Məhkəmə qərarları › İş №2(071)-713/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-713/2022

23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-713/2022 23.08.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Bağırov Nurəddin Abuzər oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 7.600 manat borcun və 96 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə X1 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 3 nömrəli Tunel Tikinti İdarəsində birgə işləmişlər. İş prosesində yaxın dostluq münasibətləri yaranmışdır. O, cavabdehi qaynatası vasitəsi ilə tanımışdır. 2014-cü ilin ortalarında X5 pul lazım olduğundan X1ndan bankdan kredit götürməsini xahiş etmişdir. X1 Kapital Banka müraciət edərək 6000 (altı min) manat məbləğində kredit götürmüş və cavabdehə verməsi məqsədi ilə ona vermişdir. O, həmin pulu və sənədləri X3 vermiş, Cavabdeh da öz növbəsində pulu banka vaxtı-vaxtında qaytaracağına söz vermişdir. Lakin cavabdeh banka olan borcunu ödəməmişdir. Bankdan götürülən 6.000 manat pulun əvəzinə banka faizləri ilə birlikdə 8.000 manat pul ödənilsə də, cavabdeh banka bir qəpik belə ödəməmişdir. O, cavabdehə hüquq mühafizə orqanlarına müraciət etmək istədiyimi bildirdikdən sonra cavabdeh həmin puldan ona 1.300 manat və 390 manat olmaqla ümumilikdə 1.690 manat pul ödəmişdir. Bununla əlaqədar cavabdeh xx.xx.02019cu il tarixli iltizam verib, Hazırda Cavabdeh ona 7600 manat borcu qalmışdır. Dəfələrlə tələb etməyimə baxmayaraq cavabdeh borcu ödpməkdən imtina edir. Cavabdeh hazırda da "xxxx" QSCd Buna görə də, o, pulun qalan hissəsini məcburi qaydada qaytarılmasına nail olmaq üçün məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək ərizəsində göstərmişdir ki, Cavabdeh ilə X1 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 3 nömrəli Tunel Tikinti İdarəsində birgə işləmişlər. İş prosesində yaxın dostluq münasibətləri yaranmışdır. O, cavabdehi qaynatası vasitəsi ilə tanımışdır. 2014-cü ilin ortalarında X5 pul lazım olduğundan X1ndan bankdan kredit götürməsini xahiş etmişdir. X1 Kapital Banka müraciət edərək 6000 (altı min) manat məbləğində kredit götürmüş və həmin pulun üzərini öz vəsaiti hesabına düzəldərək cavabdehə verməsi məqsədi ilə ona 10.000 manat vermişdir. O, həmin pulu və sənədləri X3 vermiş, Cavabdeh da öz növbəsində pulu banka vaxtı-vaxtında qaytaracağına söz vermişdir. Lakin cavabdeh banka olan pulu və ona olan borcunu ödəməmişdir. O, cavabdehə hüquq mühafizə orqanlarına müraciət etmək istədiyimi bildirdikdən sonra cavabdeh həmin puldan ona 1.300 manat və 390 manat olmaqla ümumilikdə 1.690 manat pul ödəmişdir. Bununla əlaqədar cavabdeh xx.xx.02019-cu il tarixli iltizam vermiş və imzası ilə təsdiq etmişdir. Hazırda Cavabdeh ona 8.310 manat borcu qalmışdır. Dəfələrlə tələb etməyimə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina edir. Cavabdeh hazırda da "xxxx" QSC-də işləyi. O, pulun qalan hissəsini məcburi qaydada qaytarılmasına nail olmaq üçün məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh 8.310 manat pulun və 103 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh İmaməl oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 102GTUM143440006 nömrəli kredit müqaviləsinə əsasən kreditor "xxxx" ASC borcalan X5 36 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 6.000 manat kredit vermişdir. İş materiallarında olan qarşılıqlı öhdəlik barədə qəbzdən müəyyən edilir ki, Cavabdeh İmaməl oğlu xx.xx.2019-cu il tarixdən İddiaçı 10.000 manat borclu olduğunu etiraf etmiş, həmin borcu azalma istiqamətində ödəyəcəyini göstərmiş, həmin borcdan 1.300 manat bir, xx.xx.2019-cu ildə 390 manat bir olmaqla ödəmiş və qəbzi öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən vərəsəsin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh İmaməl oğlu qarşılıqlı öhdəlik barədə qəbzdə xx.xx.2019cu il tarixdən İddiaçı 10.000 manat borclu olduğunu etiraf etmişdir. Həmin puldan ümumilikdə 1.690 manat ödəmiş və hazırda iddiaçıya 8.310 manat borcu qalmışdır odur ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə sübutlara qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğuna və iddia müddəti keçdiyinə görə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əssən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8.310 manat borc və 103 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nurəddin Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar