Məhkəmə qərarları › İş №2(071)-799/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-799/2023

30.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-799/2023 30.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yararsız hala salınmış elektron nəzarət vasitəsinin dəyəri olan 1930 manat pul vəsaitinin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağayev X1 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1 (071)-01/2021 saylı hökmü ilə CM-in 234.1-ci maddəsilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təyin edilmiş cəza müddəti ərzində Cavabdeh üzərinə yaşayış yerini hər gün 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək ,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək yaşadığı Hacıqabul Rayonun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm icra olunması üçün xx.xx.2021-ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. Hökm icraata daxil olduqdan sonra qanuna müvafıq qaydada icraata götürülmüş və xx.xx.2021-ci il tarixdə Cavabdeh “Attenti” ENV-si tətbiq edilmişdir. Cavabdeh xx.xx.2021; xx.xx.2021; xx.xx.2021-ci il tarixlərdə İddiaçınə gələrək izahat verərək bildirmişdir ki, Elektron Nəzarət vasitəsinə aid olan mobil qurğu işləmir. Belə ki, iş vaxtı həmin qurğu suya düşmüşdür. Bu səbəbdən də xx.xx.2021-ci il tarixdə saat təxminən 14:00-dan mobil qurğu sönmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə Təminat İdarəsindən daxil olmuş məktubdan görünür ki, “Attenti” markalı Elektron nəzarət vasitəsi 4 predmentdən ibarətdir. Daxil olmuş Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Texniki Rəydən məlum olmuşdur ki, Cavabdeh tətbiq edilmiş “Attenti” ENV-nin mobil qurğunun ana platada korroziya müşahidə olunmuş və təmiri mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o suvarmada işləyir, iş zamanı müvazinətini itirərək suya düşmüşdür. Suya düşdüyünə görə üzərində olan mobil qurğu yararsız hala düşmüşdür. Hadisə onun ehtiyatsızlığından baş vermişdir. Zərəri ödəməyə maddi imkanı yoxdur. Odur ki, iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, iddiaçının nümayəndəsini və cavabdehin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin 1(071)- 01/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmlə onun üzərinə üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Hacıqabul ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərar olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuşdur. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, məhkəmənin hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə əlaqədar Cavabdeh mobil nəzarət qurğusu təhkim olunmuşdur. Həmin elektron nəzarət vasitələrini itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı izah edilmişdir. İş materialarında olan mobil nəzarət qurğusunun vəziyyəti haqqında xx.xx.2023-cü il tarixli texniki rəydən müəyyən olunur ki, texniki baxış zamanı nəzarət subyekti Cavabdeh təhkim olunmuş mobil qurğunun ana platasında korroziya müşahidə olunub. Təmiri mümkün deyil və istifadəyə tam yararsızdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsi tərəfindən verilmiş arayışdan görünür ki, mobil nəzarət qurğusunun dəyəri 1930 manat təşkil edir. İş materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, məhkumlar tərəfindən “Attenti” markalı ENV-nin itirildikdə və ya yararsız hala salındıqda onlardan ENV-nin ümumi dəyəri olan tələb olunur. Belə ki, ENV-nin hər hansı predmeti itirildikdə və ya yararsız hala salındıqda ümumi komplekt sıradan çıxmış sayılır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Hacıqabul Rayon Məhkəməsinin 1(071)-01/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Cavabdeh üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, onu işlək vəziyyətdə saxlamaq və s. öhdəliklər qoyulmuşdur. Cavabdeh məhkum Cavabdeh hökmün icrası ilə əlaqədar elektron nəzarət vasitələri ona təhkim olunarkən, elektron nəzarət vasitələrinin zədələnməsi və ya hər hansı şəkildə yararsız vəziyyətə salınması halında dəymiş ziyanın ondan tutulacağı barədə xəbərdar edilmişdir. Cavabdeh mobil qurğunu və elektron qolbağı kifayət qədər məsuliyyətlə mühafizə etməmiş, nəticədə dəyəri 1930 manat olan elektron nəzarət vasitəsini yararsız hala salmışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehdən vurduğu ziyana görə 1930 manat pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Bundan başqa, iddiaçı büdcədən maliyyələşən təşkilat olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. Həmin Qanunun 9.4-cü və Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Tələb olunan məbləğ 1000 manatdan çox 10000 manatdan aşağı olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci və Mülki Prosessual Məcəllənin 112.1.1ci maddəsinə əsasən ödənilməli olan dövlət rüsumu 39,30 manat təşkil edir. İddia tam həcmdə təmin edildiyindən 39,30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1930 manat pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Cavabdeh 39,30 manat (otuz doqquz manat otuz qəpik) dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar