Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-72/2025 04.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 299 manat əsas overdraft borcu və 54,50 manat cərimə olmaqla, cəmi 353,50 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli ərizəsi və xx.xx.2021-ci il tarixli ümumi ofertaya əsasən iddiaçı "xxxx" KB ASC cavabdehə bank hesabı açmış ve onun əsasında debet (hesab) kartı təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli ümumi ofertanin 5.1-ci maddəsinə əsasən bank “Müştəri”nin ödəniş kartına xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma - kassa əməliyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 6.4.1-ci maddəsinə əsasən müştəri tərəfindən kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməməlidir. Texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heçbir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1322/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin və iddiaçının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsi və xx.xx.2021-ci il tarixli ümumi oferta, standart müqavilə şərtlərinə əsasən iddiaçı "xxxx" KB ASC cavabdehə bank hesabı açmış və onun əsasında debet (hesab) kartı təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə-anket və imza nümunəsi”ndən görünür ki, Cavabdeh həmin ərizəni imzalamaqla Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtləri oxuduğunu, sənədin bütün müddəaları və tələbləri ilə razı olduğunu, gələcəkdə onunla bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmədiyini təsdiq etmişdir. 28 dekabr 2021-ci il tarixli Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərə əsasən “texniki overdraft” – kart hesabında olan pul vəsaiti kartdan istifadə edilməklə aparılan əməliyyatlar üçün kifayət etmədikdə həmin əməliyyatların icrası çatışmayan hissəsinin Bank tərəfindən ödənilməsidir. Ümumi Oferta-standart müqaviləsinin 5.1-ci maddəsinə əsasən bank “Müştəri”nin ödəniş kartına xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma kassa əməliyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 6.4.1-ci maddəsinə əsasən müştəri tərəfindən kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməməlidir. Texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Həmçinin həmin standart müqavilənin 2.3.5-ci bəndinə əsasən Bank tərəfindən hesaba səhvən köçürülmüş məbləğdən istifadə etməmək və Bankı dərhal məlumatlandırmaq, hesaba səhv daxil edilmiş pul vəsaitlərini ən geci növbəti əməliyyat günündən gec olmayaraq geri qaytarmaq müştərinin vəzifəsidir. İş materiallarında olan "xxxx" KB ASC xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" KB ASC-də AZ14UBAZ**********1010AZN001 (kartın nömrəsi: 524375XBSZPM8401) saylı kart hesabı var. xx.xx.2023-cü il tarixində müştəri balansa 299 azn mədaxil etmiş, lakin texniki səhvlik nəticəsində vəsait 2 dəfə balansa köçürülmüşdür. Nəticədə xx.xx.2023-cü il tarixdə vəsait müştəridən geri qaytarıldığına görə balans mənfiyə düşmüşdür. xx.xx.2024 tarixində müştəriyə 6041ovAHM/24 müqavilə üzrə 299 manat məbləğində overdraft krediti rəsmiləşdirilmişdir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh 6041ovAHM/24 saylı müqavilə üzrə banka 299 manat əsas overdraft borcu və 54,50 manat cərimə olmaqla, cəmi 353,50 manat məbləğində borcu vardır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında 12 sentyabr 2021-ci il tarixli ərizəyə əsasən bağlanmış Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərlə müqavilə bağlanmış, həmin ərizə ilə müştəri standart şərtləri oxuduğunu, sənədin bütün müddəaları və tələbləri ilə razı olduğunu, gələcəkdə onunla bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmədiyini təsdiq etmişdir. Həmin ərizə bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərlə razılaşmanın əlavəsi və onun ayrılmaz tərkib hissəsi hesab olunur. Dolayısı ilə, Cavabdeh ilə Bank arasında standart şərtlərlə müqavilə bağlanmış və o, bütün kart əməliyyatları zamanı hesabı ilə bağlı kartın üzərindəki qeyd ilə əlaqədar gələcəkdə yaranacaq nəticələri bilmış və məsuliyyəti müştəri olaraq öz üzərinə götürmüşdür. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bank xidmətlərinin göstərilməsi üzrə standart müqavilə bağlanmış, cavabdehə bank hesabı açılmış və müvafiq plastik kart verilmişdir. Bütün razılaşmalarda hər iki tərəfin imzalı təsdiqi ilə Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər razılaşmanın əlavəsi və onun ayrılmaz tərkib hissəsi hesab olunmaqla tərəflər arasında meydana gələn bütün münasibətlərə də şamil olunmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixdə müştəri balansa 299 azn mədaxil etmiş, lakin texniki səhvlik nəticəsində vəsait 2 dəfə balansa köçürülmüşdür. Nəticədə xx.xx.2023-cü il tarixdə vəsait müştəridən geri qaytarıldığına görə balans mənfiyə düşmüşdür. xx.xx.2024 tarixində müştəriyə 6041ovAHM/24 müqavilə üzrə 299 manat məbləğində overdraft krediti rəsmiləşdirilmişdir. Beləliklə, cavabdehə məxsus bank kartından texniki overdraft nəticəsində 299 manat əsas borc yaranmışdır. X2 isə müştərini texniki overdraft nəticəsində kart hesabına artıq gəlmiş məbləğlərdən istifadə etməməyi, istifadə etdiyi təqdirdə isə bank tərəfindən tələb irəli sürülən kimi, dərhal bu məbləğləri geri qaytarmaq öhdəliyi ilə vəzifələndirir. Buna baxmayaraq Cavabdeh yaranmış borcu (overdraft) ödəməyərək öhdəliyini lazımınca icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. MM-in 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda başvermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1.2-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya (1092.1.1); əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. İş materialları ilə sübut olunur ki, cavabdeh overdraft nəticəsində artıq ödənilmiş vəsaiti sərf edib geri qaytarmamaqla müqavilə üzrə öhdəliyini icra etməmişdir. Ona görə iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 54,50 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 14 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 299 manat əsas overdraft borcu və 14 manat cərimə olmaqla, cəmi 313 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 299 manat əsas overdraft borcu və 14 manat cərimə olmaqla, cəmi 313 (üç yüz on üç) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-72/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-72/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver