Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-704/2021 23.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 01.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 28.08.2020-ci il tarixli GTKR2526348A163 saylı kredit müqavilə üzrə yaranmış 4.580,28 manat əsas borc, 803,37 manat faiz borcu olmaqla, cəmi 5.383,65 manat; 12.03.2018-ci il tarixli **********01944163 saylı kredit müqaviləsi üzrə yaranmış 25,17 manat əsas borc, 4,75 manat faiz borc olmaqla, cəmi 29,92 manat borc və ödənilmiş 74,13 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-yə, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanda yaşamadığı qeyd edilməklə AZ 2400 nömrəli poçt tərəfindən bildiriş məhkəməyə qaytarılmışdır. İddiaçı ASC-nin nümayəndəsi Elsevər Ələkbərov 13.12.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə dair ərizəsini, iş materiallara əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 28.08.2020-ci il tarixli GTKR2526348A163 nömrəli kredit müqaviləsinə əsasən kreditor İddiaçı ASC borcalan Cavabdeh 48 ay müddətinə illik 24,21 faiz dərəcəsi ilə 4.900 manat; 12.03.2018-ci il tarixli **********01944163 nömrəli kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı ASC-nin 25.10.2021-ci il tarixli 135000/2188 nömrəli maliyyə arayışından müəyən edilir ki, Cavabdeh 19.10.2021-ci il tarixə 28.08.2020-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASCyə 4.580,28 manat əsas borc, 803,37 manat faiz borcu olmaqla, cəmi 5.383,65 manat; 12.03.2018ci il tarixli kredit müqaviləsi üzrə 25,17 manat əsas borc, 4,75 manat faiz borc olmaqla, cəmi 29,92 manat borcu vardır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 28.08.2020-ci il tarixli GTKR2526348A163 saylı kredit müqavilə üzrə yaranmış 4.580,28 manat əsas borc, 803,37 manat faiz borcu olmaqla, cəmi 5.383,65 manat; 12.03.2018-ci il tarixli **********01944163 saylı kredit müqaviləsi üzrə yaranmış 25,17 manat əsas borc, 4,75 manat faiz borc olmaqla, cəmi 29,92 manat borc və ödənilmiş 74,13 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 28.08.2020-ci il tarixli GTKR2526348A163 saylı kredit müqavilə üzrə yaranmış 4.580,28 manat əsas borc, 803,37 manat faiz borcu olmaqla, cəmi 5.383,65 manat; 12.03.2018-ci il tarixli **********01944163 saylı kredit müqaviləsi üzrə yaranmış 25,17 manat əsas borc, 4,75 manat faiz borc olmaqla, cəmi 29,92 manat borc və ödənilmiş 74,13 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5.487,70 (beş min dörd yüz səksən yeddi manat yetmiş qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-704/2021
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-704/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver