Məhkəmə qərarları › İş №2(071)-75/2022

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-75/2022

10.01.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-75/2022 10.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əsədova (Qəhrəmanova) Kəmalə Mətləb qızına qarşı “ümumi istifadədə olan piyada və avtomobil yolunun açılması və sair” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əsədova (Qəhrəmanova) Kəmalə Mətləb qızına qarşı “ümumi istifadədə olan piyada və avtomobil yolunun açılması və sair” tələbinə dair iddia ərizəsi ilə 19.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əsədova (Qəhrəmanova) Kəmalə Mətləb qızı tərəfindən Hacıqabul şəhəri Ə.Vahid küçəsində yerləşən 101 nömrəli evə küçədən gedib-gələn piyada, avtomobil yolunda yaradılan maneələrin sökülməsi, onların ümumi istifadələrində olan sanitar qovşağının istifadələrinə qaytarılması, gələcəkdə həmin yoldan və sanitar qovşağından istifadələrinə hər hansı bir maneənin yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiklərinin bildirdilər və işin mahiyyəti üzrə həll olunmasını tələb etmədilər. İddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdilər. Digər cavabdeh Əsədova (Qəhrəmanova) Kəmalə Mətləb qızına məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, o, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh Əsədova (Qəhrəmanova) Kəmalə Mətləb qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əsədova (Qəhrəmanova) Kəmalə Mətləb qızına qarşı “ümumi istifadədə olan piyada və avtomobil yolunun açılması və sair” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar