Məhkəmə qərarları › İş №2(071)-822/2023

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-822/2023

31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-822/2023 31.08.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimov Günel Rauf qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi ” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2019-cı il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən kredit müqaviləsi üzrə yaranmış 8485,96 manat əsas borc, 1036,10 manat müddət sonuna hesablanan faiz, 5448,01 manat məbləğində cərimə və 1270,86 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra ( Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 16240,93 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun -İpoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, Hacıqabul şəhəri, X2 küçəsində, 0,06 ha torpaq sahəsində yerləşən 93A saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, iş məhkəmədə baxılmalı olmadığına görə mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, elektron məhkəmə-informasiya sistemindən əldə edilmiş məlumatdan müəyyən edilir ki, xx.xx.1953-ci ildə Hacıqabul rayonunda doğulmuş Cavabdeh xx.xx.2018-ci il tarixdə ölmüşdür. Göründüyü kimi, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh iddia ərizəsinin xx.xx.2019-ci il tarixdə məhkəməyə verilməsindən əvvəl, yəni xx.xx.2018-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Odur ki, insan öldükdən sonra fiziki şəxs hesab olunmur. Azərbaycan Respublikası MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Yəni, mülki prosesdə cavabdeh, fiziki şəxs olmalıdır, ölmüş şəxs cavabdeh hesab olunmadığından, ölmüş şəxsə qarşı verilmiş iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildir. Cavabdeh iddia ərizəsi verilməmişdən əvvəl öldüyünə görə hazırkı iş üzrə prosessual hüquq varisliyinə də yol verilmir. Belə ki, ölən şəxs sağlığında prosessual hüquqi statusa (iddiaçı, cavabdeh və sair) malik olduğu halda, prosessual hüquq varisliyi (prosessual hüquq və vəzifələrin başqa şəxsə keçməsi) mümkündür. İddia verilənə qədər şəxs ölmüşdürsə, o, prosessual hüquqi statusa malik olmur, ölmüş şəxsin malik olmadığı status isə başqa şəxsə keçə bilməz. MPM-in 58-ci maddəsinin mənası da bunu təsdiq edir. Ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 114.1.4-cü maddəsinə əsasən ərizənin verilməsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 114.1.4, 261.0.1, 262, 263, 264, 266-268, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. "xxxx" ASC vasitəsilə xx.xx.2019-cu il tarixli **********9 nömrəli mədaxil qəbzinə əsasən Hacıqabul rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hacıqabul rayonu üzrə maliyyə şöbəsi tərəfindən Ləğv prosesində olan İddiaçı ASC-yə (VÖEN **********) qaytarılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar