071)-682/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-682/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver