Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-749/2022 19.10.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli SVLMB-05025 saylı kredit müqaviləsi üzrə yaranmış 372,33 manat əsas borc, 77,47 manat faiz borc və 116,86 manat cərimə olmaqla, cəmi 566,66 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması; tələbin - Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd 585 əyarlı 21,7 qram çəkidə kolye, 1 ədəd 585 əyarlı 3 qram çəkidə üzüyə yönəldilməsi, həmin qızıl-zinyət əşyalarının hərracda satılması və qızıl-zinyət əşyalarının satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış cəmi 566,66 manat borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, girov predmetlərinin satılmasından əldə edilmiş vəsaitin xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun Cavabdeh ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh xx.xx.2021-ci il tarixli SVLMB-05025 saylı kredit müqaviləsi üzrə yaranmış 23,92 manat əsas borc, 93,13 manat faiz borc və 135,30 manat cərimə olmaqla, cəmi 252,35 manat borcun və 30 manat dövlət rüsumunun tutulması; tələbin - Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd 585 əyarlı 21,7 qram çəkidə kolye, 1 ədəd 585 əyarlı 3 qram çəkidə üzüyə yönəldilməsi, həmin qızıl-zinyət əşyalarının hərracda satılması və qızıl-zinyət əşyalarının satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2021-ci il tarixli, SVLMB-05025 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 252,35 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, girov predmetlərinin satılmasından əldə edilmiş vəsaitin xx.xx.2021ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun Cavabdeh ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər, cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 xx.xx.2022-ci il tarixdə məhkəmənin elektron poçtuna ərizə göndərərək, xx.xx.2022-ci il tarixdə keçiriləcək məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə dair ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli SVLMB-05025 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh illik 30 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1.150 manat kredit vermişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə kassa məxaric orderinə imza etməklə 1.150 manat pulu nağd şəkildə İddiaçı ASC-nin Şirvan filialından şəxsən almışdır. xx.xx.2021-ci il tarixli SVLMB-05025 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh özünə məxsus olan bazar dəyəri 1671,99 manat, likvid dəyəri 1128,4 manat olan - 1 ədəd 585 əyarlı 21,7 qram çəkidə qızıl sep və bazar dəyəri 231,15 manat, likvid dəyəri 156 manat olan 1 ədəd 585 əyarlı 3 qram çəkidə qızıl üzük (qırıq) olmaqla, ümumilikdə 24,7 qram çəkidə qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli SVLMB-05025 saylı saxlanc girovu haqqında müqaviləyə əsasən İddiaçı ASC-nin Şirvan filialına girov qoymuşdur. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və girov müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Mülki Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli RB-02/PK-6578 nömrəli arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixə 23,92 manat əsas borc və hesablanmış 93,13 manat faiz borcu, 135 manat cərimə olmaqla, cəmi 252,35 manat borcu vardır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış 135 manat cərimə borcu azaldılaraq 13 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci tarixli kredit müqaviləsi üzrə yaranmış 23,92 manat əsas borc, hesablanmış 93,13 manat faiz borcu və 13 manat cərimə, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 160,05 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməli, tələb Cavabdeh məxsus olan girov qoyulmuş likvid dəyəri 1128,4 manat olan - 1 ədəd 585 əyarlı 21,7 qram çəkidə qızıl sep və likvid dəyəri 156 manat olan 1 ədəd 585 əyarlı 3 qram çəkidə qızıl üzük (qırıq) olmaqla, ümumilikdə 24,7 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməli, həmin qızıl-zinyət əşyaları hərracda satılmalı və qızıl-zinyət əşyalarının satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış cəmi 130,05 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu ödənilməli, satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borc ümumi qaydada Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci tarixli kredit müqaviləsi üzrə yaranmış 23,92 manat əsas borc, hesablanmış 93,13 manat faiz borcu və 13 manat cərimə, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 160,05 (yüz altmış manat beş qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh məxsus olan girov qoyulmuş likvid dəyəri 1128,4 manat olan - 1 ədəd 585 əyarlı 21,7 qram çəkidə qızıl sep və likvid dəyəri 156 manat olan 1 ədəd 585 əyarlı 3 qram çəkidə qızıl üzük (qırıq) olmaqla, ümumilikdə 24,7 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilsin. Həmin qızıl-zinyət əşyaları hərracda satılsın, qızıl-zinyət əşyalarının satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış cəmi 130,05 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu ödənilsin. Satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borc ümumi qaydada Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-749/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-749/2022
19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver