Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-730/2022 15.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh nisyə aldığı yem məhsullarının dəyərindən ödənilməmiş qalan 7.140 manat borcun və ödənilmiş 92,40 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Şirvan şəhəri H.Z.Tağıyev küçəsi ev 36-2-də qeydiyyatda olmaqla yaşayır. Hacıqabul rayonu Rəncbər kənd sakini Cavabdeh 7 ildir ki, tanıyır. Həmişə yaxşı münasibətləri olmuşdur. Əliyev X1 rayonu Rəncbər kənində yem mağazası işlətdir, daimi olaraq ondan nəğd və ya nisyə olmaqla yem məmulatları almışdır. Təxminən 4 il bundan əvvəl o, Cavabdeh 17.000 manat dəyərində taxıl və yem məmulatlarını nisyə vermişdir. Cavabdeh borcu hissə-hissə versə də, ona 7.500 manat borcu qalmışdır. O, 7.500 manat borcu dəfələrlə ödəməsini istəsə də, Cavabdeh borcu ödəməkdən boyun qaçırmasa da, hazırkı vaxta kimi borcu tam ödəməmişdir. 2021-ci ilin dekabr ayında onun qayınının yas mərasiminə gələn Cavabdeh yas mərasimində ona borclu olduğu 7.500 manat puldan 360 manatını şəxsən ödəmiş, qalan 7.140 manat pulu isə hissə-hissə verəcəyini bildirmişdir. Bundan sonra aralarında narazılıq yaranmış və cavabdeh borcun qalan hissəsini ödəməkdən imtina etmişdir. Bu səbəbdən o, xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon Polis Şöbəsinə şikayət ərizə ilə müraciət edərək, Hacıqabul rayonu Rəncbər kənd sakini Cavabdeh ona borclu olduğu 7.140 manat pulun alınaraq verilməsini xahiş etmişdir. Onun şikayəti əsasında Cavabdeh izahatı alınmışdır. Cavabdeh polis şöbəsində verdiyi izahatda ona 7.140 manat borcu olduğunu etiraf etmiş və hər ay 100-150 manat olmaqla borcu qaytarmağı öhdəsinə götürmüşdür. Hacıqabul rayon PŞ-nin TB-nin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh hazırda həmin borcu ona könüllü olaraq geri qaytarmaqdan imtina edir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də, cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Hacıqabul rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X2 xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon Polis Şöbəsinə şikayət ərizə ilə müraciət edərək, Hacıqabul rayonu Rəncbər kənd sakini Cavabdeh ona borclu olduğu 7.140 manat pulun alınaraq verilməsini xahiş etmişdir. İddiaçı şikayəti əsasında Cavabdeh izahatı alınmışdır. Cavabdeh polis şöbəsində xx.xx.2022-ci il tarixdə verdiyi izahatda İddiaçı 7.140 manat borcu olduğunu etiraf etmiş və hər ay 100-150 manat olmaqla borcu qaytarmağı öhdəsinə götürmüşdür. Hacıqabul rayon PŞ-nin TB-nin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Əliyev X1 rayon Polis Şöbəsində xx.xx.2022-ci il tarixdə verdiyi izahatında göstərmişdir ki, Şirvan şəhər sakini İddiaçı 4 ildir ki, tanıyır. İddiaçı ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. O, Hacıqabul rayon Rəcbər kəndi ərazində taxıl və yem məmulatları satışı ilə məşğul olduğundan İddiaçı parakəndə və topdan olaraq taxıl və yem məmulatları alıb-satmışdır. Təxminən 4 il əvvəl o, İddiaçı nisyə olaraq 17.000 manatlıq taxıl və yem məmulatları almış, pərakəndə olaraq kənd əhalisinə nisyə və ya nəqd olaraq satmışdır. Həmin vaxtlarda pandemiya dövrü olduğundan və iş yerləri bağlanması səbəbindən kəndin əhalisinin bir qismi işləmədiyindən ona olan borclarını verə bilməmişlər. Əhalidən yığdığı puldan hissəhissə Namiqə versə də, ona 7.500 manat borcu qalmışdır. Borclu qalanlardan pulları yığa bilmədiyindən mağazanı bağlamışdır. Bundan sonra Namiq ona zəng edərək borcunu tələb etdikdə, o, kənd əhalisindən pulları yığa bilmədiyini və ona olan borcunu qəpiyinə kimi qaytaracağını bildirmişdir. 2021-ci ilin dekabr ayında Namiqin qaynı Fazilin yas mərasimində olarkən, o, borcundan 360 manatını Namiqə vermişdir. Təxmin 10 gün sonra Namiq ona zəng etdərək, evinə gəlib pulu istəyəcəyini bildirmiş, o, Namiqə öz iradını bildirdiyində Namiq ona “kişisən söz vermisən əməl etmirsən” demişdir. O, Namiqin bu sözündən əsəbləşərək “borclu qaldığı 7.140 manat pulu verməyəcəyini, hara və ya kimə deyirsən de” deyərək telefonu söndürmüşdür. O, həmin sözləri Namiqə əsəbləşərək demiş və maddi imkanı çətin olduğundan Namiqə borclu olduğu 7.140 manat pulu hər ay 100-150 manat olmaqla ödəyə biləcəyini göstərmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında şifahi olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı məhsulun dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh 4 il əvvəl 17.000 manat dəyərində taxıl və yem məmulatlarını nisyə satmışdır. Cavabdeh aldığı məhsulların dəyərini hissə-hissə versə də, İddiaçı 7.500 manat borcu qalmışdır. Cavabdeh 2021-ci ilin dekabr ayında İddiaçı qayını Fazilin yas mərasimində 7.500 manat borcundan 360 manatını İddiaçı ödəmiş, qalan 7.140 manat pulu isə hissə-hissə verəcəyini bildirmişdir. Lakin cavabdeh hazırkı vaxta kimi qalan 7.140 manatı iddiaçıya ödəməmişdir. İşin bu halı iddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə yanaşı, cavabdehin özünün Hacıqabul rayon Polis Şöbəsində verdiyi xx.xx.2022-ci il tarixli yazılı izahatı və Hacıqabul rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X2 xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə cavabdehin iddiaçıya 7.140 manat borclu qalması öz təsdiqini tapmışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh nisyə aldığı taxıl və yem məmulatlarının dəyərindən ödənilməmiş qalan 7.140 manat borcu və ödənilmiş 92,40 manat dövlət rüsumu olmaqla, cəmi 7.232,40 manat pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh nisyə aldığı taxıl və yem məmulatlarının dəyərindən ödənilməmiş qalan 7.140 manat borc və ödənilmiş 92,40 manat dövlət rüsumu olmaqla, cəmi 7.232,40 (yeddi min iki yüz otuz iki manat qırx qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-730/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-730/2022
15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver