Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-755/2025 06.02.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 iddiaçı tərəfindən avtomobili baş etibarnamə əsasında alarkən verilmiş 5000 (beş min) manat, avtomobilin saz vəziyyətə gətirilməsi üçün texniki təmir və xidmətlərə çəkilmiş 3100 (üç min yüz) manat, habelə sənədlərlə bağlı yaranmış problemlərə görə ödənilmiş 800 (səkkiz yüz) manat cərimə, hüquqi yardıma görə vəkilə ödənilmiş 2000 (iki min) manat, ümumilikdə 10900 (on min doqquz yüz) manat məbləğində vəsaitin, iddiaçıya vurulan maddi və mənəvi ziyan, məhkəməyə müraciət etmək üçün ödənilmiş 122,70 (yüz iyirmi iki manat, yetmiş qəpik) manat məbləğində vəsaitinin cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 tərəfindən, lakin Cavabdeh1 mülkiyyətində olan VAZ 21214 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, universal tipli, ******* mühərrik nömrəli, XTA212140A1971683 ban nömrəli, ağ rəngli, 2010-cu il buraxılışlı nəqliyyat vasitəsini internet vasitəsilə tapmışdır. Tərəflər arasında ilkin əlaqə yaradıldıqdan sonra, qeyd olunan nəqliyyat vasitəsini Cavabdeh2 5000 (beş min) manat pul ödəməklə faktiki olaraq əldə etmişdir. Rəsmi alqı-satqı müqaviləsi tərtib olunmasa da, iddiaçı Cavabdeh2 həmin məbləği ödədikdən sonra o, iddiaçıya baş etibarnamə vermişdir ki, bu sənədə əsasən avtomobili gələcəkdə öz adına rəsmiləşdirə bilsin. Bununla yanaşı Cavabdeh2 həmin vaxt nəqliyyat vasitəsinin heç bir texniki və ya hüquqi qüsurunun olmadığını bildirmişdir. Avtomobilin iddiaçının adına qeydiyyata alınması üçün xx.xx.2025ci ildə BDYPl-nə müraciət etmişdir. Lakin, BDYPİ-də avtomobilə texniki baxış zamanı avtomobilin ön ban nömrəsi ətrafında qaynaq işləri aparılması müəyyən edilmiş və bu səbəbdən BDYPl-i tərəfindən qeydiyyat işləri aparılmamışdır. Avtomobili bu vəziyyətdə almış və ban nömrəsində aparılan qaynaq işləri barəsində məlumatı olmamışdır. Cavabdeh2 avtomobili iddiaçıya bu şəkildə təqdim etmişdir. Həmçinin avtomobili aldıqdan sonra onu istifadə edə bilmək üçün əlavə olaraq elektrik, asqı sistemi, dəmirçi, rəngsaz və digər texniki işləri üçün ümumilikdə 3100 manat pul xərcləmişdir. Bununla yanaşı nəqliyyat vasitəsinin sənədləşmə işləri zamanı yaranan problemlər, sənədlərdə çatışmazlıq və texniki baxış olmadığı səbəbi ilə 800 manat məbləğində cərimə ödəməli olmuşdur. Lakin sonradan müəyyən olunmuşdur ki, avtomobilin texniki və sənədləşmə ilə bağlı ciddi problemləri mövcuddur. Belə ki, avtomobilin iddiaçının adına rəsmiləşdirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Bakı Şəhər Baş X3 İdarəsinə (BDYPİ) müraciət etmişdir. Lakin BDYPİ-də nəqliyyat vasitəsinə texniki baxış keçirilərkən avtomobilin ön ban nömrəsi ətrafında qaynaq işlərinin aparıldığı müəyyən olunmuş və bu səbəbdən nəqliyyat vasitəsinin qeydiyyata alınmasından imtina edilmişdir. İddiaçı avtomobili bu vəziyyətdə almış və ban nömrəsində aparılmış qaynaq işlərindən xəbərsiz olmuşdur. Nəqliyyat vasitəsi iddiaçıya Cavabdeh2 tərəfindən bu texniki qüsurlarla təqdim olunmuşdur. Avtomobili əldə etdikdən sonra onun işlək vəziyyətə gətirilməsi üçün elektrik, asqı sistemi, dəmirçi, rəngsaz və digər texniki xidmətlərə ümumilikdə 3100 (üç min yüz) manat məbləğində vəsait xərcləmişdir. Bundan əlavə, nəqliyyat vasitəsinin sənədlərindəki çatışmazlıqlar, texniki baxışın olmaması və digər səbəblərdən dolayı 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmiş və bu məbləğ də tərəfindən ödənilmişdir. Beləliklə, nəqliyyat vasitəsinin alış qiyməti (5000 manat), texniki xərclər (3100 manat) və cərimə (800 manat) daxil olmaqla ümumilikdə 8900 (səkkiz min doqquz yüz) manat məbləğində maddi zərərə məruz qalmışdır. Qeyd edilən səbəblərə əsaslanaraq avtomobilin geri qaytarılması, eləcə də cəmi 8900 manatlıq maddi zərərin ödənilməsi üçün Cavabdeh2 dəfələrlə müraciət etsə də, o, müxtəlif bəhanələrlə öhdəliyindən yayınmış və pulu geri qaytarmamışdır. Bununlada Cavabdeh2 və Cavabdeh1 tərəfindən iddiaçıya maddi və mənəvi ziyan vurulmuşdur. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə əlavə edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə ki, avtomobilin idarə edilməsi üçün 2 dəfə etibarnamə almışdır. Birinci dəfə aldığı etibarnamə Cavabdeh2 avtomobilin alqı-satqısından mülkiyyətçiyə borcu qaldığından, iddiaçıya verilmiş etibarnamə ləğv edilmiş, bunun nəticəsində qeyd edilən avtomobili səlahiyyəti olmadan idarə etdiyinə görə cərimə meydançasına yerləşdirilmişdir. İki etibarnamə üçün hərəsi 40 manat olmaqla, cəmi 80 manat iddiaçı tərəfindən ödəniş edilmişdir. Hamin avtomobili idarə etmək hüququ olmadığına görə 40 manat cərimə edilmişdir. Həmçinin Cavabdeh2 avtomobili əldə edərkən o, avtomobilin texniki baxışının olmasını bildirmiş, lakin avtomobili əldə etdikdən 10 gün sonra iddiaçıya texniki baxışın olmamasına görə 50 manat cərimə gəlmişdir. O, avtomobili bu vəziyyətdə idarə edə bilmədiyindən evakuator xidmətindən istifadə edərək maşını texniki baxışdan keçirməyə aparmışdır. (xidmət 40 manat) Texniki baxışın qıyməti - 130 manat. Avtomobili öz adına keçirmək üçün Baş X3 İdarəsinə müraciət edərkən avtomobilin ban nömrəsinə müdaxilə olduğundan sənədləşdirmə aparıla bilməmiş, hətta avtomobil 30 gün cərimə meydançasında saxlanılmış hər günü 2 manat olmaqla, cəmi 30 manat, maşınsız qaldığı vaxt ərzində işə hər gün gedib-gəlmək üçün, işiylə bağlı müxtəlif yerlərə baxış keçirmək üçün, ailə-məişət ehtiyaclarını ödəmək üçün taksi xidmətindən istifadə etmişdir. Taksi xidməti 1 ay ərzində - 300 manat. Dəfələrlə mülkiyyətçi və avtomobili əldə etdiyi şəxslərlə əlaqə saxlayıb yaranmış problemin aradan qaldırılması ilə bağlı vaxt, əsəb, psixoloji sarsıntı keçirmişdir. Sadalanan, eləcə də digər xərclər nəzərə alınmaqla əlavə olaraq cavabdehlərdən 800 manat pulun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianın təmin olunmasını xahiş edir. İddiaçı avtomobili aldıqdan sonra onu istifadə edə bilmək üçün elektrik, asqı sistemi, dəmirçi, rəngsaz və digər texniki işləri üçün ümumilikdə 3100 manat pul xərcləmişdir. Bununla yanaşı nəqliyyat vasitəsinin sənədləşmə işləri zamanı yaranan problemlər, sənədlərdə çatışmazlıq və texniki baxış olmadığı səbəbi ilə 800 manat məbləğində cərimə ödəməli olmuşdur. Lakin sonradan müəyyən olunmuşdur ki, avtomobilin texniki və sənədləşmə ilə bağlı ciddi problemləri mövcuddur. Belə ki, avtomobilin iddiaçının adına rəsmiləşdirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Bakı Şəhər Baş X3 İdarəsinə (BDYPİ) müraciət etmişdir. Lakin BDYPİ-də nəqliyyat vasitəsinə texniki baxış keçirilərkən avtomobilin ön ban nömrəsi ətrafında qaynaq işlərinin aparıldığı müəyyən olunmuş və bu səbəbdən nəqliyyat vasitəsinin qeydiyyata alınmasından imtina edilmişdir. İddiaçı avtomobili bu vəziyyətdə almış və ban nömrəsində aparılmış qaynaq işlərindən xəbərsiz olmuşdur. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, VAZ 21214 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, universal tipli, ******* mühərrik nömrəli, XTA212140A1971683 ban nömrəli, ağ rəngli, 2010-cu il buraxılışlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1dur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən müəyyən edilir ki, Cavabdeh1 VAZ 21214 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, universal tipli, ******* mühərrik nömrəli, XTA212140A1971683 ban nömrəli, ağ rəngli, 2010-cu il buraxılışlı nəqliyyat vasitəsini etibarnamə əsasında İddiaçı etibar etmiş və ona sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyətlər ötürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən müəyyən edilir ki, Cavabdeh1 VAZ 21214 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, universal tipli, ******* mühərrik nömrəli, XTA212140A1971683 ban nömrəli, ağ rəngli, 2010-cu il buraxılışlı nəqliyyat vasitəsini etibarnamə əsasında X1 etibar etmiş və ona sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyətlər ötürmüşdür. İş materiallarında olan”AsanPay” ödəniş sistemindən əldə olunmuş bildirişdən müəyyən edilir ki, VAZ 21214 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə 16727453 talon nömrəsi ilə texniki baxışdan keçmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli aktdan müəyyən edilir ki, VAZ 21214 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ban nömrəsində qaynaq işləri aparılması səbəbilə duracağa yerləşdirilmişdir. İş materiallarında olan əmlakın qiymətləndirilməsinə dair 16/09 saylı, xx.xx.2025-ci il tarixli müstəqil ekspert rəyindən müəyyən edilir ki, VAZ 21214 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2025-ci il tarixə təmir-bərpa xərcləri yekun olaraq 3100 manat təşkil etmişdir. Beləliklə, tərəflərin məhkəmə baxış və hazırlıq iclaslarında verdiyi izahatlardan, iş materiallarından, iddia ərizəsinin məzmunundan və işin digər hallarından müəyyən edilir ki, baş etibarnamə əsasında sürücülük və s. hüquqların ötürülməsi yolu ilə tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Mübahisə predmeti olan avtomobil etibarnamə əsasında Cavabdeh2 tərəfindən müəyyən məbləğdə pul müqabilində iddiaçıya satılmışdır. Sözügedən şifahi alqı-satqı müqaviləsi Cavabdeh2 və İddiaçı arasında bağlansa da, avtomobilin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. Hazırda isə, iddiaçı avtomobilin nasaz vəziyyətdə olmasını və ban nömrəsində qaynaq işləri aparılması səbəbilə texniki baxışdan keçirə bilmədiyini əsas gətirərək cavabdehlərdən müəyyən məbləğdə pul vəsaitləri tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə əsasən malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Həmin Məcəllənin 1129.1-ci maddəsinə əsasən malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə tərəfindən tədqiq olunan iş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən və cərimə aktlarından müəyyən edilir ki, İddiaçı avtomobili 19 fevral 2025-ci il tarixdə etibarnamə əsasında alqı-satqı qaydasında əldə etmişdir. Lakin alıcı əldə etdiyi avtomobili 3 ay sonra, yəni 24 may 2025-ci il tarixdə texniki baxışdan keçirmək üçün müraciət etmişdir. Alıcı 3 ay ərzində avtomobili təyinatına uyğun olaraq idarə etmiş və heç bir problem yaşamamışdır. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, alıcı 2025-ci ilin sentyabr ayında avtomobilin təmir-bərpa xərclərinin hesablanması üçün avtomobili ekspertizaya aparmışdır. Sözügedən ekspertizanın aparılmasını alıcı avtomobili əldə etdiyi gün etməli olmasına baxmayaraq avtomobili aldıqdan 7 ay sonra etmişdir. Bundan başqa, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında cavabdehlərin iddianı qismən qəbul etdikləri barədə izahatları olduğunu iddia etsə də, məhkəmə iclaslarında cavabdehlər hər ikisi iddianı qəbul etməmiş və sözügedən problemlərin onlardan asılı olmayan səbəblərdən yarandığını bildirmişlər. Habelə, iddiaçı 22 oktyabr 2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir ki, avtomobildə texniki qüsurlar olduğu üçün avtomobili bazar qiymətindən aşağı qiymətə əldə etmişdir. Beləliklə, işin halları ilə aydın olur ki, iddiaçı avtomobili əldə edərkən avtomobilin qüsurlarından xəbərdar olmuş və həmin qüsurlarla razılaşaraq avtomobili əldə etmişdir. Daha sonra avtomobili etibarnamə əsasında əldə edərək texniki baxışdan keçirmədən 3 ay müddətində idarə etmişdir. İddiaçı bu müddət ərzində avtomobildə qüsurların olmasından xəbərdar olduğu halda avtomobili texniki baxışa və ya ustaya aparmamış, habelə aparmışdırsa belə, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda qanunvericiliyin tələblərinə görə satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verdiyi üçün alıcı avtomobildə olan qüsurlara görə satıcı qarşısında hər hansı bir tələb irəli sürə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, məhkəmənin çəkişmə prinsipinə əsasən sübutetmə yükü hər iki tərəfin üzərinə düşsə də, işin faktiki hallarına uyğun olaraq hazırki mübahisə üzrə sübutetmə vəzifəsi iddia tələbini irəli sürən tərəfin, yəni iddiaçının öhdəsindədir. Sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1132-ci maddəsinə əsasən malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı tərəfindən avtomobili baş etibarnamə əsasında alarkən verilmiş 5000 (beş min) manat, avtomobilin saz vəziyyətə gətirilməsi üçün texniki təmir və xidmətlərə çəkilmiş 3100 (üç min yüz) manat, habelə sənədlərlə bağlı yaranmış problemlərə görə ödənilmiş 800 (səkkiz yüz) manat cərimə, hüquqi yardıma görə vəkilə ödənilmiş 2000 (iki min) manat, ümumilikdə 10900 (on min doqquz yüz) manat məbləğində vəsaitin, iddiaçıya vurulan maddi və mənəvi ziyan, məhkəməyə müraciət etmək üçün ödənilmiş 122,70 (yüz iyirmi iki manat, yetmiş qəpik) manat məbləğində vəsaitinin cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-755/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-755/2025
06.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver