Məhkəmə qərarları › İş №2(071)-703/2021

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-703/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-703/2021 23.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Qüdrət oğluna və Cavabdeh2 Xaliq oğluna qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 Qüdrət oğluna və Cavabdeh2 Xaliq oğluna qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 01.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Qüdrət oğlundan və Cavabdeh2 Xaliq oğlundan 28.09.2018-ci il tarixli 156CLM19967375AA saylı kredit müqaviləsi üzrə 9.463,31 manat əsas borc, 2.983,56 manat faiz borc olmaqla, cəmi 12.146,87 manat borcun; 20.08.2019-cu il tarixli BBLK0994337A128 saylı kredit kart müqaviləsi üzrə 4.776,55 manat əsas borc, 1.369,10 manat faiz borc olmaqla, cəmi 6.145,65 manat borcun və ödənilmiş 144,88 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Bildirişləri cavabdehlərə təqdim etmək mümkün olmasa da, “AZEMİS” vasitəsilə Cavabdeh1 Qüdrət oğlunun ********** mobil telefon nömrəsinə, Cavabdeh2 Xaliq oğlunun ********** və 0515.354020 mobil telefon nömrələrinə SMS bildirişi göndərilməklə məlumat verilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdehlər gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı ASC-nin nümayəndəsi Elsevər Ələkbərov ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə dair ərizəsini, iş materiallara əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 28.09.2018-ci il tarixli 156CLM19967375AA nömrəli kredit müqaviləsinə əsasən kreditor İddiaçı ASC borcalan Cavabdeh1 Qüdrət oğluna 48 ay müddətinə illik 27,84 faiz dərəcəsi ilə 14.400 manat; 20.08.2019-cu il tarixli BBLK0994337A128 nömrəli kredit kart müqaviləsinə əsasən 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 6.500 manat kredit vermişdir. Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 Qüdrət oğlu və zamin Cavabdeh2 Xaliq oğlu arasında bağlanmış 28.09.2018-ci il tarixli Z-156CLM19967375AA saylı və 20.08.2019-cu il tarixli Z-BBLK0994337A128 saylı zaminlik müqavilələrinə əsasən zamin Cavabdeh2 Xaliq oğlu borcalan Cavabdeh1 Qüdrət oğlunun kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında kredit və zamitnlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Xəbərdarlıq olunmasına baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC-nin 25.10.2021-ci il tarixli 135000/2187 nömrəli maliyyə arayışından müəyən edilir ki, Cavabdeh1 Qüdrət oğlunun 19.10.2021-ci il tarixə 28.09.2018-ci il tarixli müqavilə üzrə 9.463,31 manat əsas borc, 2.983,56 manat faiz borc olmaqla, cəmi 12.146,87 manat; 20.08.2019cu il tarixli müqavilə üzrə 4.776,55 manat əsas borc, 1.369,10 manat faiz borc olmaqla, cəmi 6.145,65 manat borcu vardır. Borclu öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zamin həmin borcun ödənilməsi üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 Qüdrət oğlundan və Cavabdeh2 Xaliq oğlundan 28.09.2018-ci il tarixli 156CLM19967375AA saylı kredit müqaviləsi üzrə 9.463,31 manat əsas borc, 2.983,56 manat faiz borc olmaqla, cəmi 12.146,87 manat borc; 20.08.2019-cu il tarixli BBLK0994337A128 saylı kredit kart müqaviləsi üzrə 4.776,55 manat əsas borc, 1.369,10 manat faiz borc olmaqla, cəmi 6.145,65 manat borc və ödənilmiş 144,88 manat dövlət rüsumu olmaqla, ümumilikdə 18.437,40 manat pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Qüdrət oğlundan və Cavabdeh2 Xaliq oğlundan 28.09.2018-ci il tarixli 156CLM19967375AA saylı kredit müqaviləsi üzrə 9.463,31 manat əsas borc, 2.983,56 manat faiz borc olmaqla, cəmi 12.146,87 manat borc; 20.08.2019-cu il tarixli BBLK0994337A128 saylı kredit kart müqaviləsi üzrə 4.776,55 manat əsas borc, 1.369,10 manat faiz borc olmaqla, cəmi 6.145,65 manat borc və ödənilmiş 144,88 manat dövlət rüsumu olmaqla, ümumilikdə 18.437,40 (on səkkiz min dörd yüz otuz yeddi manat qırx qəpik) manat pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar