Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-711/2024 28.06.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, İddiaçı Mübariz oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Mübariz oğlu Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Hacıqabul Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş "xxxx" MMC direktoru adından İddiaçı Mübariz oğlu tərəfindən imzalanmışdır. İş materiallarından görünür ki, Cavabdeh "xxxx" MMC-də qonaqlamasının əvəzinin ödənilməsi ilə bağlı tərəflər arasında mülki mübahisə yaranmışdır. Belə olan halda iddiaçı "xxxx" MMC olmaqla onun adında iddia ərizəsi direktor İddiaçı tərəfindən imzalanmışdır. Lakin iş materiallarına İddiaçı "xxxx" MMC-nin adından iddia ərizəsi verilməsi üçün imzalamaq səlahiyyətinin olmasına dair sənəd əlavə edilməmişdir. Qeyd olunur ki, qanunvericiliyin tələbinə əsasən ərizəyə “iddia ərizəsinin imzalanması” səlahiyyətinin verilməsi xüsusi qeyd edilmiş etibarnamə əlavə edilməli olmasına baxmayaraq, hazırkı ərizə "xxxx" MMC-nin tərəfindən deyil, İddiaçı Mübariz oğlu tərəfindən imzalanmış, lakin ərizəyə "xxxx" MMC-nin tərəfindən onun adından iddia ərizəsi vermək və ya iddia ərizəsini imzalamaq səlahiyyətinin İddiaçı Mübariz oğluna etibar edilməsini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Hazırki halda isə İddiaçı Mübariz oğlunun öz adında iddia ərizəsi verməyə subyektiv hüququnun olmasına dair sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə qeyd edir ki, iddia ərizəsi geri qaytarıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152-ci və 268-ci maddələrinə əsasən Q Ə R A R A A L D İ M: İddiaçı Mübariz oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 32 (otuz iki manat) manat məbləğində dövlət rüsumu İddiaçı Mübariz oğluna qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-711/2024
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-711/2024
28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver