Məhkəmə qərarları › İş №2(071)-742/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-742/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-742/2022 20.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin və faizlərin” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin və faizlərin” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021CASA191700018 nömrəli güzəşli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 5.828,71 manat əsas kredit borcu, 54,96 manat kreditdən istifadəyə görə faiz borcu, 78,84 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5.962,51 manat pulun müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2019-cu il tarixli güzəşli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh1 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5.978,71 manat kredit vermişdir. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən X4 və Cavabdeh3 borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh1 öhdəliklərini icra etməmişdir. Nəticədə Cavabdeh1 "Bank Respublika” ASC-yə 5.828,71 manat əsas borcu, 54,96 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 5.883,67 manat borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli 021CASA191700018 nömrəli güzəşli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5.978,71 manat kredit vermişdir. xx.xx.2019-cu il tarixli güzəşli kredit müqaviləsinin təminatı qismində İddiaçı ASC ilə zaminlər X4 və Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin güzəştli kredit müqaviləsi üzrə borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən bank borcun vaxtından əvvəl ödənilməsini və müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, borcalan Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 5.828,71 manat əsas və 54,96 manat faiz borcu olmaqla, cəmi 5.883,67 manat borcu var. Borclu öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zaminlər həmin borcun ödənilməsi üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli güzəşli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 5.828,71 manat əsas kredit borcu, 54,96 manat kreditdən istifadəyə görə faiz borcu, 78,84 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5.962,51 manat pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021CASA191700018 nömrəli güzəşli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər (borcalan) Cavabdeh1, (zamin) X1 və (zamin) Cavabdeh3 xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 5.828,71 manat əsas kredit borcu, 54,96 manat kreditdən istifadəyə görə faiz borcu, 78,84 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5.962,51 (beş min doqquz yüz altmış iki manat əlli bir qəpik) manat pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar