Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-751/2022 22.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Mən, Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X3, İddiaçı cavabdeh 33 saylı Tibbi Sosial Ekspert Komissiyasına qarşı “Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli qərarının icra edilməsi üçün ona rəsmi göndəriş verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh 33 saylı Tibbi Sosial Ekspert Komissiyasına qarşı “Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli qərarının icra edilməsi üçün ona rəsmi göndəriş verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinin tələbinə uyğun olaraq, iddianın yolverilməzliyinə görə ərizə qəbul edilməkdən imtina edilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Çünki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-439/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Hacıqabul rayon X2, Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastruktur Departamentinin 16 nömrəli Hacıqabul yol sahəsinə və 33 saylı Tibbi Sosial Ekspert Komissiyasına qarşı “Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli qərarının icra edilməsi üçün ona rəsmi göndəriş verilməsinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinin tələbinə uyğun olaraq iddianın yolverməzliyinə görə imtina edilmişdir. İddiaçı mübahisənin həlli üçün səlahiyyətli İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Buna baxmayaraq İddiaçı eyni iddia ərizəsi ilə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmışdır. Göründüyü kimi, hazırkı mülki iş üzrə İddiaçı 33 saylı Tibbi Sosial Ekspert Komissiyasını cavabdeh qismində qoyaraq Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli qərarının icra edilməsi üçün ona rəsmi göndərişin verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bu səbəbdən iddiaçı X1 ilə inzibati orqan olan 33 saylı Tibbi Sosial Ekspert Komissiyası arasında olan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci maddəsinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Odur ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 153.5, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh 33 saylı Tibbi Sosial Ekspert Komissiyasına qarşı “Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli qərarının icra edilməsi üçün ona rəsmi göndəriş verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilsin. İddiaçı mübahisənin həlli üçün səlahiyyətli olan Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakimi:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-751/2022
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-751/2022
22.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver